Anons

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

Haqqımızda Əlaqə

Avropa Parlamenti Qolodomoru soyqırım kimi tanıyan qətnamə qəbul etdi

Tarix:15-12-2022, 15:56 Baxış Sayı:138

Avropa Parlamenti Qolodomoru soyqırım kimi tanıyan qətnamə qəbul etdi

Avropa Parlamenti 1932-1933-cü illərdə baş vermiş kütləvi aclığı Ukrayna xalqına qarşı soyqırım kimi tanıyan qətnamə qəbul edib.

Bu qətnamənin leyhinə 507, əleyhinə isə cəmi 12 deputat səs verib.

Sənəddə deyilir:

“Avropa Parlamenti 1932-1933-cü illərdə Ukraynada sovet rejiminin düşünülmüş hərəkətləri ilə süni şəkildə yaradılmış aclığı – Qolodomoru Ukrayna xalqına qarşı soyqırım hesab edir”.

Avroparlament habelə Rusiyanın Ukrayna xalqına qarşı, ölkənin mülki enerji infrastrukturunun məqsədli şəkildə məhv edilməsi də daxil hazırda törətdiyi cinayətləri pisləyir.

Bir sıra ölkələr də belə qətnamələr qəbul edib

Qətnamənin mətbuat üçün pres-relizində deyilir:

“Qətnamə hazırkı Rusiya rejimini Ukraynanın suverenliyini və ərazi bütövlüyünü pozmaqda, Ukraynanı bir milli dövlət kimi ləğv etməyə çalışmaqda, xalqın özünəməxusluğunu və mədəniyyətini məhv etməkdə ittiham edir”.

Bu yaxınlarda Ukrayna prezidenti Volodimir Zelenski Avropa Parlamentini bu qətnaməni maksimum leyhinə səslə qəbul etməyə çağırmışdı.

Qolodomorla bağlı buna bənzər qətnamələr artıq bir sıra ölkələrdə qəbul olunub.

Noyabrın 30-da Almaniya parlamentinin aşağı palatası – Bundestaq Qolodomoru Ukrayna xalqına qarşı soyqırım aktı kimi tanıyıb.

İrlandiya senatı, Moldova və Rumıniya parlamentləri də oxşar məzmunlu qətnamələr qəbul edib.

ABŞ müvaviq qətnaməni hələ 2018-ci ildə qəbul etmişdi.

5 milyondan çox ölüm

Qolodomor – Ukraynada 1932-1933-cü illərdə yaşanmış kütləvi aclıq – sovet orqanlarının çörək tədarükü siyasəti və Ukrayna kəndlilərinin bütün ərzaq ehtiyatının müsadirə olunması nəticəsində baş vermişdi.

Kütləvi aclıq nəticəsində 5 milyondan çox insanın öldüyünə inanılır. Ölənlərin sayına dair dəqiq rəqəmlər yoxdur.

Bir çox tarixçilər bildirirlər ki, söhbət sovet hakimiyyəti orqanlarının Ukrayna ərazisində düşünülmüş və məqsədli şəkildə törətdiyi aclıqdan gedir.

Ukraynanın Verxovna Radası Qolodomoru soyqırım kimi tanıyan qanunu hələ 2006-cı ildə qəbul edib.

Moskva bu ittihamları qəbul etmir.

Azadlıq radiosu

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL