19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
Rusiya cümə axşamı paytaxt Kyiv və Xarkiv də daxil olmaqla, Ukraynaya raket zərbələrini davam etdirib. Xarkiv şəhərinin meri İqor Terexov onun şəhərində partlayışlar olduğunu, hökumət orqanlarının itkilərin olub-olmadığını və haraların vurulduğunu müəyyənləşdirməyə çalışdıqlarını bildirib.
Rusiya dəfələrlə Ukrayna şəhərlərini raketlərlə hədəf alaraq, mühüm infrastruktur obyektlərini məhv edib.
Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın Ukrayna ərazisini tanımasını və qoşunlarını geri çəkməsini tələb edən 10 bəndlik sülh planını müdafiə edir.
Kreml çərşənbə günü təklifi rədd etdiyini bir daha təkrar edib. O, Ukrayna və digər ölkələrin əksəriyyətinin saxtakarlıq olduğunu deyərək, rədd etdiyi referendumlardan sonra Rusiyanın sentyabr ayında iddia etdiyi ilhaqın qəbul edilməli olduğu ilə bağlı mövqeyini ikiqat artırıb. Ukraynanın dörd bölgəsinə şərqdə Luhansk və Donetsk, cənubda isə Xerson və Zaporijye daxildir.
"Ukrayna üçün dörd bölgənin Rusiyaya daxil olması ilə bağlı bugünkü reallıqların nəzərə alınmadığı sülh planı ola bilməz. Bu reallıqlar nəzərə alınmazsa, bu, sülh planı ola bilməz," Kremlin sözçüsü Dmitri Peskov çərşənbə günü deyib.
Ukrayna prezidentinin yardımçısı Mixaylo Podolyak Tvitter hesabında yazıb ki, Rusiya "kritik infrastrukturu məhv etmək və dinc sakinləri kütləvi şəkildə öldürmək üçün" azı 120 raket atıb.
Hücum ölkə boyu xəbərdarlıq sirenlərinin səslənməsinə səbəb olub. Ukrayna rəsmiləri hava hücumundan müdafiə sistemlərinin yaxınlaşan raketləri vura bildiyini deyib.
Zelenski çərşənbə günü Ukrayna parlamentinin qapalı iclasında çıxış edərək, qanunvericiləri Rusiyanın təcavüzünə qarşı vəhdət göstərməyə çağırıb.
Zelenski bu il etdiyi son 45 dəqiqəlik çıxışında deyib: "Milli rənglərimiz bu gün bütün dünyanın cəsarət və sarsılmazlıq rəmzidir."
"İstənilən ölkədə, istənilən qitədə mavi və sarı rəngləri görəndə bilirsən ki, bu azadlıq uğrundadır. Bu, təslim olmayan, ayaqda qalan, dünyanı birləşdirən, qalib gələcək insanlar uğrundadır," Zelenski bəyan edib.
amerikaninsesi.org