19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
Yanvarın 7-də Ermənistanın Gümrü şəhərindəki 102 saylı Rusiya hərbi bazası qarşısında keçirilən aksiyada 100-dən çox adamın saxlandığı bildirilir.
Bu barədə aksiyanın təşkilatçısı kimi çıxış edən “Milli Demokratik Qütb” siyasi hərəkatı məlumat yayıb.
Məlumata görə, aksiyaçılar Rusiya hərbi bazasından Laçın yolunda nəqliyyatın hərəkətini bərpa etməyi tələb ediblər.
O da qeyd olunur ki, aksiyaçılar bəyan ediblər ki, Rusiya sülhməramlıları fəal addımlar atmasalar, nümayişçilər onları “işğalçı” elan etməyə hazırdırlar.
“Biz bütün dünyaya göstərəcəyik ki, Ermənistan, o cümlədən Artsax (Xankəndindəki separatçı qurum özünü belə adlandırır) Rusiyanın 102-ci baza ilə təmsil olunan rus qoşunları tərəfindən işğal edilib”, – Milli Demokratik Qütbün üzvü Vahe Qasparyan bildirib.
Hələki səsləndirilən fikirlərə Rusiyanın mövqeyi bəlli deyil.
Xatırlatma
Dekabrın 12-dən Azərbaycan vətəndaşları Ermənistanı Qarabağla birləşdirən Laçın dəhlizində növbəli aksiya keçirirlər.
Ermənistan tərəfi Azərbaycanı bu aksiyanın arxasında durmaqda, Qarabağ ermənilərini blokadaya almaqda və “humanitar böhran” yaratmaqda ittiham edir.
Rəsmi Bakı isə bildirir ki, aksiyaçılar sərbəst toplaşmaq hüququna malikdirlər. Etirazçıların sözlərinə görə, onlar yolu bağlamayıblar, humanitar və təcili tibbi yardım maşınlarının keçməsinə imkan yaradırlar.
Azərbaycan Xarici İşlər Nazirliyi isə bəyan edib ki, İrəvan Azərbaycan ərazisində qeyri-qanuni fəaliyyətini davam etdirmək üçün beynəlxalq tərəfdaşları bilərəkdən çaşdırır.
Bakı Qarabağda tanınmayan qurumu və Ermənistanı Azərbaycanın təbii sərvətlərini qanunsuz istismar etməkdə günahlandırır.
Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağı Azərbaycanın suveren ərazisi kimi tanıyır.
2020-ci ilin payızında qısamüddətli müharibə nəticəsində Bakı 1990-cı illərin əvvəllərində Ermənistan qoşunları tərəfindən işğal edilmiş ərazilərinin böyük bir hissəsinə nəzarəti bərpa edib. Bundan sonra üçtərəfli razılaşmaya əsasən Rusiya sülhməramlı qüvvələri bölgədə yerləşdirilib.
Müqavilənin şərtlərinə görə, Laçın rayonu Bakının, dəhliz isə Rusiya sülhməramlılarının nəzarətinə keçib.