Anons

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”

9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub

8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb

7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir

7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib

7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"

6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi

6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib

5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”

4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”

4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır

Haqqımızda Əlaqə

Qazaxıstanda KİV-i öldürəcək qanun

Tarix:13-02-2023, 18:12 Baxış Sayı:151

Qazaxıstanda KİV-i öldürəcək qanun

Yeni qanun layihəsində peşəyə də senzura tətbiq edilir

Dekabrın sonu Qazaxıstanda “Mass-media” haqqında qanun layihəsinin dərc edilmiş son variantı KİV-i hiddətləndirib. Qanun layihəsi üzərində KİV və jurnalistika hüquqları üzrə ixtisaslaşmış hüquqşünaslar işləsələr də, onların qeydləri nəzərə alınmayıb, əvəzində sənədə faktiki olaraq peşəyə senzura və qadağa tətbiqini ifadə edən normalar əlavə olunub. Layihə üzərində işləyənlər nümunə kimi Rusiya, Türkmənistan, Özbəkistan və Türkiyə qanunvericiliyini əsas götürüb.     

“Bir neçə il əvvəl prezident bəyan edib ki, Qazaxıstanın KİV haqqında yeni qanuna ehtiyacı var, bu qanun müasir zəmanənin gerçəklərinə uyğun gəlməli, ölkədə mass-medianın inkişafına yol açmalıdır. Və biz elə belə də olacağına çox ümid bəsləyirdik, belə ki, qüvvədə olan qanun 1999-cu ildə qəbul olunmuşdu və köhnəlmişdi”, – “Media Koldau” hüquqi xidmətinin rəhbəri Gülmira Birjanova Astanada keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, İnformasiya və İctimai İnkişaf Nazirliyi beynəlxalq təcrübədən yararlanıb. Düzdür, Avropa ölkələrinin deyil, Rusiya Federasiyası, Türkmənistan, Özbəkistan və Türkiyənin. Qanun layihəsi mətninin üzərində hökumət nümayəndələri, hüquqşünas və jurnalistlərdən ibarət birgə işçi qrupunun işləməsi ehtimal olunurdu. Lakin dərc olunmuş mətn işçi qrupu ilə razılaşdırılmayıb.           

“İşçi qrupu ilə razılaşdırılmamış mətn. Nazirliyin (İnformasiya və İctimai İnkişaf nazirliyi nəzərdə yuyulur – red.) heç kəsin xəbəri olmadığı yeniliklər daxil edilmiş mətn düşünüb tapması barədə işçi qrupuna heç kəs heç nə bildirməyib”, – “Hüquqi Mediamərkəz” ictimai fondunun rəhbəri Diana Okremova deyir.  

Foto: Tamara Vaal

Jurnalistlərin yeni qanun layihəsinə əsas iradları nədir?

Qanun KİV-lə internet istifadəçiləri arasında fərq qoymadan bütünlükdə Qazaxıstanın media mühitini tənzimləməyə hazırlaşır. “Mənə elə gəlir ki, bu, çox rahat mövqedir – qanunu lazım olanda jurnalistlərə, lazım olanda da bütün internet istifadəçilərinə tətbiq etmək”, – Diana Okremova izah edir.  

Şərəf və ləyaqətin, iş nüfuzunun qorunması ilə bağlı verilən iddia ərizələrinə qoyulan vaxt məhdudiyyəti götürülüb. Başlanğıcda Qazaxıstanın İnformasiya və İctimai İnkişaf Nazirliyinin məmurları vaxt məhdidyyətinin üç il olmasını israr edirdilər, işçi qrupu isə onu, Avropa ölkələrində qəbul olunduğu kimi, bir ilədək azaltmağa ümid bəsləyirdi. “Nəticədə son variantda bu norma, ümumiyyətlə, yoxa çıxdı. İndi prinsipcə vaxt məhdudyyəti yoxdur. Bu, məlum qanun layihəsinin əsas nöqsanıdır”, – Okremova qeyd edir.

Media sahəsində dövlət vəsaitlərinin qeyri-şəffaf paylaşdırılması:

“Nəticədə sonuncu qanun layihəsində dövlət informasiya sifarişini “qrant” kimi qəşəng sözlə ifadə etsələr də, şəffaflıq və aydınlıq barədə bir kəlmə belə yoxdur. Biz qorxuruq ki, bu sistem gizli olaraq qalmağa davam edəcək, komissiya KİV-dən hansısa nə qədər və nəyə görə pul ayrılmasını daxildə həll edəcək. Burada heç bir rəqabət qabiliyyətindən söhbət gedə bilməz”, – ictimai fondun rəhbəri qeyd edib.      

Fövqəladə vəziyyətlər zamanı jurnalistləri öz hərəkətlərini dövlət məmurları ilə razılaşdırmağa məcbur edəcəklər. Qanun layihəsindəki növbəti maddəyə görə, fövqəladə vəziyyəti işıqlandıran jurnalistlərə məmur təhkim olunacaq ki, media işçisi əldə etdiyi məlumatı həmin məmurla razılaşdırmadan dərc edə bilməz. Əgər qanun qəbul edilərsə, jurnalistlər, məsələn, 2022-ci ilin yanvarında Qazaxıstanda baş vermiş kütləvi etirazları, koronavirus pandemiyasını və hətta Ekibastuzun istiliksiz qalmasına səbəb olan fövqəladə vəziyyəti və Kostanay vilayətindəki yanğını işıqlandıra bilməz. Belə çıxır ki, səlahiyyətli orqanlar jurnalistlərə senzura tətbiq edəcək, halbuki bu, Qazaxıstan Konstitusiyasına görə qadağandır.     

Foto: Olqa Loqinova

Qadağanedici akkreditasiya:

“Qanun layihəsində jurnalisti akkreditasiya edən dövlət orqanları məhkəmə səlahiyyətinə yiyələnərək, öz qərarına görə, jurnalistin yaydığı məlumatı dövlət orqanının işgüzar nüfuzuna xələl gətirməsi kimi qələmə verərək, bu peşə sahibini akkreditasiyadan məhrum edə bilər”, – qanun layihəsinin işlənib hazırlanması üzrə işçi qrupunun üzvü, jurnalist Aynur Koskina deyir.   

Sənayedə meydana gəlmiş etik məsələlərin dövlət nizamnlanması:

“Deyilənə görə, bunun üçün xüsusi komissiya olacaq. Bəs onun tərkibində kim olacaq? İstənilən dövlətin tarixinə nəzər yetirin. Media-etika qanun tərəfindən qorunmur. Media-etika standartlarını jurnalistlərin özləri təklif etməli, yazmalı və yerinə yetirməlidirlər. Bu təkliflər aşağıdan gəlməlidir. Medianın nizamlanması jurnalistlərin və vətəndaş cəmiyyətinin əlində olmalıdır”, – “Minber” informasiya agentliyinin baş redaktoru, qanun layihəsinin işlənib hazırlanması üzrə işçi qrupunun üzvü Yesenqul Kap hesab edir.   

Peşə qadağası:

Qazaxıstanda Medianın Özünü tənzimləməsi üzrə İctimai Komitənin sədri Juldız Abdilda xəbər verib ki, işçi qrupunun üzvləri həmçinin qanun layihəsindən jurnalistlər üçün press-kartla bağlı maddənin götürülməsini təklif edib, lakin bu maddə qanun layihəsində olduğu kimi qalıb. O qeyd edib ki, qanun layihəsinə uyğun olaraq, press-kart jurnalist və ya yaxın ixtisas üzrə ali təhsil diplomu sahibinə və KİV-də üç illik təsrübəsi olan jurnalistə, ya da diplomu olmasa belə, bu sahədə beş il fəaliyyət göstərən şəxsə verilir. Abdilda bunu diskriminasiya hesab edir. Bundan başqa, press-kart bu ölkədə fəaliyyət göstərən KİV-lə əmək müqaviləsi və ya müqavilə münasibətləri olan jurnalistlərə verilir. Abdilda qeyd edir ki, bu tələb bir neçə nəşr üçün yazan frilanser və ya jurnalistləri nəzərdə tutumur.      

Qazaxıstan İnformasiya və İctimai İnkişaf Nazirliyinin nümayəndələri jurnalistləri hər cür inandırmağa çalışırlar ki, məmurlar bütünlüklə KİV-in tərəfindədir və bütün təklifləri dəstəkləməyə hazırdırlar. Lakin qanun layihəsinin üzərində əsas etibarı ilə işləyən qurumlararası komissiya tamamilə dövlət orqanları nümayəndələrindən ibarətdir və bu şəxslər səsçoxluğu ilə hüquqşünaslarla jurnalistlərin təklif etdikləri yeniliklərə qarşı çıxıb. Nazirlikdə vəd edirlər ki, sənəd səlahiyyətli orqanlarla razılaşdırıldıqdan sonra işçi qrupu ilə bir daha görüşməyə və əlavə düzəlişlər daxil etməyə çalışacaqlar. Burada əlavə etmək lazımdır ki, bu mümkün deyil, belə ki, qanun layihəsi dövlət orqanları ilə razılaşdırıldıqdan sonra artıq dəyişikliyə uğramır, onu hökumətdə nəzərdən keçirir və parlamentə yönəldirlər. Beləliklə, “Mass-media” haqqında yeni qanun Qazaxıstandan jurnalistikanı qəti şəkildə öldürə bilər. Hazırda media-hüquqşünaslar KİV nümayəndələri ilə birgə məktub hazırlayıblar. İmza topladıqdan sonra həmin məktub prezidentə göndəriləcək. Onlar İnformasiya və İctimai İnkişaf Nazirliyinin işləyib hazırladığı konsepsiyanın ləğv edilməsini və sıfırdan başlayaraq “KİV haqqında” yeni və keyfiyyətli qanunun işlənib hazırlanmasını tələb edirlər. Bundan başqa, jurnalistlər icazəli mitinqə çıxmağı planlaşdırırlar.

Meydan.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL