Anons

Dünən, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

Dünən, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

Haqqımızda Əlaqə

Ermənistan Putini həbs edə biləcək?

Tarix:25-03-2023, 14:25 Baxış Sayı:180

Ermənistan Putini həbs edə biləcək?

Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Rusiya liderinin Ermənistanda həbs olunması təhlükəsinə dair məsələyə şərh verib.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Yerevan Haaqa Məhkəməsinin hüquqi əsası olan Roma statutunu ratifikasiya edə bilər.

Bu məhkəmə ötən həftə Rusiya prezidentinin həbsinə order verib.

Rusiyada teleqram kanallarından biri Peskovdan Ermənistanın bu barədə Rusiyaya izahat verib-vermədiyini soruşub.

Peskov suala belə cavab verib:

“Hələ ki yox. Bunu partnyorlarımızla müzakirə edəcəyik”.

Bundan əvvəl Ermənistanın Konstitusiya Məhkəməsi Roma statutunun ölkə Konstitusiyasına uyğunluğu barədə qərar qəbul edib.

Niyə məhz indi?

Azatutyun yazır ki, Azərbaycanla qarşıdurmada bu məhkəmə instansiyasından istifadə edəcəyinə ümid bəsləyən Ermənistan hakimiyyəti ötən ilin sonunda Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutunun təsdiqi üçün ölkənin Konstitusiya Məhkəməsinə müraciət edib.

Ermənistan bu bu statutu 1998-ci ildə imzalasa da, indiyədək ratifikasiya etməyib.

2004-cü ildə Ermənistanın Konstitusiya Məhkəməsi bu sənədə dair fikir söyləmiş və onu ölkə Konstitusiyasına zidd adlandırmışdı.

Azatutyun yazır ki, 2004-cü ildən bəri Ermənistan Konstitusiyasına iki dəfə düzəlişlər edilib və bununla bağlı Nikol Paşinyanın hökuməti bu məsələni yenidən qaldırıb.

Beləliklə, indi Ermənistanın qarşısında BCM-in yurisdiksiyasının tanınması üçün heç bir maneə yoxdur.

Azatutyun yazır ki, Ermənistanın bu sənədi ratifikasiya etməsi onun üzərinə bir sıra öhdəlikllər, o cümlədən Rusiya prezidenti Vladimir Putinin, habelə Rusiyanın uşaq ombudsmanı Mariya Lvova-Belovanı həbs etmək öhdəliyi qoyacaq.

Azadlıq radiosu

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL