Aprelin 4-də Finlandiya NATO-ya üzv olub.
Bu gün həm də alyansın yaranmasının ildönümüdür. Beləliklə, NATO-nun Brüsseldəki qərargahının qarşısında 31-ci bayraq dirəyi görünəcək.
Finlandiyanın NATO-ya üzvlüyü 1917-ci ildə müstəqillik əldə etdikdən sonra neytral ölkə statusunun başa çatması deməkdir.
Finlandiya Rusiya ilə 1340 kilometr şərq sərhədini bölüşür.
Rusiyanın Ukraynaya qarşı 1 il əvvəl başladığı işğalçılıq savaşı işğalı Finlandiya ictimai rəyinin NATO-ya qoşulmasına 80%-ə qədər yüksəlməsinə səbəb oldu.
Finlandiyanın NATO-ya üzv olmasına Moskva sərt reaksiya verib.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Finlandiyanın NATO-ya daxil olması Moskvanı öz təhlükəsizliyini təmin etmək üçün əks tədbirlər görməyə məcbur edir.
D.Peskov hadisəni Rusiyanın təhlükəsizliyinə qəsd adlandırıb.
O deyib ki, Rusiya hərbçiləri NATO-nun Finlandiyadakı hərəkətlərinə dərhal reaksiya verəcək.
Culianna Smit: “İsveçin Alyansa daxil olması prosesini Türkiyə və Macarıstan ləngidir”
Martın 4-də Türkiyə və Finlandiya Brüsseldə Finlandiyanın NATO-ya daxil olması haqqında ratifikasiya fərmanının əsillərini ABŞ dövlət katibi Entoni Blinkenə təqdim edəcəklər.
Bununla da Skandinaviya ölkəsinin Alyansa daxil olması prosesini başa çatdıracaq.
Xəbəri “Turan”ın Vaşinqtondakı müxbiri verib.
“Biz mərasimi burada – Brüsseldə qeyd edəcəyik.. Bu hadisə müttəfiqlərin bir araya gəlməsi və qeyd etməsi üçün əsas fürsət olacaq”, – deyə ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Culianna Smit “Turan”a bildirib.
İsveçin Alyansa daxil olması ehtimalı haqda suala diplomat belə cavab verib ki, prosesi Türkiyə və Macarıstan ləngidib.
Onun sözlərinə görə, Ankaranın narahatlığı terror problemi ilə bağlıdır:
“Finlandiya Türkiyənin irəli sürdüyü bəzi narahatlıqları aradan qaldırıb. Hesab edirəm ki, yaxın gələcəkdə İsveçlə bağlı da bunu görəcəyik. Odur ki, biz kifayət qədər nikbinik”.
Macarıstana gəlincə, Culianna Smit deyib ki, hər iki namizəd ölkə ilə danışıqlar aparır: “Biz bu ölkələri dialoqa və qarşılıqlı fəaliyyətə çağırırıq”.
Culianna Smit Ukrayna və Rusiyanın Donbasa hücumu haqqında bildirib ki, rusların heç bir böyük qələbə əldə edə bilmədiyi aydındır: “Görək daha sonra nə olur, biz ukraynalıların yaxın həftələrdə hücuma başlayacaqlarını gözləyirik”.
2022-ci il mayın 18-də Finlandiya və İsveç NATO-ya üzv olmaq üçün rəsmi müraciət etmişdi.
Türkiyə isə İsveç və Finlandiyanın üzvlüyünə qarşı çıxırdı.
Rəsmi Ankara iddia edirdi ki, hər iki Skandinaviya ölkəsi Türkiyənin terrorla mübarizəsinə dəstək vermir, əksinə PKK-nın Suriyadakı qanadı YPG-yə kömək edir.
Ankara həm İsveç, həm də Finlandiyanın PKK üzvlərinə qucaq açdığını açıq şəkildə bəyan edirdi.
2022-ci ilin iyunun 28-də Türkiyə, İsveç və Finlandiya arasında Finlandiya və İsveçin NATO-ya üzvlük proseslərinə dair üçtərəfli memorandum imzalanıb.
2023-cü ilin martın 17-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaranın Finlandiyanın üzvlüyünə razılıq verdiyini açıqladı.
30 üzvü olan NATO (Şimali Atlantika Müqaviləsi Təşkilatı) 1949-cu ildə yaranıb.
Təşkilatın üzvləri hər hansı xarici gücdən ola biləcək silahlı hücuma qarşı ortaq müdafiə həyata keçirir.
NATO-nun Baş Qərargahı Belçikanın paytaxtı Brüssel şəhərində, Müttəfiq Qüvvələrin Əməliyyat Komandanlığının baş qərargahı isə Belçikanın Mons şəhəri yaxınlığında yerləşir.

Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
“QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
Qardaşına görə hədəf alındığını bildirir...
Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
Xəbərdarlıq: Yağ alarkən bunlara diqqət edin!
İstintaqa cəlb olunduğu deyilən həkimlərdən biri danışdı
Təmir gedə-gedə kabab bişirdilər- Sahibi cəzalandırıldı - Fotolar
Uşaq sığınacağında 40-a yaxın uşağın qızılcaya yoluxduğu bildirilir
Şəkərli diabetdən əziyyət çəkən şəxs pulsuz dərman ala bilmədiyini deyir
Şöbə müdirlərinə xəstə ölümünə görə cinayət işi açıldı
Bu şəxslərin əməkhaqqında yüksək ARTIM OLACAQ - Məbləğ açıqlandı
Demokratlar Təhsil Nazirliyinin ləğvinə qarşı kampaniyaya başladılar
Valideynlər 1-ci sinfə elektron qəbuldan niyə narazıdır - rəy
Abituriyentlərə BƏD XƏBƏR - Bu ixtisasların balı artacaq
Abşeron rayon ATİAHİ-nin sədri Vahid Əliyev kimi müəllimlərimiz, vətən üçün layıqli, vətənpərvər, bilikli, savadlı, gənclərimizə bir mayak kimi yol göstərən nümunədir.
Elçin Babayev tənqid edildi – “İnkişaf etmiş ölkələri qoyaq, öküzlə yer şumlayan zamanla ayaqlaşaq?”