Dünən, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
Dünən, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
Ukrayna prezidenti Volodimir Zelenski çərşənbə günü qonşu Polşaya səfər edərək, oradakı liderlər, ictimaiyyət nümayəndələri və Rusiyanın Ukraynaya genişmiqyaslı işğalına başlamasından sonra qaçan ukraynalılarla görüşüb.
Polşa prezidenti Anjey Duda birgə mətbuat konfransında bildirib ki, ümumilikdə Polşa Ukraynaya 14 ədəd "MiQ-29" qırıcısı təyyarə göndərəcək.
"Bizim bazada saxladığımız 4 ədəd "MiQ-29"-u son aylar artıq Ukrayna Silahlı Qüvvələrinə təhvil verilib. İndi də 4 "MiQ" və bu ümumilikdə səkkiz olur. Biz daha altısını verməyə hazırıq və onlar hazırlanır. Güman edirik ki, onlar yaxın vaxtlarda transfer oluna bilər" deyib Duda.
Duda onu da bildirib ki, Polşa NATO-nun Vilnüsdə keçiriləcək növbəti sammitində Ukrayna üçün hərbi potensialını gücləndirəcək əlavə təhlükəsizlik zəmanəti istəyəcək.
Baxmutdakı vəziyyətlə bağlı sualı cavablandıran Volodimir Zelenski "Biz [Silahlı Qüvvələr] Baxmutdayıq və düşmən oraya nəzarət etmir" deyib.
Zelenskinin sözlərinə görə, şəhərdə vəziyyət ağırdır və Ukrayna qoşunları orada mühasirəyə alınma riski ilə üzləşsələr “müvafiq qərarlar” veriləcək. Ukrayna prezidenti vurğulayıb ki, onun üçün ən vacib şey ukraynalı əsgərlərin həyatını xilas etməkdir.
Polşa Ukrayna üçün əsas müttəfiq olub. BMT-nin Qaçqınlar Agentliyi Polşada müvəqqəti yaşayış statusu almaq üçün 1,5 milyon ukraynalı qaçqın qeydiyyatdan keçib.
Polşa, həmçinin digər tərəfdaşlarının Ukraynaya hərbi və humanitar yardım göndərməsi üçün əsas mərkəz rolunu oynayıb.
Birləşmiş Ştatlar "Patriot" hava hücumundan müdafiə sistemləri üçün sursat və üç müşahidə radarı da daxil olmaqla, Ukraynaya 2,6 milyard dollarlıq hərbi yardım paketi təqdim edib.
Paketə yüz minlərlə döyüş sursatı, 155 mm və 105 mm-lik artilleriya mərmiləri daxildir. Ukrayna qüvvələri Rusiyanın qeyri-qanuni işğalına qarşı döyüşlərdə onlardan həddən artıq çox istifadə edir.
"Hava hücumundan müdafiə sistemi "HİMARS", artilleriya üçün döyüş sursatı bizə çox lazımdır. Təşəkkür edirəm cənab prezident Baydenə, təşəkkür edirəm Konqresə, hər bir amerikalıya təşəkkür edirəm!" - deyə, Zelenski çərşənbə axşamı gecə etdiyi çıxışında bildirib.
Çərşənbə axşamı elan edilən yardım paketinin təxminən 500 milyon dollarlıq sursat və avadanlığı prezidentin ixtisar səlahiyyətindən istifadə edərək, ABŞ hərbi ehtiyatlarından təmin ediləcək. Daha 2,1 milyard dollara Ukrayna üçün gələcəkdə bir sıra sursat və silah alınacaq.
ABŞ işğaldan sonra Ukraynaya 30 milyard dollardan çox təhlükəsizlik yardımı vəd edib.