Anons

Dünən, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

Dünən, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

Haqqımızda Əlaqə

ABŞ Ukraynaya 2,6 milyard dollar əlavə silah yardımı vəd edir

Tarix:5-04-2023, 12:43 Baxış Sayı:119

ABŞ Ukraynaya 2,6 milyard dollar əlavə silah yardımı vəd edir

Volodimir Zelenski: “ABŞ Ukraynaya kömək etməklə öz dəyərlərini qoruya bilər”

Ukrayna Rusiya qüvvələrinə qarşı yaz hücumuna hazırlaşır.

Belə bir vaxtda Pentaqon aprelin 4-də elan edib ki, ABŞ Ukraynaya üç hava müşahidə radarı, tank əleyhinə raketlər və yanacaq daşıyan maşınlardan ibarət 2,6 milyard dollar dəyərində hərbi yardım təqdim edəcək.

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Milli Qubernatorlar Assosiasiyasına deyib ki, Birləşmiş Ştatlar Ukraynaya kömək etməklə öz dəyərlərini qoruya bilər.

“Əməkdaşlığımız sizin təhlükəsizliyinizin, həm bizim, həm də sizin iqtisadiyyatınızın, hər iki ölkəmizdə iş yerlərinin açılmasına imkan verəcək”, – deyə Zelenski videobağlantı vasitəsilə bildirib.

Ukrayna Prezidenti əlavə edib ki, əsas olan vaxt itirməməkdir:

“Əldə olan şansı itirmək olmaz. İndi hərəkətə keç, indi kömək et. Ukraynalılar elə hərəkət edirlər ki, amerikalılar döyüşmək məcburiyyətində qalmasın – və biz birlikdə ölkələrimiz üçün yeni güc qazanırıq”, – o davam edib.

Rusiyanın Vaşinqtondakı səfirliyi ABŞ-ı münaqişəni mümkün qədər uzatmaq istəməkdə ittiham edib.

Xəbəri Rusiyanın TASS agentliyi yayıb.

Səfirliyin bəyanatında deyilir: “Kiyevə silah tədarük etmək qərarı Ukrayna böhranının gərginləşməsinə və mülki itkilərin sayını artırmağa yönəlmiş addımdır”.

Silah yardımı paketi bu dəfə prezident Co Bayden administrasiyası tərəfindən ABŞ-ın silah ehtiyatlarından deyil, sənayedən silah almağa imkan verən Ukrayna Təhlükəsizliyinə Yardım Təşəbbüsü (USAI) tərəfindən maliyyələşdirilən layihədən ayrılıb.

USAI paketinə ABŞ və müttəfiqlərinin Kiyevə verdiyi HIMARS hava hücumundan müdafiə sistemləri üçün əlavə döyüş sursatları, dəqiq aviasiya sursatları, sovet dövründənqalma GRAD raketləri, tank əleyhinə raketlər, hücumlarda istifadə edilən zirehli körpü sistemləri və 105 yanacaq qoşquları və maliyyə vəsaiti daxil idi.

Paketin bu seqmentinə “Patriot” hava hücumundan müdafiə sistemləri, tank sursatları və Yüksək Hərəkətli Artilleriya Raket Sistemləri (HIMARS) üçün döyüş sursatları daxildir.

Ötən ay Almaniya və Portuqaliyanın vəd etdiyi “Leopard 2” döyüş tankları Ukraynaya çatıb.

Aprelin 4-də elan edilən paketə 61 ağır yanacaq tankeri də daxildir.

ABŞ indiyədək Ukraynaya 35,2 milyard dollardan çox təhlükəsizlik yardımı edib.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL