Anons

Dünən, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

Dünən, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

Haqqımızda Əlaqə

Reks Tillerson: “Rusiya öz əməllərinə görə məsuliyyətə cəlb olunmalıdır”

Tarix:11-01-2017, 14:36 Baxış Sayı:248

Reks Tillerson: “Rusiya öz əməllərinə görə məsuliyyətə cəlb olunmalıdır”

Bu gün ABŞ Senatında yeni seçilmiş prezident Donald Tramp tərəfindən dövlət katibi vəzifəsinə namizədliyi irəli sürülmüş Reks Tillersonun bu vəzifəyə təsdiqlənməsi ilə əlaqədar dinləmələr keçiriləcək.

“Reuters” agentliyi R. Tillersonun Senatda edəcəyi çıxışın mətnini əldə edib. Mətndə Rusiyanın beynəlxalq arenada fəaliyyətindən narahatlıq ifadə olunur.

R. Tillerson giriş nitqində D. Trampın hansı səbəblə Rusiya ilə münasibətlərin yaxşılaşdırılmasına tərəfdar olduğunu izah edir. O bildirir ki, Vaşinqtona öz kursunu müəyyənləşdirmək üçün Moskva ilə açıq və şəffaf dialoq lazımdır. Lakin “Reuters” qeyd edir ki, R. Tillersonun bu barədə ritorikası D. Trampın bəyanatlarından fərqlənir. “Rusiya beynəlxalq arenada əhəmiyyətli rol oynamaq və ona hörmət olunmasını təmin etmək istədiyi bir zamanda son vaxtlar yol verdiyi hərəkətlərlə Amerikanın maraqlarını inkar edib. Rusiya bilməlidir ki, biz öz öhdəliklərimiz, eləcə də müttəfiqlərimiz qarşısındakı öhdəliklərimizə əməl edəcəyik və Rusiya öz əməllərinə görə məsuliyyətə cəlb olunmalıdır”, – deyə R. Tillerson vurğulayır.

Dövlət katibliyinə namizəd Rusiyadan qaynaqlanan təhlükəyə diqqət çəkib: “Rusiya Ukraynaya soxulub, Krımı özünə birləşdirib və savaş qanunlarını qəddarcasına pozan Suriya qüvvələrinə dəstək verib. Bizim NATO üzrə müttəfiqlərimiz dirçələn Rusiyadan narahatlıq durmaqda haqlıdır”.

Qeyd edək ki, R. Tillerson “Exxon-Mobil” neft korporasiyasının baş direktoru idi, lakin dövlət vəzifəsinə namizədliyi irəli sürüldükdən sonra bu vəzifədən istefaya gedib. ABŞ-ın bir sıra nüfuzlu senatorları onun Rusiya prezidenti Vladimir Putinlə yaxın əlaqələrə malik olmasından ciddi narahatlıq duyduqlarını və Senatda R. Tillersonun namizədliyi müzakirə olunarkən bu barədə məsələ qaldıracaqlarını bildiriblər.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL