Anons

Dünən, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

Dünən, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

Haqqımızda Əlaqə

Dəniz Baykal: "Bu Konstitusiya Türkiyəyə diktatura gətirəcək"

Tarix:13-01-2017, 11:04 Baxış Sayı:245

Dəniz Baykal: "Bu Konstitusiya Türkiyəyə diktatura gətirəcək"

Türkiyədə keçirilən Konstitusiya müzakirələri gərginliklərlə yadda qalır. Srağagün keçirilən iclasda əlbəyaxa olan millət vəkilləri dünən də CHP-nin Antalyadan seçilən millət vəkili Dəniz Baykalın sərt çıxışını izləyiblər. Dəniz Baykal konstitusiya dəyişiklik təklifinin "Türkiyənin əsrlik mədəniyyət seçimini dəyişdirməyə yönəlik" olduğunu söyləyib.
 
Baykal Türkiyə Böyük Millət Məclisinin Baş Məclisində konstitusiya dəyişiklik təklifinin prezidentliyə namizəd və seçkini təşkil edən yeddinci maddəsinin müzakirələrində söz alıb.
 
Dəniz Baykal sözügedən maddənin seçiləcək prezidentin eyni zamanda partiyası ilə əlaqəsini davam etdirməsini mümkün etdiyini deyib.
 
"Əlbəttə, hər kəsin bir siyasi üstünlüyü var. Burada məsələ rəsmi məqamda olan şəxsin siyasi partiyanı təmsil etmək kimliyi ilə eyni anda prezident vəzifəsində işləməsidir. Bu qüvvələr ayrılığına, prezidentin mövqeyinə, siyasi partiyalar arasındakı münasibətlərə ciddi təsir göstərir. Əslində bu, siyasi partiya sədrinin Milli Təhlükəsizlik Şurasına daxil olması deməkdir. Dövlətin bütün əsas təşkilatlarına siyasi partiya sədri olaraq girəcək, milyardlarla büdcəni birbaşa xərcləyəcək, büdcəni o formalaşdıracaqdır", - deyə bildirib.
 
Prezidentə verilən imtiyazların demokratik siyasəti, rəqabəti ciddi dərəcədə zəiflədəcəyini söyləyən Baykal deyib:
 
"Beləcə, dövləti yalnız bir partiyanın əli ilə tükəndirmiş olmursunuz, bir siyasi partiyanı da dövlətin partiyası halına çevirirsiniz. Bu çox təhlükəlidir. Bu, suverenliyin çatlaması mənasına gəlir. Bu, dövləti siyasi partiyanın əli ilə tükəndirmək deməkdir. Görünən odur ki, təkpartiyalı dövlət istəyirsiniz. Partiya millət deyil, millətin bir hissəsidir. Millət suverenliyin sahibidir. Partiya o suverenliyin sahibi deyil. Partiyan suverenlik deyil, hegemoniyadır."
 
Konstitusiyaların bir mədəniyyət seçimi olduğunu vurğulayan Baykal, "Bu konstitusiya paketi Türkiyənin əsrlik mədəniyyət seçimini dəyişməyə yönəlib. Bu paket Yaxın Şərqdəki diktatorluq rejimini Türkiyəyə gətirməyin bütün hüquqi, konstitusion bazasına malikdir", - deyə bildirib.
скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL