Anons

Dünən, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

Dünən, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

Haqqımızda Əlaqə

Trampa etiraz etdiyi üçün Baş prokuror vəzifəsindən kənarlaşdırılıb

Tarix:31-01-2017, 09:57 Baxış Sayı:234

Trampa etiraz etdiyi üçün Baş prokuror vəzifəsindən kənarlaşdırılıb

ABŞ prezidenti  Donald Tramp  dünən axşam  ABŞ Baş prokuroru və ədliyyə naziri  Salli  Yeytsi vəzifəsindən uzaqlaşdırıb. Buna səbəb Salli Yeytsin verdiyi son bəyanat olub. Trampın qərarlarının qanuniliyini şübhə altına alan Salli Yeyts bildirib ki, Ədliyyə nazirliyi prezidentin miqrasiya ilə bağlı son fərmanlarını məhkəmədə müdafiə etməyəcək.
 
Bu barədə Ağ Evin Mətbuat Xidmətinin  yaydığı  bəyanatda bildirilir.
 
«Baş prokurorluq vəzifəsini icra edən  Salli Yets ABŞ vətəndaşlarını qorumaq üçün verilən əmri yerinə yetirməkdən imtina etməklə  Ədliyyə Nazirliyinə xəyanət edib», - deyə mətndə bildirilir.
 
Yeytsin  yerinə Virciniyanın Şərq əyalətinin federal prokuroru Dana  Boente təyin edib. Donald Tramp ABŞ Baş prokuroru vəzifəsinə Ceff Seşnsın namizədliyini irəli sürüb. Yeytsin fərmanı Seşns ədliyyə naziri kimi Senatda dəstəklənənə kimi qüvvədədir.
 
Xatırladaq ki, ötən həftə Donald Tramp miqrasiya siyasətini  sərtləşdirən  bir sıra fərmanlar imzalayıb. O, Dövlət Departamenti və  Milli Təhlükəsizlik  Nazirliyinə  ABŞ ərazisinə 120 gün ərzində qaçqınların gəlişinin dayandırılması barədə göstəriş verib. Dövlət başçısı həmçinin  Birləşmiş Ştatlar tərəfindən qaçqın qəbulu kvotasını  azaldıb: 2017-ci maliyyə ili (2016—cxı ilin oktyabrından başlayıb) Amerika tərəfi  50 mindən artıq adamı qəbul etməyəcək. Bundan başqa D.Tramp İraq, İran, Suriya, Sudan, Yəmən. Liviya və Somali vətəndaşlarının 90 gün ərzində ABŞ-a daxil olmasının qadağan edilməsi barədə fərman imzalayıb. 
 
Bununla əlaqədar 16 ştatın baş prokuroru  ABŞ prezidenti Trampın miqrasiya siyasətinə qarşı birgə bəyanat  yayaraq dövlət başçısının fərmanlarını qeyri-qanuni adlandırıb, ölkənin milli maraqlarına zidd olduğunu bildiriblər.
 
Vaşinqton ştatının baş prokuroru Bob Ferqüson prezident Donald Trampın qaçqınların qəbulunun dayandırılması və müsəlman ölkələrinin vətəndaşlarının ölkəyə girişinə qadağan olunmasına dair fərmanları ilə bağlı iddia qaldıracaq. O, Trampa qarşı iddia qaldıran ilk baş prokuror olacaq.
 
Bundan başqa, Vaşinqtonda ABŞ prezidenti Donald Trampın miqrasiya siyasətinə qarşı etiraz aksiyası keçirilib. Aksiya iştirakçıları Trampın miqrasiya ilə bağlı son fərmanlarının qəbuledilməz olduğunu bildiriblər.
 
 
 
скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL