19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
Fərəc Quliyev: “Toparlanıb özümüz öz gücümüzə problemi həll etməliyik, başqa yol yoxdur”; Əsabəli Mustafayev: “Məhkəmə tərəfindən müraciətin nə üçün qəbul edilmədiyi açıqlanmır”
“Artıq iki ilə yaxındır ki, atamın ermənilər tərəfindən hüquqlarının pozulması ilə bağlı Avropa Məhkəməsinə müraciət etsək də, müraciətimizə baxılmayıb”. Bu sözləri erməni işğalçıları tərəfindən Kəlbəcərdə girov götürülən Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov azvision.az saytına açıqlamasında bildirib. Qeyd edək ki, öz torpaqlarında erməni quldurları tərəfindən qanunsuz olaraq girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevin işi ilə bağlı 2014-cü ildə Avropa Məhkəməsinə müraciət edilib.
Müraciətdə Avropa Konvensiyasının əlavə protokolunun 11 maddəsinin pozulduğu iddia edilib, tutarlı sübutlar əks olunub. Lakin Avropa Məhkəməsi qeyri-obyektivlik göstərərək müraciətə presedent qaydada baxmaqdan imtina edib. Hətta məsələ ilə bağlı Azərbaycan hökuməti də müraciət ünvanlayıb. Lakin bu günə qədər müraciət cavabsız qalıb. Maraqlıdır ki, siyasilərlə bağlı məsələlərdə Avropa Məhkəməsi kifayət qədər fəallıq göstərir. Bunu zaman-zaman siyasi fəallarla bağlı çıxarılan qərarlardan müşahidə etmək olur. Bəs niyə Avropa İnsan Hüquqları Məhkəməsi öz torpaqlarında girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı müraciətə baxmaq istəmir?
Millət vəkili, Milli Dirçəliş Hərəkatının (MDH) lideri Fərəc Quliyev məsələyə bu cür mövqe bildirdi:
“Şahidi oluruq ki, başqa ölkələrdə bu cür hadisələr olanda Avropa Məhkəməsi reaksiya verir. Azərbaycanın ərazilərinin işğalı ilə bağlı 4 qətnamə qəbul edilib. BMT nizamnaməsinin 7-ci maddəsinə və 45-48-ci hissəsinə görə, qeyri-hərbi və hərbi sanksiyaları tətbiq etməklə qətnamələri həyata keçirmək mümkündür. Belə qətnamələr qəbul olunanda bir neçə saatın içərisində reallaşdırılır. Məsələn, Liviyanın timsalında biz bunu gördük. Və yaxud girov götürülən adamların xilas olunması ilə bağlı dərhal beynəlxalq təşkilatların çağırışı olur və böyük güclər öz imkanlarını səfərbər edirlər və real hadisələrə müdaxilə edirlər. Hətta tədbir görürlər, nəinki çağırışlar edirlər. Amma Azərbaycanda birisi öz torpağında doğmalarının qəbrini ziyarət edəndə oğurlanır, girov götürülür və buna qarşı heç bir münasibət bildirilmir. Çünki bizim insanlara qarşı anormal, dözülməz münasibət var. Biz indi üzdə olanı deyirik, yəni iki nəfərin girov götürülməsini bildiririk. Amma 90-cı illərdən bəri bizim yüzlərlə insanımız girov götürülüb. Hətta xarici jurnalistlər girovlarımızın mədənlərdə qul kimi işlədiyini, xüsusi kamplarda əsir saxlanıldığını, onların orqanlarının satıldığını deyirlər, amma bir dəfə də müşahidəçilər ora getməyib. Lakin məsələ qaldırırlar ki, ”biz indiki cəbhə bölgəsində, Azərbaycanın tən ortasında monitorinq keçirilməsi üçün görmə qurğuları qoyaq və kimin atəşi pozması məsələsini müşahidə edək". Amma demirlər ki, ermənilər əvvəlki sərhədlərə çəkilsin, Azərbaycanla Ermənistan arasında qurğular qoyulsun. Yəni məhz cəbhə xəttində qurğu qoymaq istəyirlər. Bu, Azərbaycana olan ədalətsiz bir münasibətdir. Göründüyü qədər, bizim türk və müsəlman olmağımız bu basqılara səbəb olub. Bu, bizim taleyimizdir. Ədalətsizliyə qarşı yeganə yolumuz toparlanıb özümüz öz gücümüzə problemi həll etməliyik, başqa yol yoxdur".
Tanınmış vəkil Əsabəli Mustafayev azərbaycanlı girovlarla bağlı Avropa Məhkəməsinə göndərilən müraciətin baxılmamasına bu cür aydınlıq gətirdi:
“Bildiyim qədər həmin müraciət məhkəmə tərəfindən baxılmayan müraciət hesab olunur, ona görə də baxılmır və baxılmayacaq da, əgər ki, qəbul edilməyən sayılıbsa. Yəni bu məsələnin qısa cavabı bundan ibarətdir. Əgər qəbul edilən olunarsa, məlumat verilir, qeyd olunur ki, hazırda baxılmaq ərəfəsindədir. Müraciətin niyə qəbul edilməyənlər sirasında olmasının səbəbini isə bilmirəm, bu barədə şərhi yalnız müraciəti yazanlar qeyd edə bilər. Lakin qeyd edim ki, müraciətin qəbul olunması ilə bağlı bəzi tələblər var, məsələn, şikayətin vaxtında verilməsi və əsaslandırılma hisssinin necə olması ilə bağlı. Burda böyük bir problem ondan ibarətdir ki, məhkəmə tərəfindən müraciətin nə üçün qəbul edilmədiyi açıqlanmır, bu, praktikada yoxdur. Çox nadir hallarda məhkəmə hansısa qeydlərini verir.
Siyasilərlə bağlı məsələyə gəldikdə isə onu demək istəyirəm ki, Avropa Şurasının qaydaları var, hansı işlərə nə vaxt baxılır deyə ardıcıllıq var. Birinci sırada fundamental hüquqların pozulması durur. Tutaq ki, sərbəst toplaşma, vicdan azadlığıdır və sairə. Buna görə də müəyyən miqdarda bu məsələlərə tez baxılır. Ona görə tez baxılır ki, bu, artıq Azərbaycanda sistem pozuntusudur, çoxlu sayda şikayətlərdir. Belə olan halda hansı ölkənin olmasından asılı olmayaraq Avropa Məhkəməsi bunu sistem pozuntusu kimi qəbul edir və tezləşdirilmiş üsulda baxır. Əgər eyni pozuntular çoxlu sayda və tez-tez baş verirsə, onda qərarlarla bağlı pilot sisteminə keçirilir".