19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
Martın 22-də Londonun mərkəzində, parlament binası önündə törədilən terror nəticəsində yaralananlardan 5-i dünyasını dəyişib.
Ölənlərdən biri həmin vaxt parlament biansı önündə növbə çəkən polis əməkdaşıdır. Onu hücumçu bıçaqlamışdı. Polis əməkdaşı aldığı yaradan dünyasını dəyişib.
Son məlumata görə, yaralıların sayı isə 40 nəfərdən çoxdur. Yaralılardan 7-nin vəziyyəti kritikdir.
Hadisə ilə bağlı 7 nəfərin şübhəli kimi saxlanıldığı bildirilir.
Terror aktını kimin və ya hansı qruplaşmanın törətdiyi haqda hələlik rəsmi açıqlama verilməyib. Teroora qarşı polis alayının rəisi Mark Rouli ötən gecə keçirdiyi brifinqdə yalnız bunu deyib ki, terroçunun kimliyi müəyyən edilib, lakin açıqlanması hələlik tezdir.
Ehtimallara görə, terroru Abu İzzadin törədib
Britaniya mətbuatı isə yazır ki, London terrorunu törədən Abu İzzadin ola bilər. Bu barədə ilk olaraq İndependent xəbər verib, lakin az sonra məlumat silinib. Həm də Trevor Bruks adı ilə tanınan Abu İzzadin radikal dini icma rəhbəri kimi məşhurdur.
BBC xəbər verir ki, Abu İzzadin hazırda həbsdədir
BBC isə xəbər verib ki, Abu İzzadin hazırda həbsdədir və terroru kimsə başqası törədib.
Rəsmi məlumata görə, hazırda hadisənin əhatə dairəsi, terrorçu ilə əlaqəli mümkün şəxslərin kimliyi araşdırılır. İstintaq bu qənaətdədir ki, hücumçunun beynəlxalq terror şəbəkəsi ilə bağlılığı var.

22.03.2017
Londonda Böyük Britaniya parlamentinin binası yaxınlığında silahlı insident baş verib. İlkin məlumata görə, ərazidə naməlum bir şəxs ətrafa atəş açıb. Xarici KİV şahidlərə isitnadla bildirib ki, parlament binası yaxınlığında atəş səsləri eşidilib. Ərazi polis qüvvələri ilə əhatəyə alınıb, vertolyotla ərazi nəzarətə götürülüb.
İnsident zamanı 20-yə yaxın insanın yaralandığı, 4 nəfərin öldüyü deyilir.
Nisbətən dəqiqləşmiş məlumata görə, naməlum hücumçu bıçaqla silahlanıbmış və qarşısına keçəni yaralayaraq parlament binasına doğru irəliləyirmiş. Polis atəş açaraq onu zərərsizləşdirib, yəni öldürüb. Bir nəfər polis əməkdaşının da bıçaqlandığı bildirilir.
Eyni zamanda parlamentin yanında yerləşən Westminster körpüsündə bir maşının onlarla insanı vurduğu deyilir. Maşın daha sonra parlament binasını əhatə edən barmaqlıqlara çarpılıb.
Hadisə ilə əlaqədar parlamentin iclası dayandırılıb və binadakılara çölə çıxmaq qadağan edilib.
Hadisə yerinə yaxın olan Vestministr metrostansiyası da bağlanıb.
Britaniya polisi körpünün üzərində avtomobillə törədilən qəsdin və bıçaqlı hücumun bir-birinə bağlı olduğunu bildirib və hadisəni terror aktı adlandırıb.
