Anons

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

Haqqımızda Əlaqə

Türkiyənin ana müxalifət partiyası seçkinin saxtalaşdırıldığını deyir AK Partiya referendumu qazandı, CHP etiraz etdi, MHP isə sosial bazasını itirdi

Tarix:17-04-2017, 14:17 Baxış Sayı:159

Türkiyənin ana müxalifət partiyası seçkinin saxtalaşdırıldığını deyir AK Partiya referendumu qazandı, CHP etiraz etdi, MHP isə sosial bazasını itirdi

Türkiyənin Cümhuriyyət Xalq Oartiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu referendum nəticələrinin açıqlanmasından sonra verdiyi bəyanatda, "bərabər olmayan şərtlərdə referendum keçirdik. Bunu hamı bilir. Biz də şərtlər bərabər olmamasına baxmayaraq, demokratiyaya sahib çıxmaq üçün əlimizdən gələn hər cür səyi göstərdik. Bu səyi hüquq çərçivəsində göstərdik.", - deyərək, Ali Seçki Komissiyanın (YSK) möhürsüz zərf və bülletenlərin etibarlı sayılması istiqamətindəki qərarına reaksiya göstərib. Kılıçdaroğlu, "təəssüflə qeyd edim ki, YSK bu referendumu mübahisəli hala gətirdi. Heç bir mübahisəyə yer verməyəcək şəkildə bu məsələyə aid qanun maddəsini oxuyuram. Seçki Məcəlləsinin 98-ci maddəsi: "Üzərində rayon seçki komissiyası və seçki məntəqəsinin möhürü olmayan bülletenlər etibarsız sayılır." Amma YSK bu zərfləri qəbul edib. Nə üçün? Seçki Məcəlləsinin 108-ci maddəsi: "Arxasında seçki məntəqəsinin möhürü olmayan zərf etibarsızdır." Bunlar TBMM-dən keçən qanunlardır. Heç bir qurum özünü parlamentdən üstün görə bilməz. Oyun keçirilərkən matçın ortasında qayda dəyişdirilməz. YSK oyunun ortasında, üstəlik, zərflər açıldıqdan sonra qaydaları dəyişir. Bu düzgün deyil, əsla qəbul etmirik. Millətin qərarına hörmət etməliyik, amma YSK kölgə saldı", - söyləyib.
 
Kılıçdaroğlu bildirib ki, "Bəli"ni müdafiə edənlər qanundan kənara çıxıblar. "Konstitusiyalar ictimai razılaşma sənədidir", - deyən Kılıçdaroğlu, "bu referendum bir həqiqəti ortaya çıxardı. Cəmiyyətin ən azı 50 faizi buna "xeyr" deyir. Ona görə, bu konstitusiya dəyişikliyi və onun yaratdığı bütün konstitusiya bir mənada ictimai razılaşma sənədi olmaq keyfiyyətini itirmiş haldadır. Ən əhəmiyyətlisi odur ki, bu həqiqət qarşımızda durduğu halda, siyasət qurumuna bir vəzifə düşür. Konstitusiyanı ictimai razılaşma sənədi halına çevirmək", - deyə əlavə edib.
 
Kılıçdaroğlu son olaraq bildirib ki, hüquqi, ictimai və vicdan baxımından da referendumun legitimliyi mübahisəli hala gətirilib və bu məsələdə sona qədər gedəcəklər.
 
Qeyd edək ki, CHP-nin açıqladığı nəticələri belədir: 50.54% "bəli", 49.26% "xeyr". Rəsmi rəqəmlərdə isə göstəricilər bu cürdür: 51.41% "bəli", 48.59% "xeyr".
 
"Milliyyət" qəzetinin yazarı Mehmet Tezkan referendumun nəticəsinə dair qələmə aldığı yazıda bildirib ki, Milliyətçi Hərəkat Partiyası bu seçkidə itirən tərəf olub: ""Referendumda siyasi cəhətdən itirən yoxdurmu", - deyə sual edəcəksiniz. Var, MHP. Ərzurumdan başqa, MHP-nin güclü olduğu bütün rayonlarda "xeyr" səsi çıxdı. Misal üçün Adana, Balıkesir. Nəticə budur. MHP-nin mənzil qərargahı "bəli" dedi. Amma əsas bazanın 80 faizi "xeyr" səsi verib. MHP-ni çətin günlər gözləyir".
 
Türkiyə Ali Seçki Komissiyası yekun nəticələri hələ açıqlamasa da, görünən odur ki, 51.41% "bəli" səsi ilə konstitusiya dəyişikliyinə gediləcək. Amma hər zaman olduğu kimi seçkilərə kölgə salan görüntülər də yox deyil. Ölkə boyu müxtəlif seçki məntəqələrindən çəkilmiş qanun pozuntuları sosial şəbəkələrə yerləşdirilib.

Referendumda ən çox "bəli" səsi verən vilayətlər:

1. Bayburt: 81,87 %
2. Aksaray: 77,92 
3. Çankırı: 76,93
4. Konya: 75,98
5. Kütahya: 76,13
6. Rize: 75,94
7. Yozgat: 75,82
8. Gümüşhane: 75,11
9. Erzurum: 74,98
10. Kahramanmaraş: 74,64
 
Ən çox "xeyr" səsi verən vilayətlər:
 
1. Tunceli: 78,49 %
2. Kırklareli: 70,18
3. Edirne: 65,98
4. Şırnak: 68,61
5. Hakkari: 66,14
6. Diyarbakır: 65,55
7. Iğdır: 63,41
8. Muğla: 63,18
9. İzmir: 63,11
10. Tekirdağ: 59,81

 

 

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL