Anons

10-02-2024, 15:59- Putinin Karlsona müsahibəsi propaqanda platforması kimi tənqid olunur

10-02-2024, 14:22- Avropa Xarici Fəaliyyət Xidmətinin mətbuat katibinin Azərbaycanda prezident seçkilərinə dair bəyanatı

2-02-2024, 09:58- ATƏT DTİHB: ‘…Digər altı namizədin hər biri yaxın keçmişdə prezidenti dəstəkləyib’

30-01-2024, 17:57- Azərbaycana avtomobil gətirənlərin xərci 2 dəfə artıb

30-01-2024, 13:39- Məhkəmə fəalın apellyasiya şikayətini təmin edib

25-01-2024, 17:01- AŞPA-nın qərarının təsiri: Azərbaycan müxalifəti nəticələr haqqında düşünür

25-01-2024, 12:54- AŞPA məruzəçisi: Azərbaycan və Türkiyə jurnalist hüquqlarının pozulmasında liderdir

22-01-2024, 16:11- Rusiya Qərbi Rusiyanın aktivlərinin dondurulmasına cavab olaraq 288 milyard dollar itki ilə hədələyir

22-01-2024, 14:30- Hafiz Babalı onu gözdən salan KİV-i məhkəməyə verəcək

22-01-2024, 13:59- Başqırdıstan etirazlarına görə dörd nəfərə ittiham verilib

19-01-2024, 12:34- Vəkil: Nərgiz Absalamovanın ailə üzvləri ilə təmaslarına məhdudiyyət qoyulmasının əsası yoxdur

19-01-2024, 10:58- Fəalları Başqırdıstanı Rusiyadan ayırmaq çağırışlarında ittiham edirlər

17-01-2024, 16:00- Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri jurnalistlərə qarşı rəftardan dəhşətə gəldiyini bildirib

17-01-2024, 14:07- Ermənistan siyasətçiləri məyusdurlar: ‘Əliyev yeni müharibəyə hazırlaşır’

17-01-2024, 13:56- Ötən ilin yekun iqtisadi göstəriciləri açıqlanıb

16-01-2024, 16:25- ‘Ayrıcadırlar’: İrandan dəstək görsələr də, husilərin müstəqilliyi İranı qoruyur

16-01-2024, 11:54- Tramp Ayovada praymeriz seçkilərini udur

16-01-2024, 11:53- Jurnalist Şahin Rzayev həbs edilib

12-01-2024, 14:52- ABŞ və Böyük Britaniya Yəməndə hisilərin mövqelərini vurur

12-01-2024, 10:31- Britaniyanın baş naziri Kiyevdədir

Haqqımızda Əlaqə

Bəxtiyar Hacıyev tibbi müayinədən də imtina edib

Tarix:17-02-2023, 20:50 Baxış Sayı:76

Bəxtiyar Hacıyev tibbi müayinədən də imtina edib

Həkim ictimai fəalın vəziyyətinin qənaətbəxş olmadığını deyir

Yanvarın 9-dan həbsdə aclıq edən ictimai fəal Bəxtiyar Hacıyevin artıq tibbi dəstəkdən də imtina etdiyi bildirilir. Bu barədə Meydan TV-yə “Müdafiə Xətti” hüquq-müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov məlumat verib.

Hüquq müdafiəçisi bildirib ki, fevralın 17-də professor Adil Qeybulla Penitensiar Xidmətin Müalicə Müəssisəsində Bəxtiyar Hacıyevi müayinə etməyə gedib. Lakin ictimai fəal təzyqinin ölçülməsinə, hər hansı müayinənin aparılmasına icazə verməyib.

Bəxtiyar Hacıyev fevralın 16-dan artıq su içməkdən də imtina edərək, quru aclığa keçdiyini açıqlayıb. Bu barədə vəkili Aqil Layıc məlumat verib.

Fevralın 17-də Müalicə Müəssisəsində Bəxtiyar Hacıyevə baş çəkdiyini deyən professor Adil Qeybulla da onun tibbi yardımdan imtina etdiyini təsdiqləyib. Həkimin sözlərinə görə, ictimai fəalın vəziyyəti qənaətbəxş deyil.

Quru aclıq edən Bəxtiyar Hacıyev az əvvəl yaxınları vasitəsilə bu mətni göndərərək yayılmasını istəyib:

“Məni şərləyərək həbs etdirən Vilayət Eyvazov olsa da, həbsdə, daha doğrusu, əsirlikdə qalmağıma və hər gün mənə qarşı artan təzyiqə yaşıl işıq yandıran İlham Əliyevdir! Bu müddət ərzində həyatımla bağlı baş verəcək hər bir hadisəyə görə də məsuliyyət İlham Əliyevin üzərinə düşəcək! Təəssüf ki, ölkədə qisasçı, şərçi bir şəxsi dayandıracaq, dövlət ağlı olan bir şəxs tapılmadı, mənə ölüm aclığı ilə haqqım olan azadlıq uğrunda mübarizə aparmaqdan başqa heç bir hüquqi yol qoyulmadı!”

Dekabrın 9-dan həbsdə olan Bəxtiyar Hacıyev Cinayət Məcəlləsinin 221.2.2 (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə qarşı müqavimət göstərməklə xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik) maddələrilə ittiham olunur. Bu maddələrdə 3 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Bəxtiyar Hacıyevə qarşı cinayət işində söhbət ictimai fəalla jurnalist Ülviyyə Alovlu arasında qalmaqaldan gedir. Bəxtiyar Hacıyev uzun müddətdir ki, polisə şikayət edərək, Ülviyyə Alovlunun cinayət məsuliyyətinə cəlb olunmasını tələb edirdi.

Bir müddət öncə sosial şəbəkələrdə Yasamal rayon Məhkəməsində Bəxtiyar Hacıyevlə Ülviyyə Alovlu arasında məhkəmə prosesi zamanı baş verənlərin videogörüntüsü yayılmışdı. Həmin görüntülərdə Bəxtiyar Hacıyev əlindəki sənədləri masanın üstünə atır. İddia olunur ki, ictimai fəal məhz buna görə xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham edilir.

Lakin Bəxtiyar Hacıyev Daxili İşlər naziri Vilayət Eyvazovun sifarişilə həbs olunduğunu iddia edir. O, zaman-zaman sosial media hesablarında Vilayət Eyvazov və nazirliyin fəaliyyətini tənqid edirdi.

İctimai fəal 2022-ci ilin aprelində naməlum şəxslər tərəfindən paytaxtın mərkəzində oğurlanaraq, zorakılığa məruz qaldığını bildirib.

Faktla bağlı cinayət işi başlansa da, bu günə qədər cinayəti törədən şəxslər tapılmayıb.

Meydan TV

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL