Anons

10-02-2024, 15:59- Putinin Karlsona müsahibəsi propaqanda platforması kimi tənqid olunur

10-02-2024, 14:22- Avropa Xarici Fəaliyyət Xidmətinin mətbuat katibinin Azərbaycanda prezident seçkilərinə dair bəyanatı

2-02-2024, 09:58- ATƏT DTİHB: ‘…Digər altı namizədin hər biri yaxın keçmişdə prezidenti dəstəkləyib’

30-01-2024, 17:57- Azərbaycana avtomobil gətirənlərin xərci 2 dəfə artıb

30-01-2024, 13:39- Məhkəmə fəalın apellyasiya şikayətini təmin edib

25-01-2024, 17:01- AŞPA-nın qərarının təsiri: Azərbaycan müxalifəti nəticələr haqqında düşünür

25-01-2024, 12:54- AŞPA məruzəçisi: Azərbaycan və Türkiyə jurnalist hüquqlarının pozulmasında liderdir

22-01-2024, 16:11- Rusiya Qərbi Rusiyanın aktivlərinin dondurulmasına cavab olaraq 288 milyard dollar itki ilə hədələyir

22-01-2024, 14:30- Hafiz Babalı onu gözdən salan KİV-i məhkəməyə verəcək

22-01-2024, 13:59- Başqırdıstan etirazlarına görə dörd nəfərə ittiham verilib

19-01-2024, 12:34- Vəkil: Nərgiz Absalamovanın ailə üzvləri ilə təmaslarına məhdudiyyət qoyulmasının əsası yoxdur

19-01-2024, 10:58- Fəalları Başqırdıstanı Rusiyadan ayırmaq çağırışlarında ittiham edirlər

17-01-2024, 16:00- Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri jurnalistlərə qarşı rəftardan dəhşətə gəldiyini bildirib

17-01-2024, 14:07- Ermənistan siyasətçiləri məyusdurlar: ‘Əliyev yeni müharibəyə hazırlaşır’

17-01-2024, 13:56- Ötən ilin yekun iqtisadi göstəriciləri açıqlanıb

16-01-2024, 16:25- ‘Ayrıcadırlar’: İrandan dəstək görsələr də, husilərin müstəqilliyi İranı qoruyur

16-01-2024, 11:54- Tramp Ayovada praymeriz seçkilərini udur

16-01-2024, 11:53- Jurnalist Şahin Rzayev həbs edilib

12-01-2024, 14:52- ABŞ və Böyük Britaniya Yəməndə hisilərin mövqelərini vurur

12-01-2024, 10:31- Britaniyanın baş naziri Kiyevdədir

Haqqımızda Əlaqə

Taleh Bağırzadə inanclı insanların həbsinə etiraz edir

Tarix:7-04-2023, 18:23 Baxış Sayı:43

Taleh Bağırzadə inanclı insanların həbsinə etiraz edir

“Hakimiyyətdən inanclı insanlara qarşı haqsız ittihamları dayandırmağı tələb edirik”

Azərbaycan Müsəlman Birliyi Hərəkatının (MBH) hazırda həbsdə olan lideri Taleh Bağırzadə son bir həftədə inanclı insanların saxlanılması ilə bağlı açıqlama yayıb.

Taleh Bağırzadə Azərbaycanda anti-islam, xüsusi olaraq anti-şiə meyillərin uzun illərdir ki, mövcud hakimiyyətin gündəmində olduğunu deyir: “Bunun üçün ölkənin inanclılarına qarşı repressiv davranışlar zamanla bu və ya başqa formada təzahür etməkdədir”.

MBH sədri hesab edir ki, inanclıların cəmiyyətdə mənfi imicdə təqdimatı keçmişin təcrübəsidir:

“İllərdir ki, ruhanilərin narkotik maddələrlə şərlənərək həbsə atılması, inanclılara eyni töhmətin vurulması şəxsən öz təcrübəmdən yaşanan olaydır. Bu gün hadisənin belə geniş vüsət alması, “inanclı vahiməsi” – şiə əqidəsinin bir zamanlar cəmiyyətdə terrorçu-təkfirçi siyasi cərəyanına bənzər qorxunc imicə salınması planlı təxribatın şiəliyə, İslamın həqiqətlərinə vurulan ləkə olduğu tam çılpaqlığı ortadadır”.

Taleh Bağırzadənin sözlərinə görə, son kütləvi həbslər artıq bu işin sifarişli olmasını sərgiləyən sadə həqiqət idi:

“Narkotik ittihamı ilə şərləyib mediada “casus” kimi təqdimat isə bu işin arxasında dayanan qüvvələrin məkirli addımlarını gün kimi aydınladır. Bir də buna heç bir məhkəmə qərarı, araşdırma olmadan “casus” damğası vurmaq, İranla münasibətlərdə böhranı bəhanə edib əqidənin aşağılanmasına yönəli hiddət və nifrətdən başqa bir mənaya gəlmir”.

“Hakimiyyətdən inanc və inanclılara qarşı haqsız ittihamlar, qurama oyunlar və kütləvi həbsləri tezliklə dayandırmağı, şərləmə oyununa alət etdiyi dini inancın pak varlığına ləkə salmağa çalışdığı mənfur əlini çəkməyi tələb edirik. Unutmayın ki, əqidənin yaratdığı paklıq ruhunda pərvaz edən bu günahsız insanların həbsi öz oturduğu budağı kəsib yüksəklikdən aşağı yuvarlanan insanın aqibətini qaçılmaz edəcək”, – deyə Bağırzadə fikrini tamamlayıb.

Taleh Bağırzadə 26 noyabr 2015-ci ildə həbs edilib.

2015-ci ildə baş vermiş həmin əməliyyat nəticəsində Taleh Bağırzadə də daxil olmaqla, 100-ə yaxın adam həbs olunmuşdu.

Onlardan 42 nəfərə dövlət çevrilişinə cəhd, terrorçuluq və s. ağır maddələrlə ittihamlar verilmiş və 13 ildən 20 ilə qədər azadlıqdan məhrum edilmişdilər.

Digərlərinə isə 5-6 ilə qədər həbs cəzası verilmişdi. Həbs olunanların əksəriyyəti ya cəza müddəti başa çatdığına, ya da əfv sərəncamıyla azadlığa buraxılıb.

O, müxtəlif ağır cinayətləri törətməkdə şübhəli bilinib və Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində məhkəməyə qədər 4 aylıq həbs qəti imkan tədbiri seçilib.

Sonra həmin həbsin müddəti daha 4 ay da uzadılıb. Daha sonra Taleh Bağırzadə həbsinin qanunsuz olmasından Bakı Apelyasiya Məhkəməsinə şikayət edib.

Məhkəmə birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Meydan TV

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL