“Seçildiyim Suraxanı rayonunda 20 ilə yaxın müddətdə dərəbəylik hökm sürüb. Bu rayonda 5 il icra başçısı işləmiş Hacıbala Abutalıbov və ondan sonra 14 il bu rayonda İcra başçısı işləmiş İlqar Abbasov rayonun nə torpağı varsa, hamısını satıblar və zəbt ediblər”,-deyə deputat ciddi ittihamlar səsləndirib.
“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunda dəyişikliklərin müzakirəsi zamanı çıxış edən deputat deyib ki, bələdiyyələrlə bağlı çox mühüm fərman və sərəncamlar icra olunmur: “15 yanvar 2001- ci ildə “Bələdiyyə mülkiyyətinə əmlakın verilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Prezident fərmanı olsa da indiyə kimi əmlak Bələdiyyələrə verilməyib. Bakı Bələdiyyələrinə torpaqların xəritəsi belə verilməyib”.
E.Əliyev bildirib ki, adını çəkdiyi şəxslərə qoşulanlardan biri də 30 il Suraxanı rayon Mənzil kommunal təsərrüfatı birliyinin sədri Mayis Məmmədov və Hacıbala Abutalıbovun qardaşının kürəkənidir: “Bir rayonu 4 nəfər işğal edib”. Deputatın sözlərinə görə, 222 min əhalisi olan bir rayonda bir peşə məktəbi yoxdur, lakin 10-larla pab-restoranlar, qəlyanxanalar, diskoteka klubları var: “Peşə təhsili məktəbinin tutumuna uyğun torpaq sahəsi tapmaq mümkün olmayacaq. Qaraçuxur və Yeni Günəşlini Hacıbala Abutalıbov, İlqar Abbasov, Mayis Məmmədov və Abutalıbovun yaxın qohumu hasara alıblar. Milyonlarla manata evtikənlərə satırlar. Bu vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə səlahiyyətlərini aşma halıdır və həmin torpaqların necə zəbt olunması araşdırılmalıdır”.
Deputat deyib ki, belə adamların əlindən elə əvvəldən bələdiyyələr zəlil günə qalıblar. Bu adamların əlindən ölkəyə böyük zərbələr dəyir: “Avropa Birliyinin ekspertləri Avropa Şurasına üzv ölkələr də daxil olmaqla qitə üzrə bələdiyyələrin inkişafına dair indeks hazırlayıb. Reytinqə tək Azərbaycan daxil edilməyib. Aydındır, reallıqda mövcud olmayan bir institutu inkişaf edən sistemlərin içərisinə niyə əlavə etsinlər? Bunun izahını kimdən soruşaq?”

Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
“QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
Qardaşına görə hədəf alındığını bildirir...
Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
Xəbərdarlıq: Yağ alarkən bunlara diqqət edin!
İstintaqa cəlb olunduğu deyilən həkimlərdən biri danışdı
Təmir gedə-gedə kabab bişirdilər- Sahibi cəzalandırıldı - Fotolar
Uşaq sığınacağında 40-a yaxın uşağın qızılcaya yoluxduğu bildirilir
Şəkərli diabetdən əziyyət çəkən şəxs pulsuz dərman ala bilmədiyini deyir
Şöbə müdirlərinə xəstə ölümünə görə cinayət işi açıldı
Bu şəxslərin əməkhaqqında yüksək ARTIM OLACAQ - Məbləğ açıqlandı
Demokratlar Təhsil Nazirliyinin ləğvinə qarşı kampaniyaya başladılar
Valideynlər 1-ci sinfə elektron qəbuldan niyə narazıdır - rəy
Abituriyentlərə BƏD XƏBƏR - Bu ixtisasların balı artacaq
Abşeron rayon ATİAHİ-nin sədri Vahid Əliyev kimi müəllimlərimiz, vətən üçün layıqli, vətənpərvər, bilikli, savadlı, gənclərimizə bir mayak kimi yol göstərən nümunədir.
Elçin Babayev tənqid edildi – “İnkişaf etmiş ölkələri qoyaq, öküzlə yer şumlayan zamanla ayaqlaşaq?”