Anons

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

Haqqımızda Əlaqə

Avropa Məhkəməsi bu dəfə Azərbaycanı 76 min avro cərimələdi

Tarix:13-04-2023, 13:31 Baxış Sayı:125

Avropa Məhkəməsi bu dəfə Azərbaycanı 76 min avro cərimələdi

Tərəflərin hamısı dostca anlaşıb

Aprelin 13-də Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycanı yenə cərimələyib. Budəfəki cərimə 76 min avroya yaxındır.

AİHM Azərbaycandan göndərilmiş 38 şikayət üzrə 4 qərardad elan edib. Qərardadlar tərəflərin dostca anlaşmalarına və hökumətin təqdim etdiyi təktərəfli bəyannamələrə əsaslanır.

“Hüseynov və 5 başqa ərizəçi Azərbaycana qarşı” işdə 6 ərizəçi (Füzuli Hüseynov, Ramid Nağıyev, Rəvan İsmayılov, Əlifaga Abdullayev, Rəmzi Şıxəliyev, Mətanət Mahmarzayeva) toplaşmaq və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulduğunu iddia ediblər. Dostca anlaşmaya görə, hökumət hər ərizəçiyə 2850 avro ödəyəcək.

“Ümman Səfərov və 19 başqa ərizəçi Azərbaycana qarşı” işdə ədalətli məhkəmə araşdırması, eləcə də azadlıq və toxunulmazlıq hüququnun pozuntusu mübahisələndirilib. Yekun qərar hökumətin təqdim etdiyi təktərəfli bəyannaməyə əsaslanıb. Qərara görə, hökumət ərizəçilərdən Əhsən Nuruzadəyə 2250, digər 19 ərizəçinin hər birinə 1250 avro təzminat ödəyəcək.

“Şahlar Həsənov və 2 başqa ərizəçi Azərbaycana qarşı” işdə də ədalətli məhkəmə araşdırması, azadlıq və toxunulmazlıq hüququnun pozuntusu mübahisələndirilib. Dostca anlaşmaya əsaslanan qərara əsasən, hökumət Qorxmaz Əliyevə 1250, İlqar Hüseynov və Ş.Həsənovun hər birinə 2250 avro ödəməlidir.

“Usuf Abulov və 8 başqa ərizəçi Azərbaycana qarşı” şikayətdə isə toplaşmaq, eləcə də azadlıq və toxunulmazlıq hüququnun pozuntusu mübahisələndirilib. Tərəflər dostca anlaşıb.

Qərardada görə, hökumət ərizəçilərdən Abulov və Rövşən Əhmədliyə 4150, digər 7 ərizəçinin hər birinə 2850 avro təzminat ödəyəcək.

Meydan TV

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL