Anons

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”

9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub

8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb

7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir

7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib

7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"

6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi

6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib

5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”

4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”

4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır

Haqqımızda Əlaqə

Talıbovların gizli planı - FOTO

Tarix:18-04-2023, 19:04 Baxış Sayı:122

Talıbovların gizli planı - FOTO

Bu ayın əvvəlində Naxçıvan şəhərində "NAXPROPERTY-1" MMC və "NAXPROPERTY-2" MMC adlı daha 2 şirkət dövlət qeydiyyatına alınıb. Yeniavaz.com xəbər verir ki, nizamnamə kapitalı 102 000 manat olan "NAXPROPERTY-1" MMC  Naxçıvan şəhəri Heydər Əliyev, ev 19, m. 32 ünvanında, nizamnamə kapitalı 107 100 manat olan "NAXPROPERTY-2" MMC isə  Naxçıvan şəhəri Heydər Əliyev, ev 19, m. 29 ünvanında yerləşir. Hər iki MMC-nin qanuni təmsilçisi Heydər Məhərrəmov Namaz oğludur.

 

Qeyd edək ki, son zamanlar Naxçıvanda "NAXPROPERTY” adı ilə bir neçə şirkət dövlət qeydiyyatına alınıb. Eyni zamanda bu şirkətlərlə bağlılığı olan “MEST” adlı çoxsaylı şirkətlər də yaradılıb.

 

Onu da bildirək ki, bu şirkətlərin vaxtı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun ailə üzvlərinə məxsus olan “Gəmiqaya Holdinq”ə bağlılığı da var.

 

Məsələn, yeni yaranan “MEST-1” və “MEST-3” MMC-lərin qanuni təmsilçisi olan Tarverdiyev Şakir Nazim oğlu eyni zamanda “Gəmiqaya Turizm” MMC-nin qanuni təmsilçisidir.

 

Onu da qeyd edək ki, Naxçıvanda “Gəmiqaya” adı ilə çoxsaylı şirkətlər dövlət qeydiyyatına alınıb. Uzun illərdir mətbuata bu şirkətlərin Vasif Talıbovun ailə üzvlərinə məxsus olması barədə məlumatlar yayılır və bu günə kimi təkzib olunmayıb. Hətta 2014-cü ildə Vasif Talıbovun oğlu Rza Talıbov “Facebook” sosial şəbəkəsindəki hesabında paylaşdığı məlumatda özünü “Gəmiqaya Holdinq”in rəhbəri kimi qeyd edib.

 

Onu da bildirək ki, Rza Talıbov hazırda Dövlət Miqrasiya Xidmətində Vətəndaşlıq Məsələləri Baş İdarəsinin rəisi vəzifəsində çalışır.

 

“Gəmiqaya” adı ilə fəaliyyət göstərən şirkətlərdən birinə – “Gəmiqaya-XXI” firmasına (VÖEN-0200013971) isə hazırda AMEA-nın prezidenti, 2 saylı Şərur seçki dairəsindən millət vəkili seçilən İsa Həbibəylinin qardaşı Yaqub Həbibbəyli rəhbərlik edir.

 

“Gəmiqaya Holdinq”in adı bir müddət əvvəl dəyişdirilərək “Arkoz Holdinq” olub. “Arkoz Holdinq” türkiyəli iş adamı Emin Uçara məxsusdur. Emin Uçar eyni zamanda “Gəmiqaya Holdinq”in İdarə Heyətinin də sədri olub.

 

Hazırda Naxçıvanda və Azərbaycanın digər bölgələrində həm “Gəmiqaya”, həm də “Arkoz” adlı onlarla şirkət mövcuddur.

 

Qeyd edək ki, Emin Uçara məxsus “Arkoz” şirkəti Türkiyədə də bir çox sahələrdə fəaliyyət göstərir.

 Pravda.az

 

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL