Anons

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

Haqqımızda Əlaqə

Vahid Əhmədova töhmət verildi Vahid Əhmədov.

Tarix:28-04-2023, 20:10 Baxış Sayı:161

Vahid Əhmədova töhmət verildi Vahid Əhmədov.

İntizam Komissiyası deputatın fikirlərini qəbuledilməz sayır

Aprelin 28-də Milli Məclisin İntizam Komissiyası Daxili Nizamnamənin 45-ci maddəsinin birinci bəndinə əsasən, deputat Vahid Əhmədova töhmət verib.

Bu barədə Milli Məclisdən APA-ya məlumat verilib.

İntizam Komissiyasının sədri Eldar İbrahimov spiker Sahibə Qafarovanın müraciəti əsasında iclasın çağırıldığını söyləyib.

Eldar İbrahimov Vahid Əhmədovun son müsahibəsində səsləndirdiyi fikirlərlə bağlı deyib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Qoşulmama Hərəkatı kimi nüfuzlu bir beynəlxalq təşkilata sədrlik edir:

Belə bir ölkənin parlamenti haqqında Vahid Əhmədov kimi təcrübəli bir deputatın həmin müsahibədə səsləndirdiyi fikirlər qəbuledilməzdir”.

Komissiya üzvləri Nizami Səfərov, Səttar Möhbalıyev, Nəsib Məhəməliyev, Məşhur Məmmədov, Afət Həsənova, Madər Musayev və komissiyanın katibi Nurlan Həsənov qanunvericiliyə əsasən, deputatın müsahibə vermək hüququnun məhdudlaşdırılmasının mümkünsüzlüyünü bildiriblər.

Lakin deputat verdiyi müsahibədə Milli Məclis deputatının etik davranış qaydalarına uyğun olmayan fikirlər söyləməməlidir. Deputat öz imicindən daha çox xalqın və dövlətin mənafeyini düşünməli, nəzərə almalıdır ki, deyilən fikirlər ölkəmizə düşmən münasibət bəsləyən qüvvələr tərəfindən bizim əleyhimizə istifadə oluna bilər”, – deyə onlar qeyd ediblər.

Meydan TV deputat Vahid Əhmədovla əlaqə saxlamağa cəhd etsə də, o, zənglərə cavab verməyib.

Deputat Vahid Əhmədov aprelin 16-da verdiyi müsahibədə bəzi deputatların bizneslə məşğul olmaması barədə fikirlər səsləndirib.

Bundan başqa, deputat həmkarlarının düzgün seçilib-seçilməmələri və başqa məsələlərlə bağlı fikirlərini də dilə gətirib.

O həmçinin müxalifət partiyalarının seçkiyə buraxılacağı təqdirdə səs toplaya biləcəklərini də qeyd edib.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL