19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
Partiya isə onun həbsinin siyasi fəaliyyətiylə bağlı olduğunu bəyan edib
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Salyan rayon təşkilatının üzvü Zaur Əhmədov həbs olunub. Bu barədə Meydan TV-yə partiyadan məlumat verilib.
Məlumatda bildirilir ki, Zaur Əhmədov mayın 26-da yaşadığı Salyan rayonunda səhər saatlarında saxlanılıb:
“Zaur Əhmədov iki nəfər mülki geyimli şəxs tərəfindən saxlanılıb, maşına mindirilib və aparılıb. Ehtimal olunub ki, onu aparanlar polislərdir. Yaxınları araşdırıblar və məlum olub ki, onu əvvəlcə polis şöbəsinə, oradan da məhkəməyə aparıb, 30 sutkalıq həbs qərarı alıblar. Lakin yaxınları ona hansı maddə ilə 30 sutka həbs cəzası verildiyini öyrənə bilməyib”.
AXCP-dən verilən məlumata görə, Zaur Əhmədov həbs olunandan ailə üzvlərilə əlaqə saxlaya, görüşə bilməyib. Hətta yaxınları Salyan rayon Polis Şöbəsinə onun üçün qida məhsulları aparsa da, qəbul etməyiblər.
“Aydın məsələdir ki, Zaur Əhmədovun həbsi siyasi fəaliyyətilə bağlıdır. Adamı getdiyi yerdə saxlayıb, sonra da məhkəmədən 30 sutkalıq həbs qərarı almağın başqa adı nə ola bilər?”, – AXCP-dən mətbuat xidmətindən belə deyilib.
Daxili İşlər Nazirliyi Şirvan regional qrupu da Zaur Əhmədovun həbs xəbərini təsdiqləyib. DİN-in məlumatında bildirilir ki, Zaur Əhmədov ictimai qaydanı pozduğuna və polisin qanuni tələbinə tabe olmadığına görə barəsində inzibati xəta protokolu tərtib olunub və məhkəmə qarşısına çıxarılıb. Məhkəmə isə onun haqqında 30 sutkalıq inzibati həbs qərarı çıxarıb.
AXCP Salyan rayon şöbəsinin sədri Zamin Salayev də 2023-cu il fevralın 7-dən həbsdədir. Bugünlərdə 4 il azadlıqdan məhrum edilən Zamin Salayevin 112 gündür ki, həbsdə aclıq etdiyi bildirilir. Xuliqanlıqda ittiham olunan Zamin Salayev özünü təqsirli bilmir və sifarişlə həbs olunduğunu deyir.