19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
DİN ictimai fəalın istintaq hərəkətləri çərçivəsində dəvət olunduğunu deyir
Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin dostu, özü də insan haqları fəalı olan Rail Abbasov iyunun 6-da gün ərzində istintaqda dindirilib, evində axtarış aparılıb.
Öncə onun yaşadığı evdə və avtomobildə axtarış-götürmə istintaq hərəkətləri aparılıb. Daha sonra özü Bakı şəhər Baş Polis İdarəsinə gətirilib. Vəkil Elçin Sadıqovun verdiyi məlumata görə, bu idarədə Rail Abbasovun ətrafında aparılan istintaq hərəkətlərində vəkilin iştirakına imkan verilməyib.
“Bəxtiyar Hacıyevin dostu Rail Abbasova vəkillə görüşməyə icazə vermirlər. O, Bakı Şəhər Baş Polis İdarəsində saxlanılır”, – Elçin Sadıqovun fikirləridir.
Lakin Daxili İşlər Nazirliyindən (DİN) Rail Abbasovun saxlanması haqda məlumatı təkzib ediblər. Nazirliyin mətbuat xidmətindən bildirilib ki, Rail Abbasov istintaqa dəvət olunsa da, saxlanılmayıb:
“Rail Abbasov istintaq hərəkətləri çərçivəsində dəvət olunub, saxlanılmayıb”.
O, axşam saat 22.30-da sərbəst buraxılıb.
İyunun 6-da Rail Abbasovla yanaşı, Bəxtiyar Hacıyevin Bakıdakı mənzilində, Gəncədə valideynlərinin, eləcə də də qardaşının yaşadığı evlərdə axtarış-götürmə istintaq hərəkətləri aparılıb.
Vəkil Elçin Sadıqov bildirib ki, Bəxtiyar Hacıyevə qarşı xuliqanlıq və məhkəməyə hörmətsizlik kimi ittihamlar irəli sürülüb. Buna görə onun valideyni, qardaşı, dostunun evlərində axtarış-götürmə tədbirlərinin keçirilməsi üçün əsaslar yoxdur. Bu üzdən müdafiəçi düşünür ki, Bəxtiyar Hacıyevə qarşı yeni ittihamların irəli sürülməsi planlaşdırılır.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Meydan TV-yə bildirilib ki, Bəxtiyar Hacıyevin yaşadığı evdə axtarış aparılması onunla bağlı cinayət işi üzrə istintaq hərəkətləri çərçivəsindədir.
2022-ci ilin dekabrın 9-dan həbsdə olan Bəxtiyar Hacıyev Cinayət Məcəlləsinin 221.2.2 (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə qarşı müqavimət göstərməklə xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik) maddələrilə ittiham olunur. Bu maddələrdə 3 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Bəxtiyar Hacıyevə qarşı cinayət işində söhbət ictimai fəalla jurnalist Ülviyyə Alovlu arasında qalmaqaldan gedir. Bəxtiyar Hacıyev uzun müddətdir ki, polisə şikayət edərək, Ülviyyə Alovlunun cinayət məsuliyyətinə cəlb olunmasını tələb edirdi.
Onun həbsindən bir xeyli öncə sosial şəbəkələrdə Yasamal rayon Məhkəməsində Bəxtiyar Hacıyevlə Ülviyyə Alovlu arasında məhkəmə prosesi zamanı baş verənlərin videogörüntüsü yayılmışdı. Həmin görüntülərdə Bəxtiyar Hacıyev əlindəki sənədləri masanın üstünə atır. İddia olunur ki, ictimai fəal məhz buna görə xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham edilir.
Lakin Bəxtiyar Hacıyev daxili işlər naziri Vilayət Eyvazovun sifarişilə həbs olunduğunu iddia edirdi. O, zaman-zaman sosial media hesablarında Vilayət Eyvazov və nazirliyin fəaliyyətini tənqid edirdi.
O, 2022-ci ilin aprelində naməlum şəxslər tərəfindən paytaxtın mərkəzində oğurlanaraq, zorakılığa məruz qaldığını deyib. Faktla bağlı cinayət işi başlansa da, bu günə qədər cinayəti törədən şəxslər tapılmayıb.