19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
Amerika Birləşmiş Ştatları (ABŞ) Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsi Rusiyanın taktiki nüvə silahlarının Belarusda olduğunu təsdiqləyir.
Bu barədə CNN telekanalı adları açıqlanmayan yüksək çinli rəsmilərə istinadən xəbər verir.
Məlumatda vurğulanr ki, kəşfiyyat idarəsi Rusiya prezidenti Vladimir Putinin taktiki nüvə silahının Belarusda yerləşdirildiyi barədə dediklərinə şübhə üçün heç bir əsas görmür.
Putin hələ ötən ay nüvə silahlarının artıq Belarus ərazisində olduğunu deyib.
Bundan əvvəl ABŞ kəşfiyyatından CNN-ə Belarusda taktiki nüvə silahının yerləşdirlməsi və saxlanılması üçün hər hansı işin aparılmadığını deyiblər.
Putinlə Lukaşenka isə tikinti işlərinin aparılmasından iyulda danışıblar.
Bununla belə, Amerika kəşfiyyatının nümayəndələri Belarus ərazisində sovet dövründən qalan nüvə yüklərini saxlamaq üçün istifadə oluna bilən obyektlərin mövcud olduğunu etiraf edirlər.
Kəşfiyyat məlumatlarında vurğulanır ki, Belarusda yerləşdirilən nüvə yüklərinə Moskva özü nəzarət edəcək. Beləki kəşfiyyat nümayəndələri Lukaşenkonun nüvə silahından mümkün istifadəsi ilə bağlı qərarlar qəbul edəcəyi və lazım gələrsə, “tərəddüd etmədən” istifadə edəcəyi ilə bağlı onun səsləndirdiyi iddiaları şübhə altına alırlar.
O, da vurğulanır ki, silahların Minskin nəzarətinə verilməsi Rusiyanın Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən irəli gələn öhdəlikləri pozması olardı.
Putin özü də çıxışlarında nüvə silahının Rusiyanın nəzarətində qalacağını bildirib.
Belarusda nə qədər nüvə yükünün yerləşdirildiyi və ya yerləşdirləcəyi məlum deyil.
Vaşinqton Rusiyanın nüvə silahlarının Belarusda yerləşdirilməsini pisləyib.
Amma bununla yanaşı Amerika rəsmiləri nüvə silahından istifadənin artan risklərini görmədiklərini və bu səbəbdən də ABŞ nüvə qüvvələrinin döyüş hazırlığının səviyyəsini dəyişmək niyyətində olmadıqlarını bildirirlər.