Anons

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”

9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub

8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb

7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir

7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib

7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"

6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi

6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib

5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”

4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”

4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır

Haqqımızda Əlaqə

ABŞ-ın marionetkası olan Kanada Azərbaycanı sanksiyalarla hədələyir - Gülünc durum

Tarix:28-10-2023, 17:08 Baxış Sayı:999

ABŞ-ın marionetkası olan Kanada Azərbaycanı sanksiyalarla hədələyir - Gülünc durum Qərbin bəzi şəxsləri və dairələri Azərbaycana qarşı əsassız ittiham səsləndirməyə davam edir.Əslində, Qərbin bu siyasətində dəyişən bir şey yoxdur. Onlar uzun illərdir ki, ikili standartlarla çıxış edirlər.
“Xaçlı yürüşləri” təşkil edərək, üzərimizə gəlirlər. Ancaq Azərbaycanın apardığı siyasət tam olaraq beynəlxalq hüquqa əsaslanır. Buna görə də onların həyata keçirməyə çalışdığı bu kimi məkrli planlar nəticə vermir. İndi də Kanada xarici işlər naziri Melani Coli Ermənistana səfəri zamanı Azərbaycana qarşı əsassız ittihamlar səsləndirib və hətta Bakını sanksiyalarla hədələyib.
mirzoyan_251023.jpg (41 KB)
 Melani Coli erməni həmkarı Ararat Mirzoyanla görüşüb 25.10.2023
Əvvəlcə onu qeyd edək ki, Ermənistanın işğalçı dövlət olduğunu hər hansı sözlə ifadə etmək və yaxud da ki, buna kimisə inandırmaq lazımsızdır. Çünki Ermənistanın etdiyi vandallıqlar göz önündədir. Bunu görmək üçün Qarabağa getmək, internetdə kiçik bir axtarış etmək, Xocalı soyqırımına aid faktlara nəzər salmaq kifayət edir. Ancaq hər şeydən bixəbər olan və müstəqil siyasət yürütməyən Kanada görünür, yenə də kimlərinsə sözünü deyir. 30 il ərzində Kanada bir dəfə də olsun Ermənistanı Azərbaycanın ərazilərinin işğalına son qoymağa çağırmayıb. Bu faktdır və Colinin Azərbaycanı sanksiyalarla hədələməsi də qəribə olduğu qədər də gülüncdür.
11319679363_89f600554b_h.jpg (166 KB)
Kanada heç vaxt müstəqil siyasət yürütməyib, müstəqil qərarlar verməyib. Hər kəsə məlumdur ki, Kanada yarandığı gündən ABŞ-ın marionetidir və xarici siyasi fəaliyyəti yalnız “Ağ ev”dən gələn təlimatları icra etməkdir. İndi də görünür ya “Ağ ev”dəki bəzi şəxslərin ya da, hansısa dairələrin fikrini ifadə edir. Bu gün Paşinyan haça-paça vəziyyətində gah müstəqil siyasət yürütməyə çalışır, gah da Fransaya sığınan addımlar atır. Fransanı özünə arxa seçib, addımlar atır. Kanadanın xarici işlər naziri bildirib ki, ölkəsi Aİ-nin Ermənistandakı missiyasına qoşacaq və beləliklə Kanada Aİ missiyasında olan yeganə qeyri-Avropa ölkəsi olacaq. Amma hamıya gün kimi aydındır ki, bu qərar da Vaşinqtonda qəbul olunub. ABŞ öz “vassalını” Aİ-nin missiyasına qoşaraq onun vasitəsi ilə məlumatlar toplamağı düşünür.
pasinyan (7).jpg (105 KB)
Paşinyan da unudur ki, Azərbaycanla anlaşmanın yolu sülh sazişindən və Azərbaycanın qanunauyğun tələblərinin icrasından keçir. Paşinyanın yanlış siyasəti, bir zamanlar Azərbaycanın qədim şəhəri Şuşada bizə acıq verən rəqsi, Azərbaycana qarşı səsləndirdiyi “Qarabağ Ermənistandır, nöqtə” kimi sərsəm ifadələri onun özünün və xalqının faciəsi ilə nəticələndi. Azərbaycanın səbir kasası daşdı, torpaqlarımızı işğaldan azad etmək üçün Ordumuz hərəkətə keçdi. Bununla da Azərbaycan Ordusu təkcə ölkəmizin hüquqlarını deyil, həm də beynəlxalq hüququn pozulmuş normalarını – BMT-nin həyata keçirə bilmədiyi 4 qətnamənin icrasını da həyata keçirmiş oldu.
Kanada xarici işlər naziri Coli əssassız ittihamlar səsləndirməkdən və Azərbaycanı hədələməkdənsə son 3 ildə baş verənləri bir daha nəzərdən keçirməlidir. Əgər o, baş verən hadisələrə nəzər salsa, ona aydın olar ki, Azərbaycanla heç kim hədə-qorxu dilində danışa bilməz.
8161c569a4a5f21.jpg (74 KB)
Azərbaycan Muzəffər Ali Baş Komandanın rəhbərliyi altında bu gün regionda böyük söz sahibidir. Azərbaycanın imzası olmadan bölgədə heç bir layihə həyata keçmir. Ermənistanın da inkişafı birbaşa Azərbaycandan keçir. Ona görə də Ermənistan da xarici siyasətini həyata keçirərkən bu mühüm məqamı mütləq nəzərə almalıdır. Ermənistanın çökməkdə olan iqtisadiyyatını, sosial durumunu nə Fransadakı bacıları nə də Kanada marionetləri xilas edə bilməyəcək.
Ona görə də ABŞ-ın marionetkası olan Kanada Azərbaycanı sanksiyalarla hədələyib özünü gülünc vəziyyətə salmasın.скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL