19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
Avropada yaşayan siyashi mühacir Yusif Rəsulovun valideynləri 2024-cü il 8 iyul tarixində, saat 10:00-da Baş Prokurorluğun İstintaq İdarəsinə çağırılıblar.
Bu haqda mətbu orqanlara siyasi mühacirin valideynləri - atası Rizvan Rzayev (ad və soyad şərtidir) və anası Elmira Rzayeva (ad və soyad şərtidir) vəkil vasitəsilə məlumat veriblər. Məlumatda qeyd olunub ki, onlarla Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi Nemət Əvəzov görüşüb.
Valideynlərin bildirdiyinə görə, görüş kifayət qədər sərt keçib. İdarə rəisi onlardan Yusif Rəsulovun yerini və hal-hazırda dəqiq olaraq harda yaşadığı barədə dərhal məlumat verməyi tələb edib.
"Nemət Əvəzov bizə bildirdi ki, Baş Polis idarəsindən Baş Prokurorluğa daxil olmuş cinayət materiallarına əsasən, sizin oğlunuz barəsində Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət işi başlanılmış və onun dərhal tutularaq istintaqa cəlb olunması barədə qərar qəbul edilmişdir. Bizə Baş Prokurorluğun xəbərdarlıq sənədini oxudaraq imzalatdırdı və dedi ki, ağlınızı başınıza yığın, daha da pis vəziyyətlərə düşməmək üçün Yusifin yerini bizə bildirin" - deyə Yusif R.-un valideynləri məlumat vermişlər.
Lakin siyasi mühacirin valideynləri israrla onun yerini bilmədiklərini söyləsələr də, idarə rəisi onlara inanmaq istəməmiş və hər ikisini nalayiq ifadələrlə təhqir etmiş, hətta Yusifin atasına əl qaldıraraq, onu itəliyərək yerə yıxmışdır.
Vəkilin bildirdiyinə görə, Yusifin valideynləri artıq müəyyən bir yaş dövründədirlər və hər ikisinin yaşla əlaqədar ciddi xəstəlikləri var.
"Səhhətində ciddi problemlər olan, həmçinin yaşlı nəslin nümayəndələrinə qarşı hüquq-mühafizə orqanının yüksək rütbəli məmuru tərəfindən belə bir davranışın göstərilməsi yolverilməzdir. Hər iki şəxsin bildirdiyinə görə, onlar görüşdən sonra çox ciddi mənəvi və psixoloji travmalar almışlar, və dünəndən özlərinə gələ bilmirlər, yaşadıqları ünvana hər ikisinin səhhətindəki problemlər irəlilədiyi üçün bir neçə dəfə təcili-tibbi yardım çağırılmışdır. Dövlət məmurunun öz səlahiyyətlərini aşaraq vətəndaşa qarşı belə bir kobud və vandal münasibət göstərməsi ilə əlaqədar olaraq tərəfimizdən, hər iki şəxsin adından Baş Prokurorluğa sorğu göndəriləcək və hadisə öz təsdiqini taparsa bu hadisəni törədən şəxs barəsində məhkəməyə müraciət ediləcəkdir" - deyə vəkil bildirmişdir.
"İcxeber.info"ya istinadən.