19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) İsmayıllı Regional Meşə Təsərrüfatı Mərkəzinin sabiq direktoru Rəsul Quliyev barəsində məhkəmə qərarı çıxarılıb.
1964-cü ildə Ağcabədi rayonunun Qaravəlli kəndində doğulmuş Rəsul Quliyev Cinayət Məcəlləsinin 311.1-ci maddəsi ilə (rüşvət alma) ittiham olunub. Daha sonra ona qarşı açılan cinayət işi Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə (vəzifə səlahiyyətlərindən sui-istifadə) dəyişdirilib.
Məlumata görə, Rəsul Quliyev 14 sentyabr 2023-cü il tarixli ərizə ilə mərkəzə müraciət edən Sabirabad rayon sakini, arıçılıq təsərrüfatı ilə məşğul olan Əli (Faiq) adlı şəxsdən 5 000 manat rüşvət tələb edib. Sabiq direktor bu məbləği İsmayıllı rayonunun Xanəgah kəndində yerləşən inzibati binasındakı xidməti otağında alıb və qarşılığında Əliyə İsmayıllı-Qəbələ magistral yolunun ətrafında, meşə fonduna aid olan bir hektar sahədə arıçılıq təsərrüfatı yaratmaq üçün şərait yaradıb.
Rəsul Quliyev fermerə sənədləri təqdim edərkən aldığı 5 000 manata görə bu sözləri də deyib: "Mən o işə gedən adam deyiləm. Özüm də polkovnikəm, 30 il də rəis işləmişəm. Kifayət qədər imkanım da var. Bu qanuni sənəddir, başımla da cavabdehəm".
Məhkəmənin qərarı ilə Rəsul Quliyev Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə təqsirli bilinərək 4 000 manat məbləğində cərimə edilib. Onun ev dustaqlığında olduğu 7 ay 18 gün müddət nəzərə alınaraq cərimə məbləği 3 000 manata endirilib. Rəsul Quliyev barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinə dəyişdirilib. Xidməti otağında 30 oktyabr 2023-cü ildə aparılmış baxış zamanı üzərindən götürülmüş 1 000 manat məbləğində pul ona qaytarılıb.
Qeyd edək ki, Rəsul Quliyev polkovnik rütbəsində Oğuz, Şəki, Şirvan, Kəpəz və Masallı rayon hərbi komissarı vəzifəsində çalışıb. O, 2022-ci ilin iyun ayında nazir Muxtar Babayevin əmri ilə İsmayıllı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru təyin edilib. Onun Ali Məhkəmənin sabiq sədri Ramiz Rzayevin qaynı, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimovun həmkəndlisi və yaxın dostu olduğu bildirilir.//Qaynarinfo