Anons

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”

9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub

8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb

7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir

7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib

7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"

6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi

6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib

5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”

4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”

4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır

Haqqımızda Əlaqə

“Oğlum çox utanır, məhbuslar ona səfirliklə bağlı suallar verirlər” – İranda həbs olunan Fəridin anası

Tarix:15-08-2024, 08:00 Baxış Sayı:92

“Oğlum çox utanır, məhbuslar ona səfirliklə bağlı suallar verirlər” – İranda həbs olunan Fəridin anası “Fərid çox narahatdır. Gecələr yata bilmir. Həbs müddətinin uzadılacağından qorxur”.
Musavat.com xəbər verir ki, bunu İranda günahsız yerə həbsdə saxlanılan Azərbaycan vətəndaşı, Almaniyanın Yena Universitetinin tələbəsi Fərid Səfərlinin anası Dilarə Əsgərova deyib. 
O bildirib ki, həftədə iki dəfə oğlu ilə telefonla danışır.
“Yanına getməyimizi, onu həbsdə görməyimizi istəmir. Qeyri-müəyyən vəziyyətdədir. Qorxur ki, iki ölkə arasında vəziyyət pisləşər və o, həbsdən çıxa bilməz. Oğlumu sakitləşdirirəm, bildirirəm ki, 6 aydan sonra azadlığa qovuşacaq.  Ancaq yenə də rahat olmur. Sonrakı hadisələrin necə olacağı onu çox həyəcanlandırır. SEPAH-ın türməsində 50 gün psixoloji təzyiqə məruz qalıb.
Tək adamlıq kamerada yaşayıb. Düşünürəm ki, bütün bu qorxular onun nəticələridir.  Fikirləşir ki, hər hansısa bir bəhanə ilə həbsi uzada bilərlər.  İran -İsrail münasibətlərinin pisləşməsindən narahatdır. Düşünür ki, müharibə başlayar və o, unudular”.
Anasının sözlərinə görə, Fərid gecələr yuxu yata bilmir:
“Ona həkimə müraciət etməsi üçün təkid edirəm. Dərmanlara öyrəşməsindən qorxur, ona görə də yuxusuz qalmağı seçir. Bir də bildirir ki, hərəkətlilik az olduğuna görə çəkisi çoxalıb. Həbsxanada gəzmək üçün 20 kvadrat metrlik yer ayrılıb.
İndi 12 nəfər məhbusla birlikdə qalır. Deyir hər dəfə ona səfirliyimizin oğlumla maraqlanmaması ilə bağlı suallar verirlər. Bu da Fəridə çox pis  təsir edir. Səfirlikdən heç kim Fəridlə əlaqə saxlamayıb. Mətbuat vasitəsi ilə səfirə müraciət etsəm də mənimlə əlaqə saxlanılmadı”.
Xatırladaq ki, Azərbaycan vətəndaşı, Almaniyanın Yena Universitetinin tələbəsi Fərid Səfərlinin 2023-cü il fevralın 20-də İrana səfərə getdiyi, lakin martın 4-dən ondan xəbər alınmaması ilə bağlı müraciət Xarici İşlər Nazirliyinə martın 9-da daxil olub. Fərid Səfərli İrana səfərindən bir müddət əvvəl Almaniyanın Yena şəhərinə praktika üçün gəlmiş İran vətəndaşı olan bir qadınla tanış olub.
O, praktikası başa çatdıqdan sonra İrana qayıdıb. Buna baxmayaraq, onlar arasında telefon əlaqəsi olub. Onlar qərarlaşıblar ki, İstanbulda görüşsünlər. Fərid İstanbula gedib və bu zaman onun tanış olduğu qadının vizası düzəlməyib. Bundan sonra Fərid İstanbuldan İrana gəlib. Uzun müddət Fərid Səfərlinin taleyindən məlumat almaq mümkün olmayıb. Yalnız 2023-cü il iyunun 1-də onun İranda casusluq ittihamı ilə həbs edildiyi məlum olub. Sonradan ona qarşı irəli sürülmüş “casusluq” ittihamı “casusluq etmək niyyəti” ittihamı ilə əvəz olunub. Məhkəmə Fərid Səfərli barəsində 2 il həbs hökmü çıxarıb.
Fərid Səfərli məhkəmədə ittihamı və hökmü qəbul etmədiyini bildirib.
Azərbaycanın baş prokuroru Kamran Əliyev 2023-cü il sentyabrın 14-də Bakıda səfərdə olan İranın baş prokuroru Mohammad Kazem Movahedi-Azadi ilə görüşündə Fərid Səfərli ilə bağlı cinayət işi ətrafında müzakirə aparıb. Daha sonra Tehranın Apellyasiya Məhkəməsi Fərid Səfərli ilə bağlı hökmdən verilən apellyasiya şikayətini təmin etməyib.
Şahanə Rəhimli
Musvat.comскачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL