Anons

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

Haqqımızda Əlaqə

Ermənistan yenə sərhəddə təxribata əl atır - "Sülhü əngəlləmək üçün qəsdən törədilir"

Tarix:24-08-2024, 19:44 Baxış Sayı:206

Ermənistan yenə sərhəddə təxribata əl atır - "Sülhü əngəlləmək üçün qəsdən törədilir" Məlum olduğu kimi, Ermənistan son günlər yenidən sülhün bərqərar olmasına maneçilik yaradır.
 
Tez-tez atəşkəsi pozur və sülhə zidd hərəkətlər edir.
 
Ötən həftə ard-arda Naxçıvan və Kəlbəcər istiqamətində Azərbaycan Ordusunun bölmələri Ermənistan Silahlı qüvvələrinin atəşinə məruz qalıb.

Lakin hər zaman olduğu kimi düşmən cavab atəşi və xüsusi hərbi əməliyyatlar nəticəsində susdurulub.
 
Ortaya isə bir sual çıxır ki, "Böyük Ermənistan" xülyasıyla yaşayan Ermənistan hökuməti və onlara hamilik edən qüvvələr nə düşünür?
 
Bu cür təxribatlar fonunda sülh müqaviləsini imzalamaq çox təhlükəli və qeyri-mümkün görünür.
 
Ermənistan bu dəfə kimə güvənərək belə çirkin addımlar atır, yeni müharibə istəyir?
 
Məsələ ilə bağlı AZXEBER.COM-a siyasi şərhçi Tural İsmayılov açıqlama verib.

Politoloq saytımıza açıqlamasında bildirib ki, Ermənistan hər dəfə Azərbaycanın sülhlə bağlı təklif və mövqelərinə məhəl qoymur:
 
"Əslində, biz görürük ki, Ermənistan Azərbaycanın sülhlə bağlı dəqiq, ardıcıl və prinsipial mövqelərinə, təkliflərinə, o cümlədən sülhpərvər çağırışlarımıza məhəl qoymamağa çalışır. Son dövrlər Fransanın Ermənistanı silahlandırması və Qərbin müəyyən dairələrinin Ermənistana ciddi dəstək nümayiş etdirməsi bu ölkənin qızışmasına və nəticədə sülh prosesindən yayınmasına səbəb olur. Bu və baş verən digər hadisələr göstərir ki, Ermənistanın son zamanlar etdiyi təxribatlar da məhz Azərbaycanla sülh müqaviləsini imzalamaqdan yayınmağa hesablanıb. Əlbəttə ki, bütün bunlar qəsdən baş verir. Ermənistan cəbhə bölgəsində vəziyyəti gərginləşdirərək dünyaya belə bir mesaj verməyə çalışacaq ki, Azərbaycanla sülh mümkün deyil".
 
T. İsmayılov qeyd edib ki, Avropa İttifaqı Cənubi Qafqazdakı missiyası indiyədək Ermənistanın təxribatlarına heç bir reaksiya verməyib:
 
"Ermənistan bölgənin daim xaotik olması ilə əlaqədar mesaj yaratmağa çalışır və bu Qafqaz regionunu təhlükəsiz bir ərazi kimi təqdim etmək istəyir. Özəlliklə Azərbaycanın və bölgənin ciddi və böyük güclərinin Zəngəzur dəhliziylə bağlı Ermənistana ardıcıl çağırışlar etməsi fonunda Ermənistanın son olaraq Naxçıvan və Kəlbəcərdə istiqamətində təxribatlar törətməsi onu göstərir ki, Ermənistanın güvəndiyi qüvvələr bu ölkəni sülhə yaxınlaşmağa təhrik etmir. Ümumən, Avropa İttifaqının Mülki Müşahidə missiyası adı altında Ermənistan ərazilərindəki casus şəbəkəsi də vəziyyətə ciddi formada nəzarət edə bilmir. Bu günə qədər Avropa İttifaqının missiyası Ermənistanın həyata keçirdiyi bu təxribatlara reaksiya verməyib. Digər tərəfdən, Rusiya lideri Putinin Azərbaycana səfəri ərəfəsində Ermənistanın bu tip provokasiyalar törətməsi onu göstərir ki, Ermənistan konkret olaraq Sorosçu hakimiyyət vasitəsilə Qərbin imperialist dairələrinin peşkəşinə çevrilib. Bütövlükdə, sülhlə bağlı çağırışlar fonunda Ermənistanın COP-29-a dəvət edilməsi və yenidən təxribat törətməsi bu ölkə vasitəsilə oynamaq istəyən təhlükəli gücləri göstərir".
 
Mikayıl Mirzəzadə скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL