19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
Avropa İttifaqı (Aİ) azərbaycanlı gənc alim Bəhruz Səmədovun həbsindən narahatlıq ifadə edib və Azərbaycan hakimiyyətini əsassız yerə həbs olunanları azad etməyə çağırıb.
Politico nəşrinə danışan Aİ-nin xarici məsələlər üzrə sözçüsü Peter Stano Səmədovun həbsini “narahatlıqla izlədiklərini” bildirib.
Rəsmi Bakının siyasətini tənqid edən məqalələri və Cənubi Qafqazda sülhü təbliğ edən çıxışları ilə tanınan siyasi tədqiqatçı, Çexiyanın Karlov Universitetinin doktorantı Bəhruz Səmədov avqustun 21-də Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən saxlanılıb.
Avqustun 23-də Səbail Rayon Məhkəməsi onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. Səmədovun dövlətə xəyanətdə ittiham olunduğu bildirilir.
“Onun [Bəhruz Səmədovun] işi keçən ilin sonundan etibarən müstəqil jurnalistlərin, hüquq müdafiəçilərinin və vətəndaş cəmiyyəti nümayəndələrinin həbslərinin narahatlıq doğuran və artan sayının üstünə gəlir”, Peter Stano vurğulayıb.
Stano Aİ-nin rəsmi Bakını fundamental hüquqlarını həyata keçirdiklərinə görə həbs olunanların hamısını azad etməyə dair çağırışını yeniləyib və saxlanılanların hüquqlarının təmin edilməli olduğunu qeyd edib.
“Azərbaycanı şəffaflığı və zəruri prosesi, eləcə də bütün saxlanılanlar üçün ləyaqətli və təhlükəsiz şəraiti, o cümlədən onların sağlamlıq və müstəqil hüquqi xidmətlərdən tam istifadəsini təmin etməyə çağırırıq”, Aİ rəsmisi əlavə edib.
Bəhruz Səmədov ötən gün baş tutan məhkəmədə ona qarşı DTX-da təzyiqlərin olduğunu bildirib.
Səmədovun vəkili Zibeydə Sadıqova məhkəmənin bu məsələni Baş Prokurorluğun araşdırması üçün qərar qəbul etdiyini deyib.