Anons

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

Haqqımızda Əlaqə

ABŞ təyyarə qəzası ilə bağlı kömək təklif edib, NATO isə qəzanı hərtərəfli araşdırmağa çağırıb

Tarix:26-12-2024, 09:16 Baxış Sayı:136

ABŞ təyyarə qəzası ilə bağlı kömək təklif edib, NATO isə qəzanı hərtərəfli araşdırmağa çağırıb Dünyanın onlarla ölkəsi ilə yanaşı ABŞ və NATO çoxsaylı insanın ölümü ilə nəticələnən təyyarə qəzası ilə bağlı Azərbaycana başsağlığı verib.
ABŞ Dövlət Departamentinin AZAL-ın təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar başsağlığı barədə Dövlət Departamentinin sözçüsü Metyu Miller X sosial şəbəkəsində yazıb.
“Azərbaycan Hava Yolları" QSC-yə məxsus təyyarənin Qazaxıstanda qəzaya uğraması xəbərindən dərindən kədərləndik. Düşüncələrimiz və dualarımız həlak olanların ailələri ilə birlikdədir, yaralananlara isə tezliklə şəfa diləyirik. Biz Qazaxıstan və Azərbaycanın hakimiyyət orqanlarına kömək etməyə hazırıq”, Metyu Miller vurğulayıb.
NATO-nun mətbuat katibi Fərəh Daxlallah "X" hesabında paylaşım edib.
"Düşüncələrimiz və dualarımız "Azərbaycan Hava Yolları"nın Bakı-Qroznı aviareysinin qurbanları və ailələri ilə birlikdədir. Qəzada xəsarət alanların tezliklə sağalmasını arzulayırıq və məsələni hərtərəfli araşdırmağa çağırırıq", məlumatda qeyd edilib.
Qeyd edək ki, dekabrın 25-də Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 kilometr məsafədə qəzaya uğrayıb.
Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Qəzaya uğrayan təyyarənin göyərtəsində 37 Azərbaycan, 16 Rusiya, 6 Qazaxıstan və 3 Qırğızıstan vətəndaşı olub, Qazaxıstan Nəqliyyat Nazirliyi məlumat yayıb.
Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin təcili eniş edərkən Aktau şəhərində qəzaya uğraması nəticəsində 38 nəfərin həyatını itirdiiyini, 29 nəfərin sağ qaldığını bildirib.
"Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinə məxsus təyyarənin Aktauda qəzaya uğraması faktı ilə bağlı Cinayət Məcəlləsinin 262.3 (hava nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarını pozma - ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq - iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.
Təyyarə qəzasının səbəblərinin araşdırılması üçün baş nazir Əli Əsədovun sədrliyi ilə dövlət komissiyası yaradılıb.
Öz növbəsində insidentlə bağlı istintaq Qazaxıstan Baş Prokurorluğunun nəzarəti altında aparılır.
Qazaxıstanın baş nazirinin müavini Kanat Bozumbayev Aktauda keçirdiyi brifinqdə bununla bağlı deyib ki, qara qutu tapılaraq araşdırmaya təqdim edilib: “İdarələrarası istintaq qrupu yaradılıb. Mənimlə həm məhkəmə ekspertləri, həm də Aviasiya Administrasiyamızın ekspertləri gəlib. Məhz bu hava insidenti araşdırılır. Cinayət işinin tərkib hissəsi kimi bütün sübutları toplayacaqlar, lazımi ekspertiza aparacaqlar və müvafiq olaraq təyyarənin düşmə səbəbi öyrəniləcək. Qara qutu deşifrə ediləcək. Və təbii ki, biz bununla bağlı məlumat dərc edəcəyik”, o qeyd edib.
Sosial şəbəkələrdə yayılan videogörüntülərdə əks olunanlara və sağ qalmış sərnişinlərin dediyinə görə, təyyarənin quyruğunda mərmi izlərini xatırladan deşiklər var.
İstintaq prosesi başa çatana qədər "Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinin Bakı-Qroznı-Bakı və Bakı-Mahaçqala-Bakı marşrutları üzrə reysləri dayandırılıb.
Dekabrın 26-da Azərbaycanda matəm elan edilib.
Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Azərbaycandan olan hökumət nümayəndə heyətinin nümayəndələri göstərilən köməyə görə Qazaxıstan xalqına minnətdarlıqlarını bildirib.скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL