Anons

11-05-2025, 16:09- UEFA Rusiyanın arzusunu gözündə qoydu

10-05-2025, 12:00- Qızartma toyuq sevdası: siyasi bağlantılı azərbaycanlı maqnat Britaniyada KFC restoranlar şəbəkəsinə gizli milyonları belə yatırdı

9-05-2025, 18:00- Bərdədə çayda batan Əlinin - Fotosu

9-05-2025, 17:30- Ezginin evini “bomj”lar ələ keçirdi

9-05-2025, 17:30- “Azərbaycanla müharibə olmayacaq” - Paşinyan

9-05-2025, 17:00- DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var

9-05-2025, 17:00- Tofiq Yaqublu ilə bağlı Prezidentə müraciət olundu

9-05-2025, 17:00- Macarıstan iki ukraynalı diplomatı ölkədən çıxarır

9-05-2025, 16:30- Orta məktəbdə bıçaqlanma - Yaralı var

9-05-2025, 16:30- ABŞ Rusiya və Çini birləşdirir: Trampdan ümudi kəsilən Kreml yenə Pekinə sığınır

9-05-2025, 16:00- Məktəb direktorunun səs yazısı yayıldı: Araşdırma başladı

9-05-2025, 16:00- Hindistandan Azərbaycan və Türkiyə ilə bağlı ŞOK QADAĞA

27-04-2025, 16:30- Avropada yaşayan siyasi mühacir Yusif Rəsulov Azərbaycandakı siyasi məhbuslara azadlıqla bağlı mitinqdə iştirak edib

16-04-2025, 01:00- Bakıda qız sərxoş atasını bıçaqladı

15-04-2025, 09:00- Azərbaycanda hakimdən ədalətsiz qərar - Əkiz uşağa hamilə olan arvadını döyən sabiq məmura bəraət verildi!

14-04-2025, 13:00- İlham Əliyevin sosial şəbəkə hesablarında Gürcüstan prezidenti ilə görüşdən görüntülər paylaşılıb

12-04-2025, 12:55- Xəbərdarlıq: Yağ alarkən bunlara diqqət edin!

12-04-2025, 12:53- Ölkəmizin valyuta ehtiyatları: Proqnoz nikbindir, reallıq necə olacaq?

12-04-2025, 12:50- ABŞ Ukrayna qaz kəmərinə nəzarət istəyir – Gərgin danışıqlar ifşa oldu

12-04-2025, 12:46- Platon Karatayev hara, qaçaq Nəbi hara?..

Haqqımızda Əlaqə

Qarabağdakı sabiq separatçı qurumun liderlərinin məhkəməsi başlanıb

Tarix:16-01-2025, 16:34 Baxış Sayı:24

Qarabağdakı sabiq separatçı qurumun liderlərinin məhkəməsi başlanıb Yanvarın 17-də Bakıda Qarabağdakı sabiq separatçı qurumun 16 liderinin məhkəməsi başlanıb. Onlar arasında tanınmayan “Dağlıq Qarabağ Respublikası”nın “prezidenti” olmuş Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, keçmiş “xarici işlər naziri” Davit Babayan, “parlament sədri” David İşxanyan və separatçı qurumun “dövlət naziri” olmuş milyarder Ruben Vardanyan var.
Bu barədə Azərbaycan Hərbi Məhkəməsinin elektron məhkəmə portalında məlumat yayılıb.
Hazırlıq iclasları hakim Zeynal Ağayevin sədrliyi ilə Bakının Suraxanı rayonunun, Hövsan qəsəbəsində yeni inşa edilmiş Bakı Məhkəmə Kompleksində keçirilir.
Bu məhkəmə proseslərində ittihamı 6 prokuror müdafiə edəcək.
Məhkəmə ümumilikdə 2,548 epizod üzrə işə baxacaq. Təqsirləndirilən şəxslərə terrorçuluq, soyqırım, təcavüzkar müharibə başlama, işgəncə, qəsdən adam öldürmə də daxil, onlarla maddə ilə ittiham verilib. Bu maddələrdə 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulub.
Ruben Vardanyanın işi üzrə hazırlıq iclası ayrıca icraatda keçirlir.
Vardanyan ona qarşı irəli sürülən bütün ittihamları rədd edir və Telegram-da ailəsi tərəfindən yayılan açıqlamasında müdafiəsini hazırlamaq üçün ona kifayət qədər vaxt verilmədiyindən şikayətlənib.
AzadlıqRadiosu-nun verdiyi məlumatına görə, Azərbaycanın istintaq orqanı bəyan edib ki, Ruben Vardanyanın müdafiə hüququ, bildiyi dildən istifadə etmək və digər prosessual hüquqları təmin edilib: “Təqsirləndirilən şəxs özünün seçdiyi vəkillərlə təmin olunub, özü və vəkillərinin verdiyi vəsatətlərə qanunvericiliyin tələblərinə uyğun baxılaraq müvafiq qərarlar qəbul edilib.”
Vardanyan isə buna etiraz edərək, ona qarşı 42 ittihamın irəli sürüldüyü barədə məlumatlandırıldığını, lakin ona rəsmi ittihamnamə ilə tam tanış olmaq imkanı verilmədiyini bildirib.
“Mən rəsmi olaraq bəyan edirəm: Həbs olunduğum gündən etibarən yalnız ilk dindirilmə zamanı adımı və soyadımı bildirmişəm, başqa heç bir ifadə verməmişəm. İmzalı bütün protokollar saxtalaşdırılıb. Bu sənədlər, əslində, mövcud deyil. Mənim vəkilim və tərcüməçim bu sənədləri imzalamağa məcbur edilib,” o deyib.
Azərbaycanın hüquq-mühafizə orqanları 2023-cü ilin sentyabrında Qarabağdakı keçmiş separatçı rejimin liderləri olmuş Arkadi Qukasyan, Bako Saakyan, Arayik Arutyunyan, Ruben Vardanyan, David Babayan, David İşxanyan, o cümlədən generallar Lyova Mnatsakanyan və David Manukyanı və digərlərini saxlayaraq Bakıya gətiriblər.
Rəsmi Yerevan Azərbaycan istintaq orqanının ittihamlarını qəbul etmir, Qarabağın keçmiş separatçı liderlərinin "girov" kimi saxlanıldığını bildirir.


скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL