Anons

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

Haqqımızda Əlaqə

AXCP: COP29-dan dərhal sonra ölkədə yeni repressiya dalğası başlayıb

Tarix:23-01-2025, 13:07 Baxış Sayı:113

AXCP: COP29-dan dərhal sonra ölkədə yeni repressiya dalğası başlayıb Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) "Azərbaycanda son siyasi həbslərlə bağlı" bəyanatla çıxış edib.
AXCP özünə olan bütün təqib və təzyiqlərə baxmayaraq ölkədə totalitar rejim qurulmasına qarşı sonadək var gücü ilə mübarizə aparacağını bildirir.
“Azərbaycan hakimiyyəti COP29-dan dərhal sonra ölkədə yeni repressiya dalğası başladıb. Dekabrın 3-dən 10-dək daha 9 nəfər - hüquq müdafiəçisi Rüfət Səfərov, “MeydanTV”nin əməkdaşları Aynur Elgünəş, Aytac Tapdıq, Xəyalə Ağayeva, Aysel Umudova, Natiq Cavadlı və Ramin Deko, başqa bir jurnalist Ülvi Tahirli və müstəqil siyasətçi, Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlı müxtəlif qondarma ittihamlarla həbs ediliblər. Artıq onların hər biri barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Onlardan əlavə, eyni vaxtda jurnalist-fotoqraf Əhməd Muxtar da saxlanılaraq, qurama ittihamla 20 sutka inzibati həbsə məhkum edilib”.
Sənəddə deyilir ki, dekabrın 10-da AXCP Daşkəsən şöbəsinin sədri, bu ilin mart ayında narkotik ittihamı ilə şərlənərək həbs edilən Sahib Məmmədzadə barəsində məhkəmə 6 il 6 ay müddətinə həbs hökmü çıxarıb.
“Beləliklə, ölkədə uzun müddətə həbs edilmiş siyasi məhbusların sayı 1 həftənin içində 319 nəfərdən artaraq, 328 nəfərə çatıb”, bəynatda qeyd edilir.
AXCP bildirir ki, bu həbslər İlham Əliyev hakimiyyətinin illərdir ölkədə apardığı “demokratik təsisatları və potensialı tamamilə məhv etmək siyasətinin tərkib hissəsidir”.
“Məqsəd yenə də söz və fikir azadlığına, insan haqlarını müdafiə işinə, müxalif siyasi təşəbbüslərə zərbə vurmaqdır. Hakimiyyət ölkədə müstəqil medianın, hüquq müdafiəçiliyinin və siyasi fəaliyyət imkanlarının son qalıqlarını da aradan qaldırmaq istəyir. Bu mənada AXCP sədri Əli Kərimli üzərində bu ilin avqust ayından dekabr ayına qədər davam etmiş və onun 1500 manat cərimələnməsi haqda qərarla başa çatmış sifarişli məhkəmə işi də yeni repressiya dalğasına daxildir. Yeri gəlmişkən, Əli Kərimliyə qarşı məhkəmə proseslərində ona dəstək məqsədilə məhkəmə binası önünə toplaşan AXCP fəalları və tərəfdarları da təzyiqlərə məruz qalıb. Dekabrın 2-də keçirilən son proses zamanı isə binanın önündə toplaşanlara aşırı polis zorakılığı göstərilib, onlardan bir çoxu saxlanılıb və 2 nəfərə 30 və 15 sutka olmaqla inzibati həbs, 4 nəfərə isə hər birinə 200 manat olmaqla, cərimə cəzası verilib. Üstəlik, saxlanılan şəxslər polislər tərəfindən qəddarlıqla döyülüb. Məhkəmə öncəsi də AXCP-nin 2 nəfər fəalı 15 və 25 sutka olmaqla, inzibati həbs, 1 nəfər fəalı isə 50 manat cərimə cəzasına məhkum edilib”, sənəddə qeyd edilir.
AXCP beynəlxalq birliyi, ABŞ, Avropa İttifaqı və Böyük Britaniya hökumətlərini Azərbaycanda müstəqil medianın, vətəndaş cəmiyyətinin və siyasi müxalifətçiliyin tamamilə məhv edilməsinə seyrçi qalmamağa, baş verənlərə adekvat şəkildə etirazlarını bildirməyə, artıq totalitarizmə keçid edən İlham Əliyev hakimiyyətini durdurmaq üçün ünvanlı sanksiyalar da daxil, ciddi və sərt tədbirlər görməyə çağırır.
Bununla yanaşı, rəsmi Bakı ölkədə insanların iradəsinə görə təqib edilmədiyini, hanının qanun qarşısında bərabər olduğunu bildirir. Dövlət rəhəbləri həmçinin ölkədə fundamental insan hquqlarının tam təmin edildiyini və siyasi məhbusların olmadığını bildirir.скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL