Anons

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

Haqqımızda Əlaqə

Qazaxıstan Azərbaycanın qəzaya uğrayan təyyarəsi ilə bağlı ilkin hesabatı açıqlayacaq

Tarix:25-01-2025, 13:09 Baxış Sayı:180

Qazaxıstan Azərbaycanın qəzaya uğrayan təyyarəsi ilə bağlı ilkin hesabatı açıqlayacaq Aktau şəhəri yaxınlığında baş verən təyyarə qəzası ilə bağlı araşdırmanın ilkin nəticələri gələn həftə açıqlana bilər.
Kazinform dövlət agentliyinin məlumatına görə, bunu yanvarın 24-də Qazaxıstan baş nazirin müavini Kanat Bozumbayev hökumətdə keçirdiyi brifinqdə bildirib.
O qeyd edib ki, Qazaxıstan, Azərbaycan və Rusiyadan olan ekspertlərlə yanaşı, ICAO nümayəndələri də istintaqa qoşulub.
“Aviasiya orqanları qəzanı bir aydır ki, ICAO standartlarına uyğun olaraq araşdırır. Təxminən 17-18 nəfər Rusiya Federasiyası, Azərbaycan və Qazaxıstandan olan ekspertlərdir. İlkin hissə, ümid edirik ki, gələn həftə dərc olunacaq”, Bozumbayev bildirib.
O, həmçinin əlavə edib ki, təyyarə qəzasından sonra cinayət işi açılıb.
“Bundan əlavə, cinayət işi açılıb - ballistik və partlayıcı texniki ekspertizası var. Təhlükəsizlik qüvvələrimiz sıx təmasda işləyir”, Kanat Bozumbayev qeyd edib.
Xatırladaq ki, dekabrın 25-də Aktau yaxınlığında, Bakı-Qroznı reysini həyata keçirən AZAL-ın sərnişin təyyarəsi məcburi eniş edərkən qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü də daxil olmaqla 67 nəfər olub. Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb.
Braziliya Hərbi Hava Qüvvələrinin Təyyarə Qəzalarının Araşdırma Mərkəzinin (Cenipa) mütəxəssisləri qəzaya uğramış AZAL Hava Yollarına məxsus Embraer 190 təyyarəsinin qara qutularını təhlil ediblər. Təyyarənin uçuş reqistratorlarının (qara qutularının) şifrəsinin açılması 2025-ci il yanvarın 7-də başa çatıb. Təyyarənin şifrəsi açılmış uçuş qeydləri yanvarın 15-də Braziliyadan Qazaxıstana gətirilib.
ICAO Konvensiyasına uyğun olaraq qəzanın təhqiqatına Qazaxıstan rəhbərlik edir. İşdə Azərbaycan, Rusiya mütəxəssisləri, beynəlxalq ekspertlər və Embraer şirkətinin nümayəndələri iştirak edir.
Azərbaycan mediası, həmçinin Euronews və Reuters Rusiya hava hücumundan müdafiə sistemindən atılan raketin fəlakətə səbəb olması barədə materiallar dərc edib.
Dekabrın 28-də Rusiya Prezidenti Vladimir Putin faciəvi hadisənin Rusiya hava məkanında baş verdiyinə görə üzr istəyib, həlak olanların ailələrinə başsağlığı verib, yaralananların tezliklə sağalmasını arzulayıb.
Dekabrın 29-da Prezident İlham Əliyev bildirib ki, Rusiya ərazisində, Qroznı şəhəri yaxınlığında Azərbaycanın mülki təyyarəsi kənar təsirə məruz qalaraq zədənəlib və idarəetməni praktiki olaraq itirib. Onun sözlərinə görə, təyyarə elektron idaretmə vasitəsi ilə idarəolunmaz hala salınıb.
Bundan başqa, Azərbaycan Prezidenti Rusiyaya qarşı üzr istənilməsini, günahkarların cəzalandırılmasını və kompensasiya verilməsi tələblərini irəli sürüb. Rusiya Prezidenti üzr istəsə də digər iki tələbin yerinə yetirilib-yetirilməyəcəyi ilə bağlı hələ rəsmi açılama yoxdur.скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL