Anons

Dünən, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

Dünən, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

Haqqımızda Əlaqə

Ekspert: Azərbaycan İranla münasibətlərdə gərginlik istəmir

Tarix:9-02-2025, 19:39 Baxış Sayı:153

Ekspert: Azərbaycan İranla münasibətlərdə gərginlik istəmir Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin İrana səfəri davam edir. Səfər çərçivəsində İranın Xarici Əlaqələr üzrə Strateji Şurasının sədri Kamal Xərrazi ilə iki ölkənin elmi-tədqiqat mərkəzləri arasında əməkdaşlıq məsələləri müzakirə edilib.
Bu barədə Azərbaycanın İrandakı səfirliyinin mətbuat xidməti məlumat verib.
“AR Prezidentinin köməkçisi Hikmət Hacıyev İran İR Xarici Əlaqələr üzrə Strateji Şurasının sədri Kamal Xərrazi ilə görüşüb. Görüşdə iki ölkənin elmi-tədqiqat mərkəzləri və ictimai-siyasi fikir daşıyıcıları arasında əməkdaşlıq və qarşılıqlı səfərlərin təşkili məsələləri vurğulanıb”, Azərbaycanın Tehrandakı diplomatik missiyasının sosial şəbəkə hesabında qeyd olunub.
Bundan əlavə İranın İRNA Agentliyi məlumat yayıb ki, Azərbaycan Prezidentinin köməkçisi, Prezident Aparatının Xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev İran İslam Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Əliəkbər Əhmədianla görüşüb və fikir mübadiləsi aparıb.
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev fevralın 1-dən İranda səfərdədir.
Səfər çərçivəsində iki ölkə arasında ikitərəfli əlaqələr və regional əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.
Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Amerikanın Səsinə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin İrana səfəri və Tehranda keçirdiyi görüşlərin Azərbaycan üçün əhəmiyyəti olduğunu bildirib. O bunun bir neçə səbəbi olduğunu qeyd edib.
Elxan Şahinoğlu: Azərbaycan İranla münasibətlərdə gərginlik istəmir
 


 “Birincisi, Tehranın diqqətinə çatıdırılıb ki, Azərbaycan İranla münasibətlərdə gərginlik istəmir. Ölkəmiz qarşılıqlı və faydalı əlaqədə maraqlıdır. İkinci, Ermənistanın mövqeyinə görə, Zəngəzur məsələsi yubanır. Azərbaycan İran ərazisindən yəni Araz çayı sahili ilə keçən dəhlizə əhmiyyət verir. Üçüncüsü, Azərbaycanın müxtəlif ölkələrlə, o cümlədən İsrail və ABŞ ilə münasibətdə İrana qarşı yönəlmədiyini dəfələrlə deyilsə də, bu mövzu da yenidən Tehranın diqqətinə çatıdırılıb”, o bildirib.
Ekspert qeyd edib ki, Azərbaycan İranın hazırkı prezidenti ilə normal əməkdaşlıqda maraqlıdır.
“Mümkündür ki, Hikmət Hacıyevin Tehrandakı mümkün danışıqları zamanı iki ölkənin prezidentlərinin görüşününü təşkili barədə də fikir mübadiləsi aparılıb”, Elxan Şahinoğlu deyib.
Onun fikrincə, bütün bunlara baxmayaraq İranın mühafizəkar və dini dairələri növbəti anti-Azərbaycana qarşı təxribatları ilə müəyyən müsbət nəticələrin üstündən xətt çəkə bilərlər.
Azərbaycan və İran arasında münasibətlər
Yanvarın son həftəsində Azərbaycanda və İranda hər iki ölkənin diplomatik nümayəndəliklərin rəhbərləri Xarici İşlər Nazirliklərinə çağırılıb.
Azərbaycanın Tehrandakı səfiri Əli Əlizadə yanvarın 24-də İranın Xarici İşlər Nazirliyində nazir köməkçisi və Xarici İşlər Nazirliyinin Avrasiya üzrə baş direktoru Müctəba Dəmirçili ilə görüşüb.
İRNA Agentliyi bildirir ki, Dəmirçili iki ölkənin yüksək vəzifəli şəxslərinin qarşılıqlı maraqlara əsaslanan münasibətləri inkişaf etdirmək səylərinə toxunaraq, Azərbaycanda bəzi dairələrin və ya şəxsiyyətlərin mənfi hərəkətlərini (o cümlədən, Azərbaycanda təhsil alan bir sıra iranlı tələbələrə qarşı son zamanlar qeyri-etik hərəkəti) iki xalq arasında münasibətlərə xələl gətirən addımlar kimi qiymətləndirib, ölkəsinin bu davranışlara etirazını bildirib, bu cür neqativ halların təşəbbüskarları və səbəbkarlarına qarşı tədbir görülməsini tələb edib.
İRNA bildirir ki, xarici işlər nazirinin köməkçisi həmçinin iki ölkə xalqı arasında din xadimlərinin və din alimlərinin hörmətini və yüksək məqamını vurğulayaraq, hər hansı hörmətsizlik və təfriqə yaradan hərəkətlərə qarşı sayıqlıq və qətiyyətli addımların atılmasının vacibliyini vurğulayıb.
Yanvarın 25-də isə İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Məryan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Azərbaycan XİN-nin məlumatına görə, görüş zamanı son zamanlar hökumət dairələrinə yaxın İran mətbu orqanlarında Azərbaycan əleyhinə, ölkə rəhbərliyinə qarşı “açıq-aşkar şəkildə aparılan kampaniyaya” etiraz bildirilib. Azərbaycanın İrandakı səfirinin XİN-ə çağırılaraq əsassız şəkildə etiraz bildirilməsinin və İran mətbuatında kampaniyanın genişləndirilməsinin anlaşılmazlıq yaratdığı qeyd olunub.
Bununla yanaşı, Ərdəbildə toplantı zamanı Azərbaycana qarşı səsləndirilən təhqiramiz ifadələrə görə imam cümə Seyid Həsən Amelinin üzr istəməsi əvəzinə, Amelini dəstəkləyən kampaniya aparılması, Qəzvin imam cüməsi daxil bir sıra din xadimlərinin Azərbaycan əleyhinə fəaliyyətdə iştirak etməsinin qəbuledilməz olduğu diqqətə çatdırılıb. Bu kimi addımların iki ölkə arasında münasibətlərə zərər vurmaq məqsədi daşıdığı, bunların qarşısının alınmasının zəruri olduğu vurğulanıb”, Azərbaycan Xarici İşlər Nazirliyi bildirir.
Bundan əvvəl, yanvarın 22-də Tehranda “Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının” 16-cı iclası keçirilib.
Komissiyanın iclası zamanı Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti İran prezidenti Məsud Pezeşkian da daxil olmaqla yüksək səviyyələrdə qəbul edilib. Tərəflər strateji tərəfdaşlıq məsələlərinə toxunub, müştərək layihələrin, o cümlədən Şimal-Cənub nəqliyyat dəhlizinin vacib komponenti olan Rəşt-Astara dəmir yolunun, keçid məntəqələrindən yükdaşımaların həcminin artırılmasının vacibliyini vurğulayıb. Həmçinin Azərbaycan, Rusiya və İran nəqliyyat nazirlərinin yanvarın 28-də Moskvada görüşlərinin keçirilməsi razılaşdırılıb.
Azərbaycan Prezidenti ötən ilin dekabr ayında İranın ali dini liderinin Azərbaycanla sərhəd Ərdəbil şəhərindəki nümayəndəsinin Azərbaycanın, Türkiyənin, həmçinin Azərbaycan Prezidentinin əleyhinə səsləndirdiyi fikirləri qəbuledilməz hesab etdiyini bildirib.
“Ərdəbil şəhərinin mollası dəfələrlə Azərbaycana, Azərbaycan xalqına qarşı təhqiramiz ifadələr işlədib, o cümlədən mənə qarşı. Biz hesab edirik ki, o əyalət mollası cəzalandırılmalıdır. Ən azı vəzifəsindən qovulmalıdır və Azərbaycandan üzr istəməlidir", Əliyev bildirib.
Azərbaycan Prezidentinin bu bəyanatından sonra İranın dövlət və dövlətə yaxın olan mediasında Azərbaycan Prezidentinin tənqidinə yönəlmiş məqalələr dərc edilib.скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL