Anons

11-05-2025, 16:09- UEFA Rusiyanın arzusunu gözündə qoydu

10-05-2025, 12:00- Qızartma toyuq sevdası: siyasi bağlantılı azərbaycanlı maqnat Britaniyada KFC restoranlar şəbəkəsinə gizli milyonları belə yatırdı

9-05-2025, 18:00- Bərdədə çayda batan Əlinin - Fotosu

9-05-2025, 17:30- Ezginin evini “bomj”lar ələ keçirdi

9-05-2025, 17:30- “Azərbaycanla müharibə olmayacaq” - Paşinyan

9-05-2025, 17:00- DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var

9-05-2025, 17:00- Tofiq Yaqublu ilə bağlı Prezidentə müraciət olundu

9-05-2025, 17:00- Macarıstan iki ukraynalı diplomatı ölkədən çıxarır

9-05-2025, 16:30- Orta məktəbdə bıçaqlanma - Yaralı var

9-05-2025, 16:30- ABŞ Rusiya və Çini birləşdirir: Trampdan ümudi kəsilən Kreml yenə Pekinə sığınır

9-05-2025, 16:00- Məktəb direktorunun səs yazısı yayıldı: Araşdırma başladı

9-05-2025, 16:00- Hindistandan Azərbaycan və Türkiyə ilə bağlı ŞOK QADAĞA

27-04-2025, 16:30- Avropada yaşayan siyasi mühacir Yusif Rəsulov Azərbaycandakı siyasi məhbuslara azadlıqla bağlı mitinqdə iştirak edib

16-04-2025, 01:00- Bakıda qız sərxoş atasını bıçaqladı

15-04-2025, 09:00- Azərbaycanda hakimdən ədalətsiz qərar - Əkiz uşağa hamilə olan arvadını döyən sabiq məmura bəraət verildi!

14-04-2025, 13:00- İlham Əliyevin sosial şəbəkə hesablarında Gürcüstan prezidenti ilə görüşdən görüntülər paylaşılıb

12-04-2025, 12:55- Xəbərdarlıq: Yağ alarkən bunlara diqqət edin!

12-04-2025, 12:53- Ölkəmizin valyuta ehtiyatları: Proqnoz nikbindir, reallıq necə olacaq?

12-04-2025, 12:50- ABŞ Ukrayna qaz kəmərinə nəzarət istəyir – Gərgin danışıqlar ifşa oldu

12-04-2025, 12:46- Platon Karatayev hara, qaçaq Nəbi hara?..

Haqqımızda Əlaqə

Kreml: Atəşkəs razılaşması ilə bağlı optimist olmaq üçün səbəblər var

Tarix:15-03-2025, 13:22 Baxış Sayı:54

Kreml: Atəşkəs razılaşması ilə bağlı optimist olmaq üçün səbəblər var Moskvada ABŞ nümayəndəsi ilə Rusiya Prezidenti Vladimir Putin arasında keçirilən danışıqlardan sonra Kremlin sözçüsü Dmitri Peskov cümə günü bildirib ki, Ukrayna ilə Rusiya arasında təklif olunan atəşkəs razılığı ilə bağlı “ehtiyatlı optimizm” üçün səbəblər var.
Telefonla verdiyi brifinqdə jurnalistlərlə danışan Peskov Putinin cümə axşamı verdiyi şərhlərə bənzər fikirlər səsləndirib. Belə ki, Putin ABŞ-ın Rusiyanın Ukrayna ilə müharibəsini 30 gün müddətində dayandırmaqla bağlı atəşkəs razılaşmasına qismən dəstəyini ifadə edib, amma cavablandırılmalı olan bəzi sualların hələ də qaldığını deyib.
Peskov bildirib ki, “hələ də çox iş görülməli olsa da,” Putin “[ABŞ Prezidenti Donald] Trampın mövqeyi ilə həmrəyliyini ifadə edib.” O deyib ki, Putin cümə axşamı gec saatlarda ABŞ-ın xüsusi elçisi Stiv Vitkofla danışıqlar aparıb və həmin görüşdə “Prezident Trampa məlumat və əlavə siqnallar çatdırıb.”
Kremlin sözçüsü deyib ki, hər iki tərəf Putin və Trampın danışmalı olduğu üzərində razılaşır. O əlavə edib ki, söhbətin zamanı Vitkof yeni məlumatı Trampa çatdırandan sonra müəyyənləşdiriləcək.
Ukrayna Prezidenti Volodimir Zelenski cümə axşamı xalqa gündəlik müraciətində deyib ki, Putinin şərhləri “çox manipulyativ”dir və o, Putinin ABŞ-ın planına qismən verdiyi dəstəyin onu rədd etmək üçün zəmin yaratmaq cəhdi olduğunu deyib.
“Əslində o hazırda rədd cavabını hazırlayır, çünki Putin, əlbəttə ki, Prezident Trampa bu müharibəni davam etdirmək, ukraynalıları öldürmək istədiyini deməkdən qorxur,” Zelenski bildirib. O, Ukraynanın ABŞ-ın təklifini qəbul etdiyini və monitorinq və yoxlama təşkil etməyə hazır olduğunu vurğulayıb.
“Biz prosesi çətinləşdirən şərtlər yaratmırıq, bunu Rusiya edir,” Zelenski deyib.
Ağ Evin mətbuat katibi Karolayn Levit cümə günü deyib ki, Trampla Putin arasında hər hansı müzakirələr planlaşdırılmayıb, amma o bunun hər an dəyişə biləcəyini bildirib.
Prezidentin Truth Social media hesabında paylaşdığı şərhlərə istinad edən Levit deyib ki, Tramp ruslara “doğru şeyi etmək” üçün təzyiq göstərir. O, cümə axşamı Moskvada keçirilən görüşləri “Amerika Birləşmiş Ştatları və dünya üçün sülh baxımından produktiv gün” adlandırıb.
Cümə axşamı Ağ Evdə NATO baş katibi Mark Rutte ilə danışıqlardan öncə Tramp deyib ki, Rusiya ABŞ-ın döyüşlərə son qoymaq üçün göstərdiyi səyləri rədd etsə, bu “çox təəssüf doğuracaq.”скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL