Anons

Dünən, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

Dünən, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

Haqqımızda Əlaqə

Atasız qızlarla bağlı çıxışına görə - “KANAL S” cəzalandırıldı

Tarix:1-04-2025, 19:09 Baxış Sayı:151

Atasız qızlarla bağlı çıxışına görə - “KANAL S” cəzalandırıldı Bu gün Audiovizual Şurasının onlayn iclası keçirilib. İclasda “Kanal S” televiziya kanalında yayımlanan “Sözün bitdiyi an” proqramının 28 mart tarixində saat 11:00-12:46 efirə getmiş buraxılışında aparıcının səsləndirdiyi fikirlərin qanunvericiliyin tələblərinə uyğunluğu müzakirə olunub.
Xəbər verir ki, bu barədə Audiovizual Şura məlumat yayıb. 
Bildirilib ki, müzakirələrdən sonra proqramda “Media haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.4-cü maddəsinin tələblərinin (irqi, dini, mənşə, cinsi, etnik və digər ayrı-seçkilik təbliğ olunmamalıdır) pozulmasının baş verdiyi ilə bağlı ümumi nəticəyə gəlinib. Aparıcı tərəfindən səslənən fikirlərdə etik davranış normalarından savayı, gender bərabərliyi, hər hansı bir ayrı-seçkiliyin təbliğinin yol verilməməsi ilə bağlı qanunvericilik tələblərinin kobud şəkildə pozulması aşkar edilib.
Sonda qeyd olunan pozuntu faktına görə qanunla müəyyən edilmiş ən uzunmüddətli yayımın dayadırılması sanksiyası tətbiq olunaraq “Kanal S” televiziya kanalının proqramlarının yayımının 4 aprel 2025-ci il tarixdə saat 06.00-dan 05 aprel 2025-ci tarixdə saat 06.00-dək 24 saatlıq dayandırılması ilə bağlı müvafiq qərar qəbul olunub.
Həmçinin, “Kanal S” MMC-nin rəhbərliyindən aparıcıların “Media haqqında” Qanuna uyğun fəaliyyət göstərmələrinin təmin edilməsi tələb olunub.
Bir sıra sosial şəbəkə istifadəçiləri Audiovizual Şuraya müraciət edərək bəzi televiziya proqramlarının bağlanmasını, hər hansı televiziya kanalının aparıcısının işdən azad olunmasını və ya efirdən uzaqlaşdırılmasını tələb edirlər.
Bildiririk ki, Azərbaycan Respublikasında mediada senzura qadağandır, heç bir fiziki və ya hüquqi şəxs, qurum və ya dövlət orqanı media azadlığına müdaxilə edə bilməz. Proqramların hazırlanması və yayımlanması mövcud qanunvericilik çərçivəsində, kənardan heç bir müdaxilə olmadan məhz həmin yayımçı tərəfindən həyata keçirilir. Yalnız qanuni tələblərin pozulması halında (bu pozuntuya aparıcı, ekspert və ya qonaq tərəfindən yol verilməsindən asılı olmayaraq) məhz həmin yayımçıya qarşı qanunla müəyyən olunmuş inzibati tənbeh tədbirləri tətbiq oluna bilər.
Qeyd edək ki, bir neçə gün öncə “Kanal S”in aparıcısı Nigar Fərhad açıqlaması ilə gündəm olub. Onun efirdə səsləndirdiyi “Mən oğluma atası olmayan qızı ala bilmərəm” fikri birmənalı qarşılanmayıb.скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL