Dünən, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
Dünən, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
Aparıcı Tarix Əliyev (Tolik) həmkarı Zaur Nəbioğlunu tənqid edib.
Bu barədə aparıcı sosial media hesabında yazıb.
Tolik bayağı mahnılarla gündəmdə qalan müğənnilərin efirdə özlərini Xalq artisləri ilə bir tutmasına müdaxilə etməyən Zauru qınayıb:
"Heç kimə söz atmayacağam. Amma gördüm ki, Zaur bunu gündəm xətrinə sosial mediada yayıb sonra da silib. Zaur, sənin verilişinə gələn müğənnilərin 90 faizi nəinki Aygün Kazımova (Xalq artisti - red.) olacaq, heç onun ətrafında belə görünə bilməyəcəklər. Aygün Kazımovanın olduğu səhnələrə ola bilməyəcəklər. Onun kimi ölkənin əsas ulduzu statusunu ala bilməyəcəklər. "Diva" sözü heç Aygün xanımın marağında da deyil. Kəmalə Günəşli (müğənni - red.) deyə bilər ki, bu gün sevilirəm. Amma arzu edirəm ki, o 1 ildən sonra da aktual olaraq qalsın. Verilişimdə də olub, səmimim xanımdır. Amma heç biri Aygün Kazımova olmayacaq. O, müasir estradamızın banisidir. Onun ətrafında belə ola bilməyəcəksiniz. Bəli, ad günlərində gedib onunla şəkil çəkdirəcəksiniz, tədbirlərdə görüb lentə alacaqsınız, hər zaman içinizdə Aygün Kazımova olmaq istəyi olacaq. Amma heç vaxt olmayacaqsınız. Zaur, bu gün istənilən müğənniyə deyə bilərsən yalandan yıxıl, bunu mən də söyləyirəm. Vüsalə Əlizadə də (aparıcı - red.) hamı bunları deyir. Bu müğənnilərin əksəriyyəti həftə içi sənin də, mənim də efirimdə olur. Amma içi sən qarışıq hamısının arzusu odur ki, Aygün Kazımova onların efirində qonaq olsun. Zaur, orada Kəmaləyə deməli idin ki, sən məşhur ola bilərsən, amma heç vaxt Aygün Kazımova ola bilməyəcəksən. Mən nə Aygün Kazımov, nə də Röya Ayxanla (Xalq artisti - red.) işləyirəm. Amma bu insanlar, həmçinin, Zülfiyyə Xanbabayeva, Brilliant Dadaşova, Faiq Ağayev (Xalq artistləri - red.) sənətləri ilə tarix yazıblar. "Bozbaş" mahnılarla gündəmdə qalmayıblar. Mən də o müğənniləri çağırıram və reytinq də verirlər. Lakin heç birinə ixtiyar vermirəm Aygün, Röya, Zülfiyyə xanım barəsində desinlər ki, biz ona rəqibik. Heç onlar səviyyə baxımından Sevda Yahyayeva, Günay İbrahimliyə də (müğənnilər -red.) tay deyillər. Onlara arzu edirəm ki, dövlətin mötəbər tədbirlərində nə vaxtsa adları hallansın. Amma Zaur, gərək sən fikrini orada bildirərdin".