Anons

Dünən, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

Dünən, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

Haqqımızda Əlaqə

USAGM 'Current Time'ın bəzi peyk yayımlarını kəsir

Tarix:4-04-2025, 20:37 Baxış Sayı:156

USAGM 'Current Time'ın bəzi peyk yayımlarını kəsir ABŞ-nin Qlobal Media Agentliyi (USAGM) Azad Avropa/Azadlıq Radiolarının rusdilli “Current Time” layihəsinin kontentinin yayıldığı iki peyk sistemi ilə kontrakları kəsib.
“Current Time” aprelin 4-də bildirib ki, USAGM-in addımından sonra Astra və Eutelsat daha onların verilişlərini yayımlamır. Ancaq Hotbird peyk sistemində yayım davam edir.
USAGM qərarını izah etməyib. Bu agentlik AzadlıqRadiosu, “Amerikanın Səsi”nin işinə nəzarət edir.
Rusiyanın Ədliyyə Nazirliyi “Current Time”ı “arzuolunmaz təşkilat” siyahısına salıb. Rusiya, Ukrayna, Orta Asiya, Şərqi Avropa və digər regionlara fokuslanan “Current Time” izləyiciləri proqramlarına digər rəqəmsal vasitələrlə çıxışın qaldığını bildirib.
AzadlıqRadiosu Belarus, Çin, İran və Rusiya kimi ölkələrdə 50 milyonadək insanı əhatələyir, 23 ölkədə, 27 dildə müstəqil, qərəzsiz xəbər və informasiya çatdırmağa çalışır.
+++
Azad Avropa/Azadlıq Radioları (RFE/RL) Konqresin ayırdığı maliyyənin ödənməsini təmin etmək üçün ABŞ-nin Qlobal Media Agentliyinə (USAGM) qarşı məhkəmə iddiasını davam etdirir. Bunu radio martın 28-də bəyanatında bildirib.
USAGM AzadlıqRadiosu, "Amerikanın Səsi" (VOA) və ABŞ-nin digər beynəlxalq media orqanlarına nəzarət edir.
Agentlik martın 15-də AzadlıqRadiosuna ayrılan qrantın kəsildiyini bildirib. Bundan öncə ABŞ prezidenti Donald Tramp USAGM daxil olmaqla yeddi agentlikdə ixtisarlarla bağlı fərman imzalayıb.
Martın 26-da agentlik radioya həmin qərarın ləğv olunduğunu, ancaq USAGM-in qrantı kəsmək səlahiyyətinin məhdudlaşdırılmadığını bildirib.

Rəsmi təsdiq gəlməyib

AzadlıqRadiosunun məhkəmə iddiasında deyilir ki, USAGM-in bu səlahiyyəti yoxdur, çünki qrantı Konqres ayırır.
Radio martın 27-də yaydığı bəyanatda qrantın bərpasına dair USAGM-dən rəsmi təsdiq gözlədiyini bildirib. Martın 28-dəki bəyanat isə bunun hələ də baş vermədiyini göstərir.
ABŞ məhkəməsi martın 25-də AzadlıqRadiosunun iddiasını təmin edib, USAGM-in radionun qrantını kəsməklə "özbaşına və şıltaqcasına" davrandığını bildirib.
Qrantın kəsilməsi haqda məktubu Keri Leyk imzalayıb. O özünü USAGM-in fəaliyyətdə olan direktorunun aparıcı müşaviri kimi təqdim edib.
Martın 26-da AzadlıqRadiosuna məktubundan sonra Leyk radionu və agentliyin digər qurumlarını tənqid edib.
"Amerika xalqına sual budur ki, çətinliklə qazandığınız vergi dollarının bu cür propaqandaya getməsini istəyirsinizmi? Hazırda ABŞ-nin Qlobal Media Agentliyində buna görə savaşıram və döyüş ağır olacaq", –o, "Newsmax"a deyib.
"One America News"a müsahibəsində isə Leyk USAGM qurumlarında jurnalistikanı hələ yoxlamadığını açıqlayıb.

Məhkəmə VOA-nın xeyrinə qərar çıxarıb

Martın 28-də Nyu-York federal hakimi isə Tramp administrasiyasının "Amerikanın Səsi"ni bağlamağı hədəfləyən səylərini bloklayıb. Qərarda işçilərin, kontraktorların ixtisarı, məcburi məzuniyyətə göndərilməsi qadağan olunub.
VOA işlərini matın 15-də yayımı dayandıraraq binanı tərk etmək göstərişi verilib. Daha sonra onların kompüter sistemlərinə, e-mail-ə çıxışı bloklanıb. O vaxtdan VOA-nın vebsaytı yenilənməyib.
Martın 28-də USAGM-ə daxil Azad Asiya Radiosu (RFA) bildirib ki, məhkəmələr Tramp administrasiyasının onun maliyyəsini kəsməsini önləməsə, aprelin sonunda bağlanacaq.
RFA ABŞ-dəki işçilərinin 75 faizini məzuniyyətə göndərdiyini, frilans jurnalistlərinin azı 90 faizi ilə işi dayandırdığını açıqlayıb.скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL