Anons

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”

9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub

8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb

7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir

7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib

7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"

6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi

6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib

5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”

4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”

4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır

Haqqımızda Əlaqə

Şimali Kipr prezidentinin müşaviri: "Azərbaycanın ölkəmizdə nümayəndəlik açmasını arzu edirik"

Tarix:6-04-2025, 19:33 Baxış Sayı:142

Şimali Kipr prezidentinin müşaviri: "Azərbaycanın ölkəmizdə nümayəndəlik açmasını arzu edirik" "Azərbaycan-Şimali Kipr münasibətlərindən danışarkən, əvvəl bunu qeyd etmək lazımdır ki, 1992-ci ildə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Şimali Kipr Türk Cümhuriyyətini tanıyıb. Ən əsası isə həmin dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev idi".
Bunu Oxu.Az-a müsahibəsində Şimali Kipr Türk Cümhuriyyəti Prezidentinin Beynəlxalq Əlaqələr və Diplomatiya üzrə Baş Müşaviri, Danışıqlar Qrupunun üzvü Hüseyn Işıksal deyib.
O bildirib ki, 2004-cü ildə Türkiyədə rəsmi ziyarətdə olan Prezident İlham Əliyev Kiprin vahidliyi məqsədi ilə keçiriləcək "Annan planı" öncəsi Şimali Kipr Türk Cümhuriyyəti tərəfindən "hə", yunan Kiprindən isə "yox" cavabı verilsə, Azərbaycanın beynəlxalq hüquqa əsasən, ŞKTC-ni tanınma prosesində iştirak edəcəyini demiş və xalqın seçiminə hörmətlə yanaşmışdı:
"Azərbaycanın Şimali Kiprə daha bir dəstəyi Milli Məclisin 2005-ci ildə ŞKTC pasportunu tanıyacağını bildirməsi idi. Eləcə də həmin ilin 20 iyulunda Azərbaycan Şimali Kiprin müstəqillik günü ilə əlaqədar olaraq ölkəmizə rəsmi nümayəndələrini göndərmiş, iyulun 27-də 100-dən çox azərbaycanlı iş adamı birbaşa Bakıdan təyyarə ilə ŞKTC-ə gəlmişdilər. Bu, Şimali Kipr Türk Cümhuriyyətinə Türkiyədən sonra bir dövlətin etdiyi ilk rəsmi səfər olmuşdu".
"Bu dəstək bu gün də davam edir. 2023-cü ildə Bakıda "Şimali Kipr Türk Respublikası Mədəniyyət və Təqdimat Günləri" çərçivəsində Prezidentimiz Ersin Tatarın Prezident İlham Əliyev tərəfindən rəsmi olaraq qəbul edilməsi çox mühüm hadisə idi. 2024-cü ildə Azərbaycan Milli Məclisində Şimali Kiprlə parlamentlərarası işçi qrupu yaradılıb və bu fəaliyyət yüksək səviyyədə davam edir. Aprelin 9-da isə Bakıda ADA Universitetində keçirilən beynəlxalq konfransda Prezident İlham Əliyevə sual vermək fürsətim oldu. Cənab Prezidentin sualıma cavabı çox dəyərli idi. O, Azərbaycanın Şimali Kipr Türk Cümhuriyyətinin Türk Dövlətləri Təşkilatına müşahidəçi üzv olmasında oynadığı roldan danışdı və bildirdi ki, "Azərbaycan Şimali Kipr Türk Respublikasının Türk Dövlətləri Təşkilatına müşahidəçi qismində qatılmasında mühüm rol oynayıb. Bunun necə baş verdiyini bilirsiniz, çox təfərrüatlara varmaq istəmirəm, amma biz bunu fəal şəkildə müdafiə edənlərdən olduq. Prezident Tatar Şuşada təşkilatın qeyri-rəsmi sammitinə mənim tərəfimdən dəvət olunmuşdu və o, Şimali Kipr bayrağı ilə bizimlə idi". Ən önəmlisi də bu idi ki, Prezident İlham Əliyev dedi ki, "biz hər zaman qardaşlarımızlayıq". Bütün bunlar bizim qəlbimizi fəth edən, bizi sevindirən mövqedir", - deyə Işıksal vurğulayıb.
Şimali Kiprdən olan siyasətçi Qarabağın işğaldan azad edilməsinin onlar üçün əhəmiyyətindən də danışıb:
"Bu qələbə bizi çox sevindirsə də, təəssüf ki, Cənubi Kipr onda da Azərbaycanın zəfərinə kölgə salmağa çalışdı, erməni qardaşlarını dəstəklədi. Şimali Kipr xalqı isə bu zəfəri çox böyük coşqu ilə qeyd etmiş, Prezident İlham Əliyevi bu böyük zəfər münasibətilə ilk təbrik edənlər arasında Ersin Tatar da olmuşdu. Çünki bizə görə Azərbaycanın qazandığı zəfər sadəcə Azərbaycanın deyil, bütün türk dünyasının zəfəridir. Kiprin türk xalqı hər zaman azərbaycanlı qardaşlarının yanında olub və olmağa da davam edəcək. Lefkoşanın ən mərkəzi küçələrindən birinin adı Azərbaycanın ümummilli lideri Heydər Əliyevin adını daşıyır. Bu, həm bizim Azərbaycanla qardaşlığımızı, həm də ümummilli lider Heydər Əliyevə olan sevgimizi göstərir. Hazırda ölkəmizdə təxminən üç min nəfər azərbaycanlı qardaşımız təhsil alır, 30-dan çox universitetimizdə çox sayda azərbaycanlı müəllim heyəti fəaliyyət göstərir".
"Bütün bunlara nəzər salanda Şimali Kipr Türk Cümhuriyyəti beynəlxalq hüquqa görə də müstəqillik haqqı olan önəmli bir ölkədir. Şimali Kipr türk dünyası üçün sadəcə bir torpaq parçası deyil, bizim apardığımız bu mühüm mübarizənin Türkiyə ilə yanaşı, qardaş Azərbaycan tərəfindən də dəstəklənməsi bizi çox sevindirir. Kiprin türk xalqı hər zaman "Bir millət, üç dövlət" fəlsəfəsi ilə Türkiyə, Azərbaycan və Şimali Kipr Türk Cümhuriyyəti münasibətlərinin inkişaf etdirilməsini və azərbaycanlı qardaşlarımızla aramızdakı iqtisadi, siyasi və mədəni əlaqələri ən yüksək səviyyəyə çıxarmağı arzu edirik. Bu məqsədlə arzum budur ki, Azərbaycanın da Şimali Kiprdə nümayəndəliyi açılsın. Çünki bu, iki ölkə arasında münasibətlərin daha yüksək səviyyədə irəliləməsinə səbəb olacaq".
Mərahim Nəsibскачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL