29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”
9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub
8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb
7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir
7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib
7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"
6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi
6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib
5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”
4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”
4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır
"1987-1988-ci illərdə Fars körfəzindəki vəziyyət yenə gərgin idi. İran-İraq müharibəsi davam edir və gərginlik iki ölkənin sərhəddini aşaraq bütün regionun maraqlarına təhdid rolunda çıxış edirdi. Ərəb ölkələri xüsusi ilə Səudiyyə Ərəbistanı, BƏƏ və regionda təsir dairəsində olan ərəb ölkələri ABŞ-ni İrana qarşı qaldırmağa çalışır, ABŞ isə gizlin diplomatik kanallarla İranla sövdələşmələrə can atırdı".
Bunu Oxu.Az-a politoloq Aqil Məmmədov bildirib.
O qeyd edib ki, İraqla müharibədə İranın hər yeni taktiki qələbəsi narahatlıq dalğası doğururdu:
"İraq meydanda itirdiyi mövqeləri qismən öz xeyrinə dəyişmək üçün İranın əsas resurs bazasını zəiflətmək məqsədilə Fars körfəzində İranın neft tankerlərinə hücum etməyə başlamışdı. İraq öz neftini boru kəmərləri ilə ixrac etdiyi üçün İran cavabında Hörmüz boğazından keçən və İran-İraq müharibəsində Bağdadın tərəfində çıxış edən ölkələrin tankerlərini hədəf almaqla verdi. Beləliklə, Küveyt və Səudiyyə Ərəbistanı İran-İraq müharibəsindən ciddi şəkildə zərər çəkdilər. Bununla da, müharibənin cəbhə xətti genişləndi. O dönəmlər körfəz ölkələrində fəaliyyət göstərən diplomatlar qeyd edirlər ki, 1986-cı ilin sonlarında Küveyt ABŞ-yə müraciət edərək, tankerlərinin qorunması üçün kömək istəyir. Küveytin təklifi sadə idi, gəmilər ABŞ bayrağı altında Hörmüz boğazından keçir və belə olan halda ABŞ-nin hərbi dəniz qüvvələri bu gəmilərin müdafiəsini öz üzərlərinə götürmüş olurdular. Reyqan administrasiyası bu təklifi götür-qoy edir. Təklifə müsbət cavab vermək müharibəyə birbaşa daxil olmaq demək olacaq, təklifdən imtina etmək isə mövqeləri SSSR-yə verməyə gətirib çıxaracaqdı".
Politoloq əlavə edib ki, xüsusilə tarixə İrangeyt kimi düşən hadisədən sonra ABŞ-nin Ərəb ölkələri qarşısında etibarı zədələnmişdir. O zaman ABŞ-İranla gizli danışıqlara gedərək, silah qarşılığında İranyönümlü qruplar tərəfindən əsir götürülən şəxslərin azad edilməsinə nail olmağa çalışırdı. Bu hadisə mediaya sızmış həm ABŞ-ın daxilində, həm müttəfiqlərin qarşısında Reyqan administrasiyasının mövqeyinə ciddi zərbə olmuşdu. Ona görə Reyqan şərtlər əleyhinə olsa da, Kuveytin çağırışına müsbət cavab verməyin yollarını axtarırdı:
"Reyqan administrasiyasının axtardığı bu xəbər qısa müddət sonra Körfəzdən gəlir, fövqəladə qriflə gələn notda İraqın ABŞ-yə məxsus Stark gəmisini vurduğu və nəticədə 37 nəfərin həlak olması qeyd edilirdi. Hadisənin bilərəkdən deyil, səhvən baş verdiyi vurğulanırdı. Bu xəbər Reyqan üçün Küveytin təklifini qəbul etmək üçün tutarlı səbəb idi. Bununla ABŞ İran-İraq müharibəsinə rəsmən daxil olmuş oldu. Körfəzdə əməliyyatları idarə etmək üçün ABŞ NATO müttəfiqlərini də prosesə cəlb etdi və Vaşinqton-Tehran gərginliyi maksimal səviyyəyə qalxdı. Qısa müddət sonra ABŞ helikopteri mina quraşdıran İran gəmisinə atəş açır, qarşılığında İran ABŞ bayrağı altında üzən tankerə raket zərbəsi endirir. Buna cavab olaraq, ABŞ HHQ-in İranın dənizdə neft platformalarını atəşə tutur. Bu qarşıdurma o qədər gərginləşmişdi ki, ABŞ-ın hərbi gəmisi səhvən İran mülki təyyarəsini vurur və nəticədə 290 nəfər həlak olur. Bu faciə Fars körfəzində münaqişənin get-gedə daha da təhlükəli vəziyyət aldığını göstərirdi.
Barak Obamanın İranla danışıqlara getməsi və hərbi müdaxilədən çəkinməsi müəyyən dərəcədə regionda ABŞ-nin müttəfiqi hesab edilən ölkələrin maraqlarına cavab vermirdi və o zaman bəzi ərəb liderləri Obama administrasiyasını müttəfiqlərini satmaqda ittiham edirdilər. Donald Tramp ərəb ölkələri ilə münasibətlərini uzunmüddətli maraqlar deyil, daha çox qısamüddətli fayda əsasında qurmaqda maraqlı görünür. Xüsusən Tramp ilk hakimiyyəti dönəmində ərəb ölkələri ilə münasibətlərini bu prinsip əsasında qurmuş və səfər qarşılığında investisiya müqavilələri imzalamağa nail olub. Misal üçün, Səudiyyə Ərəbistanına ilk səfəri zamanı imzalanan sənədlərin əksəriyyəti ABŞ-dan silah-sursat, texnologiya və digər avadanlıqların alınmasını hədəfləyirdi.
Yenə Tramp körfəzdən dollar cəlb etmək üçün sahəyə enib və bu dəfə İrana qarşı daha sərt mövqe sərgiləməkdədir. Düzdür, İrandan ABŞ-a qarşı sərt fikirlər səslənsə də, mediaya sızan məlumatlarda İranın danışıqlar üçün qapını açıq saxladığı qeyd edilir.
Bu da səbəbsiz deyil, çünki İran iqtisadiyyatı çox ağır vəziyyətdədir. Bu isə ölkə daxilində təzyiqi artırır. İranda bəzi dairələr hesab edirlər ki, ABŞ ilə danışıb elə nəticəyə gəlmək olar ki, iqtisadiyyatın sabitləşməsi üçün kanallar açılsın. Onsuz da son dönəmlər regionda İranın mövqeləri çox ciddi zərbələr alıb, HƏMAS və "Hizbullah"ın mövqeləri sarsıdılıb, Suriyada məğlubiyyətə uğrayıb.
Paralel olaraq ABŞ-nin Çin-ə elan etdiyi tarif siyasəti də İrana mənfi təsirlərini göstərməkdədir. Belə ki, tariflərin Çin daxilində istehsalı daraldacağı qaçılmazdır. Bu isə İrandan idxal edilən neftin də azalmasına gətirib çıxaracaq ki, nəticədə İranın gəlirlərini minimuma endirəcək. Bazarlar artıq bu hadisəyə reaksiya verir. Hazırda 1 ABŞ dolları 1 milyondan çox rial dəyərindədir, bu isə bir neçə ay əvvəllə müqayisədə təxminən 75% artım deməkdir və İran valyutasını dünyanın ən dəyərsiz valyutalarından birinə çevirib".
Politoloq bildirib ki, məhz bu səbəbdən İran danışıqlara meyil göstərir, amma öz mövqeyinin də nə qədər zəif olduğunu başa düşür. Ona görə də Tehran danışıqlara qarşı deyil, sadəcə, bərabər şərtlərlə prosesin həyata keçirilməsinin tərəfdarıdır. İran danışıqlara hazırlaşdığı qədər, hərbi qarşıdurmaya da hazırlaşmağa çalışır. İmkanları nədir və nə qədər tab gətirə bilər sualı isə açıq qalır. Çünki İran-İraq müharibəsindən sonra rəsmi Tehran hədə- qorxudan uzağa gedə bilməyib. Sonuncu dəfə İsrailə qarşı əməliyyat isə ciddi suallar ortaya çıxardı. İran daxilində ictimai fikir daha çox danışıqlardan yanadır. Yəni Tehran rəsmi şəkildə danışıqlara başlasa, bu, daxildə ictimaiyyət tərəfindən dəstəklənəcək. Xüsusilə son dönəmdə İran daxilində baş verən gərginlik və ondan sonra müəyyən yumşalmalar rəhbərliyi ictimai fikri nəzərə almağa vadar edə bilər.
İstənilən halda, tərəflər arasında təmaslar nə qədər tez başlasa, bu, həm region, həm də tərəflər üçün ən uğurlu addım olar. Şimalla yanaşı, Cənubda da münaqişənin alovlanmasına Avrasiya məkanının istər qısa, istərsə də uzunmüddətli maraqlarına cavab vermir".