29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”
9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub
8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb
7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir
7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib
7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"
6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi
6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib
5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”
4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”
4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır
Xəbərçi.az təhsili, işi, fəaliyyəti ilə Azərbaycanı xaricdə layiqincə təmsil edən həmyerlimiz Baxşıyev Suaddan bəhs edəcək. 22 yaşlı Suad ilk və tək azərbaycanlıdır ki, Amerikanın ən böyük tikinti şirkəti olan "Kiewit İnfrastructure Engineers" şirkətində Design-Build Engineers vəzifəsində çalışır. Gənc olmasına baxmayaraq xaricdə kifayət qədər uğur qazanmağa müvəffəq olan Suadın anası oğlundan danışarkən necə qürur duyduğunu, onunla necə fəxr etdiyini sözlə ifadə etmək mümkün deyil. Suadın anası ilə kiçik müsahibəni təqdim edirik:
- Azərbaycanı xaricdə təmsil edən, oğlunuz Suad haqda danışmağınızı istərdik.
- 22 yaşlı oğlum Suad 2013-cü ilin may ayında Intel ISEF olimpiadasında iştirak edib. Suad 1-ci yeri qazandı deyə, Gənclər və İdman Naziri Azad Rəhimovun köməkliyi ilə dövlət hesabına Amerikaya yollandıq. Suad həmin il Colorado State University-nin "İnşaatçı-mühəndislik" fakültəsinə qəbul oldu. 5-ci kursa çatanda əlavə fakultə götürdü, menecerlik oxudu. Təhsil aldığı müddətdə "KEAR Civil Corporation" şirkətindən iş təklifi aldı, müsabiqədən uğurla keçdi, Construction Manager kimi işə başladı. Oğlumun 22 yaşı var. Bu yaşda bu qədər uğur əldə etməsi bir valideyn kimi məni çox qürurlandırır.
- Suad burada məktəbi bitirdi və xaricdə təhsil almaq istədi. Hazırlıq illərindən, Suadın imtahana hazırlaşdığı dönəmlərdən xəbərdar olmaq bizə də maraqlı olardı.
- Suad qarşısına məqsəd qoymuşdu. Xaricdə təhsil almaq ən böyük arzusu idi. Deyirdi, "Başım qarışıqdır, mənimlə işiniz olmasın". Qarşısına məqsəd qoydu, arzusuna çatdı. İmtahana ciddi şəkildə hazırlaşırdı. Gördük ki, zəng gəldi, onu Colorado-nun Denver şəhərinə çağırdılar.
- Sirr deyilsə maaşı nə qədərdir?
- Amerikada aylıq yox, illik maaş verilir. Suadın illik əmək haqqı 70 min dollardır. Aya təxminən 5800 dollar düşür.
- Suad bəs necə uşaq olub?
- Suad uşaqlıqdan çox istedadlı idi. O, təhsillə kifayətlənmirdi. İdman, incəsənətə də marağı var idi. Musiqi məktəbini bitirib. Üzgüçülüklə məşğul olub . Məktəbdə də şəkli hər zaman şərəf lövhəsində olub.
- Suad ailənin tək övladıdır?
- Ailəmiz 4 nəfərdən ibarətdir. Suadın Murad adlı qardaşı var. Suad qədər olmasa da Murad da istedadlıdır (gülür). Onu yalandan tərifləmək fikrim yoxdur. Amma Murad da Dubayda “Canadian University”də 3-cü kursda təhsil alır. 19 yaşı var, ərəb dilini öyrənir, interyer-dizaynerdir. Əl işləri çox yaxşıdır. O qədər istedadlıdır ki, onun əl işləri direktorun otağına gedir.
- Suadla bağlı arzularınız nədir?
- Suadla bağlı arzularım çoxdur. Oğlum həddindən artıq bacarıqlıdır. Həmişə irəlidədir. Onu ölkəmizdə yüksək vəzifəsi olan şəxs kimi görmək istəyirəm.



