Anons

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

Haqqımızda Əlaqə

Salyan polisi evə basqın etdi...

Tarix:22-06-2023, 14:33 Baxış Sayı:111

Salyan polisi evə basqın etdi... 19.06.2023-cü il tarixində, günorta saatlarında Avropada yaşayan siyasi mühacir, Məmmədov Eldar Vüqar oğlunun Salyan rayonunda yerləşən  ünvanına bir neçə polis və Səfərbərlik və Hərbi Xidmətə Çağırış xidmətinin əməkdaşları gələrək axtarış aparmışdır. Təxminən 40 dəqiqə axtarış aparıldıqdan sonra, Məmmədov Eldarın bibisi, Davudzadə Kəmalə polis əməkdaşları tərəfindən xidməti avtomobillərinə mindirilərək, öncə Səfərbərlik və Hərbi Xidmətə Çağırış Xidməti idarəsinə daha sonra isə Salyan RPİ-nə aparılmışdır.

Ailə üzvlərinin mətbuata verdiyi məlumata görə, Davudzadə Kəmalə polis idarəsində olarkən, ondan qardaşı oğlu, Məmmədov Eldar barədə sorğu-sual edilmiş, onunla telefon əlaqəsi saxlanması tələb edilmişdir. Lakin, Davudzadə Kəmalə qardaşı oğlu, Məmmədov Eldar ilə heç bir telefon əlaqəsi olmadığnı və hal-hazırda harada olduğu barədə heç bir məlumatı olmadığını polis əməkdaşlarına bildirmişdir.
Polis idarəsində olarkən, Məmmədov Eldarın axtarışda olduğu barədə məlumat verilmişdir. Salyan RPİ-nin əməkdaşları tərəfindən dindirilən, Davudzadə Kəmalə polis əməkdaşları tərəfindən fiziki və psixololoji təzyiqlərə məruz qalmışdır. Ailə üzvlərinin bildirdiyinə görə,  Davudzadə Kəmalə polis idarəsində təzyiq altında saxlanılarkən gecə saatlarında qəfldən səhhəti pisləşmiş və polis əməkdaşları tərəfindən Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılmışdır.

Əlavə məlumat üçün qeyd edək ki, Məmmədov Eldar yetkinlik yaşına çatmamış (12 yaşında) atası, Məmmədov Vüqarın siyasi fəaliyyətinə görə dövlət orqanları tərəfindən təzyiqlərə məruz qaldıqları üçün ölkəni tərk etmək məcburiyyətində qalmışdır. Bu səbəbdən,  Məmmədov Eldarın 18 yaşı tamam olmasına baxmayaraq hərbi xidmətə getmək üçün Azərbaycan Respublikasına geri dönə bilməmişdir.

Hadisə ilə bağlı Icxeber.info-nun əməkdaşları tərəfindən, Salyan RPİ-si ilə telefon əlaqəsi saxlamasına baxmayaraq, telefon zənginə cavab verən olmamışdır.скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL