19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
Azərbaycanda sosial şəbəkədə etdiyi paylaşım səbəbilə saxlanıldığını və polis bölməsində zorakılığa məruz qaldığını iddia edən siyasi fəal, Abdullayev Fəridlə bağlı yeni məlumatlar yayılıb.
Məlumata görə, 2024-cü il iyunun 1-də Abdullayev Fərid sosial şəbəkə hesabında hakimiyyət orqanları tərəfindən dəfələrlə fiziki və psixoloji təzyiqlərə məruz qaldığını, həmçinin haqsız yerə həbs olunması ilə bağlı tənqidi məzmunlu paylaşım edib. İddialara əsasən, həmin paylaşımından iki gün sonra iyunun 3-də o, polis əməkdaşları tərəfindən işlədiyi yerdən götürülərək, Abşeron Rayon Polis İdarəsinə aparılıb.
Fəalın sözlərinə görə, idarədə olduğu müddətdə o, polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalıb. Abdullayev iddia edir ki, baş və bədən nahiyəsinə çoxsaylı zərbələr endirilib, qarın nahiyəsinə isə küt alətlə xəsarət yetirilib. O bildirir ki, aldığı zərbələr nəticəsində dözülməz ağrılar keçirib və bir müddət sonra huşunu itirib.
Onun sözlərinə görə, bu hərəkətlərin əsas məqsədi onu qorxutmaq və hakimiyyətə yönəlik tənqidi mövqeyindən çəkindirmək olub.
Abdullayev Fərid bildirib ki, iyunun 3-ü gecə saatlarında Musa Nağıyev adına Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. O, iyunun 8-də xəstəxanadan buraxıldığını, bundan iki gün sonra – iyunun 10-da isə baş verənlərlə bağlı Ombudsmana rəsmi müraciət etdiyini açıqlayıb.
Hadisə ilə bağlı adı çəkilən polis əməkdaşlarının və rəsmi qurumların mövqeyi hələlik açıqlanmayıb. Məsələ ilə bağlı araşdırmaların aparılıb-aparılmadığı da məlum deyil.