Dünən, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
Dünən, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
AXCP üzvü Fuad Əhmədli karsa salınıb. Bu haqda onun vəkili Əsabəli Mustafayev facebook səhifəsində məlumat yayıb:
“Hüquqlarını müdafiə etdiyim gənc siyasi fəal Fuad Əhmədlinin bu gün ad günüdür. Onun 27-ci yaşını təbrik etmək üçün istintaq təcridxanasına getmişdim. Fuad bəylə görüş ərəfəsində məlum oldu ki, o, karserdə saxlanılır. Valideynləri bu gün onun görüşünə getmiş, özlərilə ərzaq məhsulları, ən əsası isə ad günü tortu aparmışlar. Lakin valideynlərə nə görüş verilmiş, nə də onlardan ərzaq məhsulları təhvil alınmışdır. Çünki orada bildiriblər ki, Fuad bəy dünəndən istintaq təcridxanasının karserinə salınıb. Təcridxanada Fuad bəylə görüşəndə karserə salınma səbəbilə maraqlandım. Bildirdi ki, kamera yoldaşı ilə zarafat ediblər. Bu nəzarətçılərdən kiminsə xoşuna gəlməyib və məsələni şişirdiblər ki, güya onlar arasında dava olub. Onlar hər ikisi izahat yazıblar ki, sadəcə bekarçılıqdan zarafat ediblər. Lakin təcridxana əməkdaşları bu məsələdən gənc fəalı cəzalandırmaq imkanı kimi istifadə ediblər. Onların hər ikisini dünəndən karserə salıblar.
Bu gün isə Fuad bəyə elan ediblər ki, rəis müavini Rauf müəllimin qərarıla onun barəsində 5 gün karserdə saxlanılma cəzası tətbiq olunub. Bu qanunsuz tədbirə etiraz olaraq Fuad aclıq elan edib və ona təqdim edilən yeməyi almaqdan imtina edib. Beləliklə də, gənc fəal öz ad gününü soyuq karserdə, ac qeyd etməyə məcbur edilib. Onsuz da xəstə olan Fuadın aclıq səbəbindən bu gün halı pisləşib. Karserdə onunla bir kamerada qalan dustaq qapını döyərək Fuad üçün həkim çağrılmasını tələb edib. Nəzarətçi həkimin gələcəyini vəd etsə də, həkim gəlməyib. Fuad ilə mən görüşərkən o çox halsız idi. Mən elə bilirdim ki, ayaq üstə dayana bilməyib yıxılacaq. Fuad bəy mənə bildirdi ki, karsda növbə rəisi olan Mahir adlı şəxs, orada nəzarətçi olan Fuad Qurbanov onunla çox kobud, təhqiramız davranırlar. Sonuncu şəxs Fuad bəyə açıq-aşikar düşmən münasibəti bəsləyir, ona zülm edəcəyi ilə hədə-qorxu gəlir.Bu hal Fuad bəyin karserə salınmasının əvvəlcədən planlaşdırılmış məsələ olduğunu, ona fiziki və psixoloji təsir etmək məqsədi güddüyünü nümayiş etdirir.
Fuad bəyi karserə apararkən zəruri əşyaların götürülməsinə imkan verilməyib. İki gündür ki, sabun, diş fırçası, dəsmal kimi ən elementar əşyalardan məhrum edilib. Karse həddindən artıq soyuqdur. Fuad isə orada kameredan çıxarılarkən əynində olan nazik jaketdə saxlanılır. Soyuq şəraitdə saxlanılması onun xəstəliyinin daha da şiddətlənməsilə nəticələnə bilər. Buradan Penitensiar Xidmətin rəhbərliyinə səslənirəm. Ayrıca müraciətimi gözləmədən Fuad Əhmədlinin karsa salınmasının qanunauyğunluğunu, onun tibbi yardımdan məhrum edilməsi, təcridxana əməkdaşları Mahir və Fuad Qurbanovun onunla təhqiramiz rəftarı faktları araşdırılaraq onlara hüquqi qiymət verilsin.