Anons

Dünən, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

Dünən, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

Haqqımızda Əlaqə

Rəsmi Bakıdan şəhid hərbçimizlə bağlı növbəti çağırış

Tarix:10-01-2017, 08:03 Baxış Sayı:223

Rəsmi Bakıdan şəhid hərbçimizlə bağlı növbəti çağırış

Hikmət Hacıyev: “Bu, Ermənistanın siyasi-hərbi rəhbərliyinin sivil davranışdan nə dərəcədə uzaq olmasının növbəti ifşasıdır”

 

Ermənistan növbəti dəfə beynəlxalq qanunları və konvensiyaları pozaraq dekabrın 29-da həlak olan Azərbaycan əsgəri Qurbanov Çingiz Salman oğlunun nəşini geri qaytarmaqdan imtina edir. 
Azərbaycanın Müdafiə və Xarici İşlər nazirlikləri, eləcə də Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ötən müddət ərzində əsgərimizin meyitinin geri qaytarılması ilə bağlı BQXK-nın Azərbaycan nümayəndəliyinə, ATƏT-in Minsk Qrupuna, o cümlədən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikə dəfələrlə rəsmi qaydada müraciət ediblər. Lakin bu günə qədər işğalçı ölkə heç bir ciddi əsaslar gətirmədən, müxtəlif bəhanələrlə meyitin geri qaytarılması ilə bağlı prosedurun başlanması vaxtını qəsdən uzadır.
Yeni amerikalı həmsədr Riçard Hoqland isə nəhayət, ilk dəfə bu mövzuda ATV-nin sorğusuna cavabında deyib ki, Rusiya və Fransadan olan həmkarları ilə əsgərin nəşinin geri qaytarılması istiqamətində danışıqlar aparılır. Həmsədr əlavə edib: “ATƏT-in Minsk Qrupunun həmsədrləri, yəni biz şəhid olan Azərbaycan əsgərinin meyitinin qaytarılması məsələsi ilə bağlı bir-birimizlə əlaqə saxlayırıq və belə desək, iş səhnə arxasında gedir. Bu üsul çox vaxt diplomatiyada ən uğurlu yol sayılır”.
Rəsmi Bakı isə beynəlxalq reaksiyaları qaneedici saymır.
Image result for hikmət hacıyev
XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirdi ki, məsələ ilə əlaqədar aidiyyəti beynəlxalq təşkilatlara, o cümlədən ATƏT MQ-nin həmsədrlərinə müraciətlər edilib: “Məqsəd beynəlxalq humanitar hüquq, xüsusilə Cenevrə konvensiyalarını rəhbər tutaraq cəsədin tezliklə Azərbaycana qaytarılmasını təmin etməkdir. Ermənistan tərəfi beynəlxalq təşkilatlar vasitəsilə edilmiş müraciətləri cavabsız qoyur. Bugünlərdə Ermənistan silahlı qüvvələrinin rəhbərliyinin cəsədin hələ də onlarda olmasını deməsi Ermənistanın siyasi-hərbi rəhbərliyinin sivil davranışdan nə dərəcədə uzaq olmasının növbəti ifşasıdır. Ermənistan silahlı qüvvələri hərbi qulluqçunun cəsədinin geri qaytarılmasını dərhal təmin etməli olduğu halda, cəsədin qəsdən geri qaytarılmasını əngəlləmək siyasəti yürütdüyünü bir daha etiraf edir. Cəsədin dərhal geri qaytarılmasının təmin olunması humanitar, mənəvi-əxlaqi məsələ olmaqla bərabər, beynəlxalq humanitar hüququn ciddi tələbidir. Ermənistanın cəsədi geri qaytarmaması, cəsəddən qisas almaq, cəsədləri fiziki və psixoloji işgəncə obyektinə çevirməsi sıradan olan bir hal olmayaraq, Ermənistanın yürütdüyü sistematik siyasətin tərkib hissədir ki, biz bunun dəfələrlə şahidi olmuşuq”. 
Diplomatın sözlərinə görə, Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusunun cəsədinin geri qaytarılması istiqamətində səylər davam etdirilir.
скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL