Dünən, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
Dünən, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
Millət vəkilləri “Azərbaycan Hava Yolları” QSC-nin fəaliyyətini tənqid ediblər.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Aviasiya haqqında” qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı millət vəkili Vahid Əhmədov deyib ki, aviasiya sahəsində qiymətlər həddindən artıq yüksəkdir: “AZAL faktiki olaraq aviasiya sahəsini inhisarda saxlayır. Niyə beynəlxalq aviadaşımalarla məşğul olanlar reyslər həyata keçirməməlidir? Niyə bu sahədə alternativ şirkətlər olmamalıdır? Niyə sərnişinlər yüksək qiymətə uçmalıdırlar? AZAL-ın aviasiya sahəsini inhisara alması qiymətlərin yüksək olmasına şərait yaradır. Mən Türkiyəyə səfər etmişdirm. Orada işlərim uzandığına görə iki gün ləngiməli oldum. AZAL-ın Türkiyədəki nümayəndəliyinə yaxınlaşdım ki, bileti dəyişdirim. Mənə nümayəndəlikdən bildirildi ki, bileti dəyişmək yalnız Bakıda mümkündür. AZAL-ın Türkiyədə nümayəndəliyi varsa, niyə sərnişinlərin üzləşdiyi problem həll olunmamalıdır?"
Millət vəkilləri Əli Məsimli və İlham Əliyev də AZAL-ın fəaliyyətindən narazılıq ediblər.
AZAL-ın Azərbaycanın dövlət büdcəsinə çox böyük yük olduğunu deyən Ə. Məsimli bildirib ki, bu qurumun özəlləşdirilməsi çox vacibdir. Millət vəkilləri bütün sahələrdə olduğu kimi, aviasiya sahəsində də monopoliyanın aradan qaldırılması üçün Rəqabət Məcəlləsinin qəbul edilməsinin vacibliyini vurğulayıblar.
“Məcəllənin qəbulu bu sahədə rəqabət mühiti formalaşdıracaq. Bu isə xidmətlərin keyfiyyətinin yaxşılaşmasına və qiymətlərin düşməsinə gətirib çıxaracaq”, - deyə Ə. Məsimli bildirib.
Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru Arif Məmmədov isə AZAL-ın inhisarçı şirkət olması barədə fikirlərlə razılaşmayıb. Onun sözlərinə görə, Azərbaycana və Azərbaycandan xaricə hava reyslərin 52%-i beynəlxalq şirkətlər, 48%-i isə AZAL tərəfindən həyata keçirilir: “AZAL-ın bu gün 17 tarifi mövcuddur. Biletlərin necə dəyişdirilməsi qaydalarda əksini tapıb. Biletlərin qiymətini qaldırmaq məsələsi bu gün gündəmdə deyil və icazə verilmir. Amma ümumilikdə uçuşun xərcləri hansısa yolla yığılmalıdır. Ona görə də AZAL beynəlxalq təcrübədən, bəzi qaydalardan istifadə edərək baqajdan pul yığır. Bəzi şirkətlər yeməkdən, bəziləri yüklərdən, bəziləri də cərimələrdən pul yığırlar. Ümumilikdə xərcləri bağlamaq lazımdır. Siz qeyd etdiniz ki, AZAL büdcəyə böyük bir yükdür. Bütün bunlar olduğu halda, yenə də yetərincə gəlir yoxdur. Monopoliyaya gəldikdə, aşağı büdcəli "Buta" şirkəti yaranır. Bilirsiniz ki, AZAL qiymətləri əsas etibarı ilə enerji daşıyıcıları və onların qiyməti ilə tənzimləyir və çalışır ki, hava limanında problem olmasın. Bizdə uçuş zolağı 3-cü, ən yüksək kateqoriyaya aiddir. Biz istənilən hava şəraitində uçuşları qəbul edə bilirik. Son günlər Türkiyədə hava şəraitinə görə AZAL-ın reyslərindən başqa bütün reyslər gecikirdi. Həmin kateqoriyanı saxlamaq çox çətindir. Təsəvvür edin ki, bir lampanın qiyməti 60 minə qədərdir. Onların hamısını almaq lazımdır”.