Anons

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”

9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub

8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb

7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir

7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib

7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"

6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi

6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib

5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”

4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”

4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır

Haqqımızda Əlaqə

Mətə Çubukçu: ”Astana görüşündə Türkiyə son dərəcə diqqətli hərəkət etməlidir” - MÜSAHİBƏ

Tarix:19-01-2017, 16:40 Baxış Sayı:199

Mətə Çubukçu: ”Astana görüşündə Türkiyə son dərəcə diqqətli hərəkət etməlidir” - MÜSAHİBƏ

Qlobal siyasət və Orta Şərq üzrə tanınmış şərhçi, NTV kanalının proqram aparıcısı Mətə Çubukçu müsahibə verib.
   Həmin müsahibəni təqdim edir:
 
 
- Ayın 23-də Astanada başlayacaq Rusiya-Türkiyə-İran müzakirələri Suriyanın gələcəyi baxımından nə vəd edir? Rusiyadakı bəzi şərhçilər Astanada Türkiyə ilə İranın “Əsədin gələcəyi məsələsində” qovğa edəcəklərini iddia edirlər. Astana görüşü barədə sizin proqnozlarını necədir?
 
- Astana görüşü Hələbin terrorçulardan təmizlənməsindən sonra atılacaq ən mühüm addım olacaq. Suriyada elan edilən atəşkəs topluma nəfəs verdi, yaraları sarımaq üçün atəşkəs dönəmindən maksimum dərəcədə səmərəli istifadə etmək lazımdır. Əlbəttə ki, Rusiya, Türkiyə və İran Astanaya həm ümumi problemləri, həm də hər birini konkret şəkildə maraqlandıran məsələləri müzakirə etmək üçün gedirlər. Bu baxımdan Rusiyanın Suriya hakimiyyəti üzərində təsir gücünün daha çox olduğunu görməmək mümkün deyil. Sahədəki fəaliyyətinə görə, İran da bölgədə öz dərəcəsində nüfuza sahibdir. Türkiyənin əlindəki kartlar da bu və ya digər dərəcədə məlumdur. Əsas məsələ-hər üç dövlətin Suriyanı nə dərəcədə razı salacağına bağlıdır. Suriya rəhbərliyini razı salmaq və rəhbərliyin gələcəkdəki taleyi ilə bağlı Türkiyə ilə o biri ölkələr arasında fikir ayrılığı yaşana bilər. Ona görə Türkiyə mövcud həssas vəziyyətdə son dərəcə səbirli hərəkət etməli və müzakirələr prosesində masanın arxasından qalxan tərəf olmamalıdır. Hər kəs öz tələbləri üzərində təkid etməkdən uzaq durmalı və konsensus yolları axtarılmalıdır. Çünki Astana müzakirələrinin müsbət nəticələnməsi-sülh müzakirələrinin   Cenevrədə  davam etməsinə səbəb olacaq. Konsensus əldə edilməsinə kim mane olacaqsa, ümumi nəticədə heç kim heç nə qazana bilməyəcək.
 
- ABŞ-da Astanadakı müzakirələrə dəvət edildi. Ancaq İran xarici işlər naziri Cavad Zərif buna qəti qarşı çıxdı. Sizcə, ABŞ müzakirələrdə etsə, nə olacaq, etməsə, nə olacaq?
- Suriyada indiyə qədər cərəyan edən proseslərdə ABŞ, daha çox şimal bölgələrindəki kürd qruplarla əməkdaşlıq etdi və bunu davam etdirir. Türkiyə buna qarşı çıxır. İŞİD-ə qarşı mübarizədə də, əlbəttə ki, ABŞ-ın rolu var və bundan sonrakı hərbi əməliyyatlarda iştirak etmək istəyəcəyi kimi, danışıqlara dəvət edilməsini də  normal qarşılamaq lazımdır. Məncə, ABŞ müzakirələrdə iştirak etmə təklifini rədd etməyəcək. Ancaq buna baxmayaraq, Astanaya daha alt səviyyədə bir heyət göndərəcək. Orada Türkiyənin ABŞ-a etirazı bir müttəfiq kimi  PYD/YPG-dən uzaq durmamasına olacaq. ABŞ-ın buna təkid etməsi müzakirələrin gedişinə necə təsir göstərə bilər? Bunu indidən demək çətindir, bütün hallarda masa arxasında oturan ölkələrin konsensus axtarması həm Suriyanın həm də bölgənin faydasına olacaq.
 
- Son günlərdə Suriya dövlət ordusunun dekabrda itirilən tarixi Palmira bölgəsini ələ keçirmək üçün əməliyyata hazırlaşdığı bildirilir. Bu barədə sizdə hansı məlumatlar var?
- Palmiranın İŞİD-in əlinə keçməsinin əsas səbəbi Rusiya dəstəkli Suriya ordusunun öz qüvvələrini Hələb ətrafında cəmləşdirərək diqqəti Hələbin azad edilməsinə yönəltməsi idi. Hələb mühasirə altında ikən Mosula hücum başladı, oranın da yarısı azad edildi, sonra əməliyyatlara fasilə verildi. Həm Suriya ordusunun bütün diqqətini Hələbə yönəltməsinə ,  həm də Mosuldakı əməliyyatlara fasilə verilməsinə görə, İŞİD  öz qüvvələrinin bir qismini Palmiranı  ələ keçirmək üçün səfərbər edərək buna nail oldu. Müşahidələr göstərdi ki, Suriya da, Rusiya da Palmiranın itirilməsindən psixoloji cəhətdən əhval-ruhiyyə pozuqluğu yaşasalar da bunu çox dərd etmədilər .Son əməliyyat həm  tarixi Palmira şəhərinin yenidən  İŞİD-dən alınmasını və eyni zamanda İŞİD-in Suriyadakı paytaxtı sayılan Rakkaya gedən yol və yüksəkliklərin nəzarət altına alınmasını nəzərdə tutur. Bunu geniş məqsədli  əməliyyat kimi dəyərləndirirəm.
 
-  ABŞ-dan bir general təxminən 2 ay əvvəl İŞİD-in İraq və Suriyadan tamamilə təmizlənməsi üçün hərbi əməliyyatların 2018-ci ilin axırına qədər davam edəcəyini dedi. Sizcə, bu proqnoz nə dərəcədə həqiqətə yaxındır?
-  Hücumlar qarşısında İŞİD-in özünü müdafiə üçün hər yola müraciət etməsi əməliyyatların ehtiyatlı aparılmasını şərtləndirir. Mən də təxminən eyni vaxtlarda və bəlkə bir az tez İŞİD-in hərbi müqavimətinin tamamilə qırılaraq Suriya və İraqda işğal etdiyi bölgələrdən çıxarılacağını düşünürəm. Çünki bu qədər böyük koalisiyanın qarşısında,  hələ üstəlik Rusiya Suriyada böyük hərbi qüvvəyə malik ikən  İŞİD-in uzun müddət müqavimət göstərməsi mümkün deyil. Ancaq terror təşkilatı ideoloji cəhətdən xalqın içində mövcudluğunu davam  etdirəcək. Ona görə də gələcək dönəmlərin əsas vəzifəsi - hərbi cəhətdən axırına çıxılmış İŞİD-in ideoloji cəhətdən axırının gətirilməsi olmalıdır.
скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL