Anons

Dünən, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

Dünən, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

Haqqımızda Əlaqə

Azərbaycan minimum əmək haqqına görə regionun ən geridə qalanıdır

Tarix:23-01-2017, 13:48 Baxış Sayı:234

Azərbaycan minimum əmək haqqına görə regionun ən geridə qalanıdır

Azərbaycan prezidentinin 21 yanvar tarixli fərmanı ilə Azərbaycanda minimum əməkhaqqı 11 manat artırılaraq 116 manat olub. Minimum əməkhaqqı son dəfə 4 il öncə 11 manat 50 qəpik artırılaraq, 105 manata çatdırlmışdı.

Minimum maaş işçi əməyinin ödənilməsinin aşağı həddidir. Başqa cür deyilsə, normal şəraitdə bəlli işin görülməsi üçün dövlətin sosial standartıdır.

Əslində, nə qədər olmalıdır?

Azərbaycan Avropa Sosial Xartiyasına qoşulduğundan, onun 4-cü maddəsinə əməl etməli və minimum əməkhaqqını tədricən orta aylıq maaşın 60 faizinə çatdırmalıdır. Ötən il 11 ayın nəticəsinə görə, Azərbaycanda nominal orta aylıq əməkhaqqı 493 manat 8 qəpik. Bu o deməkdir ki, Azərbaycanda minimum əməkhaqqı, ən azı, 296 manat 28 qəpik olmalıdır.

Hökumətim digər öhdəliyi

Əslində, hökumətin qəbul etdiyi sənədlərdə də belə bir öhdəlik götürülüb. “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında qeyd edilir ki, işləyən vətəndaşların layiqli həyat səviyyəsini təmin etmək məqsədi ilə, iqtisadiyyatın inkişafından asılı olaraq, minimum əməkhaqqı məbləğinin tədricən minimum yaşayış standartlarına və Avropa ölkələrində müəyyənləşdirilmiş normativə – orta aylıq əməkhaqqının 60 faizi məbləğinə çatdırılması üçün tədbirlər görüləcək. Bu göstərici ilə bağlı hökumətin digər öhdəliyi də var: Azərbaycanda minimum əməkhaqqı mərhələlərlə ölkə üzrə yaşayış minimumu səviyyəsinə yüksəldilməlidir.Bu barədə 2004-cü ildə qəbul edilmiş “Yaşayış minimumu haqqında” qanunda qeyd olunub.

“Vaxt vardı…”

Dolların 0.78 manat olan vaxtlarında Azərbaycan bu göstərici üzrə regionda (Cənubi Qafqazda – red.) lider idi. Manatın devalvasiyası Azərbaycanı regionda sonuncu yerə gerilətdi. İqtisadçı Natiq Cəfərli deyir ki, minimum əməkhaqqı Rusiyada – 7 min 500 rubl (125 dollar), Ermənistanda – 55 min dramdır (115 dollar).
Azərbaycanda isə hələ indən belə – 116 manat (63 dollar) olacaq. Onun fikrincə, manatın dəyərsizləşməsi bu məbləği ilin sonuna 50-55 dollara sala bilər.

Ekspert deyir ki, Gürcüstanda heç minimum əməkhaqqı anlayışı yoxdur: “1 saat işə verilən minimum ödəniş anlayışı var və bu gün 45 sentdir. Bu da 8 saatlıq iş günündə 3 manat 50 qəpik, yəni günə 6 manat 40 qəpik”.

“Sosial sığorta ödəmələri də artacaq”

İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qalib Toğrul bu artımla sosial sığorta ödəmələrinin də artacağını söyləyir: “Bu göstərici sosial sığorta ayırmalarının hesabalanmasında istifadə olunur. Məsələn, fərdi sahibkar (ticarət və tikinti istisna olmaqla – red.) Bakıda ayda 21 manat sosial sığortahaqqı ödəyirdisə, indən belə 23 manat 20 qəpik ödəyəcək”.

Ekspert deyir ki, bu, maaşların artımına da səbəb olacaq: “Artım büdcə sistemində taariflərə də təsir göstərir. Ona görə də, çox artırmırlar ki, büdcə sistemində əmək haqları da çox artmasın”.

 

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL