Anons

Dünən, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

Dünən, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

Haqqımızda Əlaqə

BDU-da dekan müavini tələbələri hədələyir – Səs yazısı yayıldı

Tarix:23-01-2017, 14:44 Baxış Sayı:222

BDU-da dekan müavini tələbələri hədələyir – Səs yazısı yayıldı

“Sizə tapşırıram, axırıncı dəfə sizə deyirəm, belə tipli, Könül xanım haqqında, Cahangir müəllim haqqında, mənim haqqında, ümumiyyətlə tutorlar, dekanlıq haqqında biriniz bir kəlmə artıq-əskik, lağa qoyulacaq şəkildə sosial şəbəkədə bir cümlə yazın…”

Bu sözləri Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekan müavini Aytəkin Zeynalova tələbələrə səsli mesaj göndərərək bildirib.
2013-cü ildə vəzifəyə təyin olunan gənc dekan müavini tələbələrdən tələb edir ki, dekanlıq haqqında sosial şəbəkələrdə bir cümlə belə yazmasınlar. Əgər kim tənqid etsə, şəxsən onun təqdimatı ilə həmin tələbəyə töhmət verdirəcəyini bildirib.
Dekan müavini bildirir ki, nizam-intizam işlərinə o baxır: “Şəxsən mən nizam-intizam qaydalarını pozduqlarına görə, dekanlığın, mətbəxin məlumatını çölə çıxardıqlarına görə, onlara töhmət verdirtdirəcəm. Bax deyirəm sizə, axırıncı dəfə deyirəm”.
Aytəkin Zeynalova səsli mesajında bildirib ki, tələbələrdən birinə dişinin dibindən çıxanı deyib. O bildirib ki, Leyla adlı tələbənin yazdığı statusa görə dünən onun təzyiqi qalxıb: “Utanmazlar, ayıb olsun sizə!”
“Qeyri-obyektivliklə o boyda universitetin mətbuat xidmətinin rəhbərini məzəyə qoyublar, Cahangir müəllimi məzəyə qoyublar. Utanmırlar Könül xanımı məzəyə qoyublar ki, guya, qeyri-obyektiv yoxlayıblar. İndi də bu Fuad özündən alim olub, deyir dekanlıq hara baxırdı. Yox dekanlıq oturub səni güdəsiydi, sən imtahanda nə edirsən”.
Aytəkin Zeynalova tələbələrə xəbərdarlıq edib ki, bir nəfər dekanlıq, hətta tutorlar haqqında facebook-da tənqidi fikirlər paylaşdıqda onlarla bağlı ciddi tədbir götürüləcək.
Aytəkin Zeynalova 1982-ci ildə Bakıda şəhərində anadan olub. 1999-2004-cü illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin bakalavr, 2004-2006-cı illərdə isə həmin universitetin magistratura təhsilini alıb. 2007-ci ildə BDU-nun beynəlxalq jurnalistika kafedrasının doktorantı olub.
Aytəkin Zeynalova əmək fəaliyyətinə də BDU-da başlayıb. O, 2006-cı ildə Beynəlxalq jurnalistika kafedrasında baş laborant kimi fəaliyyətə başlayıb, 2011-ci ildə həmin universitetin “TEM-də Tyutorların əlaqələndirilməsi və nəzarət qrupu”nun rəhbəri olub, 2013-cu ildə isə universitetin Jurnalistika fakültəsində dekan müavini təyin olunub.
скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL