Anons

Dünən, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

Dünən, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

Haqqımızda Əlaqə

Tramp müsəlmanların ABŞ-a miqrasiyasını qadağan edir

Tarix:25-01-2017, 10:28 Baxış Sayı:240

Tramp müsəlmanların ABŞ-a miqrasiyasını qadağan edir

Qərb qəzetləri ABŞ prezidenti Donald Trump-ın bu gün təsdiqləyəcəyi sərəncamlardan yazır. Adının açıqlanmasını istəməyən rəsmilərin mətbuata verdiyi bilgiyə görə, yanvarın 25-də D.Trump Meksikayla sərhədə divar çəkilməsi və müsəlmanların ölkəyə miqrasiyasına qadağayla bağlı sənədlərə imza atacaq.

«The New York Times» qəzeti yazır ki, D.Trump Suriya, İraq, Əfqanıstan, Somali və «terrora meylli» başqa ölkələrdən gələn müsəlman miqrantlara viza verilməsini, ən azı, müvəqqəti yasaqlayacaq.

Bundan başqa, yeni prezidentin «Müsəlman Qardaşlığı» təşkilatını terrorçu qrupların siyahısına salacağı, Quantanamodakı bazanın açıq saxlanması, gizli həbsxanaların bərpası və dindirilmə üsullarının genişləndirilməsi məsələlərinə baxacağı gözlənir. Gizli həbs və dindirmə mərkəzlərini keçmiş prezident Barack Obama 2009-cu ildə, prezidentliyinin ilk həftəsində bağlatdırmışdı.

ONİLLİK PROQRAM DAYANDIRILIR

D.Trump özü də dünən Twitter səhifəsində sabahkı günün böyük gün olacağını, milli təhlükəsizliklə bağlı qərarlar veriləcəyini yazıb.
Müsəlman qaçqınların məsələsinə gəlincə, Ağ evdən verilən məlumata görə, prezident dünyanın ən çox zərər görmüş ölkələrindən gələnlərə viza verilməsiylə bağlı onillik proqramı dayandırmaq, sonra isə bu proqramı məhdudlaşdırmaq və viza şərtlərini çətinləşdirmək niyyətindədir. Yəni, qadağa bir neçə ay sürəcək, hökumət miqrantlarla bağlı ciddi araşdırma proqramı hazırlayandan sonra aradan qaldırılacaq.

Yunanıstan-Makedoniya sərhədində qaçqın.
Yunanıstan-Makedoniya sərhədində qaçqın.
Rəsmilər yalnız təqibə məruz qalmış dini azlıqların miqrasiyasına böyük əngəllərin olmayacağını deyirlər.

D.Trump-ın bu planları hüquq müdafiəçilərinin, miqrantların haqlarını qorumağa çalışan təşkilatların tənqidinə səbəb olub. Onlar bu ayrıseçkiliyin ABŞ-ın bütün miqrantlara bərabər münasibət göstərmək ənənəsini pozduğunu deyiblər.

«UTANCVERİCİ» ADDIM

Birləşmiş Ştatlardakı Milli Miqrasiya Qanunu Mərkəzinin direktoru Marielena Hincapié yeni qanunun açıq-aşkar müsəlmanlara qarşı yönəldiyini və bunun utancverici olduğunu söyləyib.

2015-ci ildə terrorçular Parisə hücum edəndə, D.Trump heç bir sübut göstərmədən ABŞ-a da minlərlə terrorçu müsəlmanın doluşduğunu demişdi.

Keçən il B.Obama administrasiyası qaçqın böhranının önləməkdən ötrü miqrasiya proqramını genişləndirib. B.Obama ölkədə 85 min qaçqının yerləşdirilməsinə icazə verib, terrorun qarşısını almaq məqsədilə suriyalılarla bağlı yoxlamaları artırsa da, 10 min yerin suriyalılara ayrılması barədə xüsusi göstəriş verib.

B.Obama-nın təsdiqlədiyi proqrama əsasən, bu il ABŞ daha 110 min qaçqından ötrü sığınacaq olmalıydı. D.Trump onların sayını 2 dəfədən də çox azaldacağını – 50 min qaçqının miqrasiyasına icazə veriləcəyini bildirib.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL